1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi.
Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir.
[Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır.
// Dönük, xain.
2. məc. İnsafsız, zalım, mürüvvətsiz, rəhmsiz.
[Möhtəkir:] Bu mürtədlər camaatın qanını şüşəyə tutacaqlar, camaat korluq çəkəcək.
// Söyüş məqamında.
[Rüstəm bəy Sənəmə:] A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində!
[Fatma xanım:] Səni gücnən saxlayıram, a mürtəd oğlu!