MÜTƏDAVİL

sif. [ ər. ] Bir adət, moda halını almış; işlək, adi. Mütədavil şey.
– Vəkil dəllallığı bir mütədavil peşə idi. Ə.Haqverdiyev.

□ Mütədavil olmaq – işlək olmaq, dəbdə olmaq, tədavüldə olmaq.
Bu tərəfdən nəzmi-məmləkət üçün mütədavil olan tərzisiyasət hər aqili təhəyyürə salır. M.F.Axundzadə.
[Murad] hər qisim ev maşınları [təmir] edər, o zaman çox mütədavil olan papirosyandıran qayırıb satardı. S.Hüseyn.

MÜTƏARİF
MÜTƏƏLLİM₁

Значение слова в других словарях