MƏHZUNLUQ

is. Məhzun olma; qüssəlilik; hüzn, kədər, qəm, qüssə.
[Qızın] qara ipək çadrası altında açıq buraxdığı üzündə bir məhzunluq hiss edilirdi. S.Hüseyn.
[Axund] səsinə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Q.Qantəmir.
Yemək gəldi, toplandılar süfrəyə; Aralıqda gəzirdi bir məhzunluq. M.Müşfiq.

Синонимы

  • MƏHZUNLUQ qəmlilik — kədərlilik — dərdlilik
MƏHZUNANƏ
MƏXARİC

Значение слова в других словарях