Münşi əl-məmalik
Münşi əl-məmalik —"Dövlət katibi", şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə, münşi əl-məmalik nüfuzlu əyan idi. O vaqiyə-nəvislə (məclis-nəvis) yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münşi əl-məmalik və onun mirzələri şahın bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər.
İsgəndər bəy Münşi dövrünün tanınmış münşi əl-məmaliklərindən aşğıdakıların adlarını çəkir:
Məhəmmədi bəy Təbrizi Keçəçi,
Mirzə Məhəmməd,
Qazi Abdulla Cüveyni,
Xacə Əlaəddin Mənsur.
Onların hamısı şaha yaxın olan saray adamları sırasından çıxmışdı. “Təzkirət əl-Mülük” göstərir ki, münşi əl-məmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur.
== İstinadlar ==
== Ədəbiyyat ==
Oqtay Əfəndiyev.