Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Fəzilət
Fəzilət — insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər. Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur. Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir. == Fəzilətlərin siyahısı == Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı: == Mənbə == Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani.
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Vəzilər
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Vəzirov
Vəzirov — Azərbaycan soyadı. Vəzirovlar Vəzirovlar (II) Aslan Vəzirov (1910—1988) — Sovet İttifaqı Qəhrəmanı. Azad bəy Vəzirov (1869—1921) — dövlət xadimi. Bəhram bəy Vəzirov (1857—1921) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, hüquqşünas. Camal bəy Vəzirov (1881—1929) — dövlət xadimi. Cəlal Vəzirov (1993—2020) — Vətən müharibəsi şəhidi. Cəlil Vəzirov (1944—2008) — tеаtrşünаs. Cəmil bəy Vəzirov (1888—1945) — dövlət xadimi. Əbdürrəhim bəy Vəzirov (1840—?) — dövlət xadimi. Əbdürrəhman Vəzirov (1930—2022) — Azərbaycan-sovet dövlət xadimi.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu == Səfəvilərdə vəzirlik == İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.
Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. == Həyatı == 1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir. 1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir. == Siyasi fəaliyyəti == Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Musa Vəzirov
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Nəzarət kanartı
Nəzarət kanardı, kanart tipindəki təyyarələrdə daşıma vəzifəsi icra etməyən kanart növüdür. Bu kanartlarda yalnız nəzarət səthləri vardır. Daşınmanın bölünməsi istənilmədiyi üçün onlar əsasən simmetrik qanad profilinə malik olurlar. Nəqliyyatda rol oynamadıqlarına görə onların sahələri əsas qanadlara görə daha kiçik olur.
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Gümrü, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı. == Həyatı == İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur. == Hərbi təhsili == Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir. == Döyüş yolu == 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Seymur Vəzirov
Süleyman Vəzirov
Süleyman Azad oğlu Vəzirov (18 noyabr 1910, Şuşa, Yelizavetpol quberniyası – 7 fevral 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan SSR-in 1-ci neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı (1944), Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri. == Həyatı == Süleyman Vəzirov 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildən Şuşa real məktəbində oxuyur, sonra Bakı sənaye-iqtisad texnikumuna daxil olur. Texnikumda oxumaqla bərabər o, həm də kinomexanik köməkçisi işləyir. Texnikumu bitirdikdən sonra İliç buxtasında – mədəndə "zamerşik" vəzifəsində çalışmağa başlayır. Neft mədənində çalışmaq və "Azneft" Birliyinin baş mühəndisi olan qohumu Fətulla Rüstəbəyovla olan söhbətlər onun sonrakı sənət seçimini təyin etdi. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik institutunun dağ-mədən fakültəsinə daxil olur və oranı 1932-ci ildə müvəffəqiyyətlə başa vurur. YÜKSƏK İXTİSASLI MÜHƏNDİS Süleyman Vəzirov yüksəkixtisaslı bir mühəndis kimi Pirallahı, Lok-batan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla yetişmişdir. Bir neçə il ərzində o, ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışaraq kamil mütəxəssisə çevrildi.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Vəzirəli xan
Vəzirəli xan ibn Mirzə Yəhyaəli xan Baranlı (19 aprel 1780, Lakhnau – 15 may 1817) — Aud nəvvabı. == Həyatı == Vəzirəli xan 19 aprel, 1780-ci ildə Lakhnau şəhərində anadan olmuşdu. Vəzirəli xan 15 may 1817-ci ildə vəfat edib.
Vəziyyət tənliyi
Vəziyyət tənliyi - termodinamikanın makroskopik sistemlərini (temperatur, təzyiq, həcm, kimyəvi potensial və s.) bir-biri ilə əlaqələndirən tənlikdir. == Tənliklər == === Termodinamikanın vəziyyət tənliyi === f ( P , V , T ) = 0. {\displaystyle f(P,\;V,\;T)=0.} === Kalorik vəziyyət tənliyi === U = U ( T , V ) , {\displaystyle U=U(T,V),} U = U ( T , P ) , {\displaystyle U=U(T,P),} U = U ( V , P ) . {\displaystyle U=U(V,P).} === Kanonik vəziyyət tənliyi === U = U ( S , V ) {\displaystyle U=U(S,\;V)} (daxili enerji üçün kanonik vəziyyət tənliyidir), H = H ( S , P ) {\displaystyle H=H(S,\;P)} (entalpiya üçün kanonik vəziyyət tənliyidir), F = F ( T , V ) {\displaystyle F=F(T,\;V)} (Helmhots enerjisi üçün kanonik vəziyyət tənliyidir), G = G ( T , P ) {\displaystyle G=G(T,\;P)} (Qibbs potensialı üçün kanonik vəziyyət tənliyidir). == Ədəbiyyat == Perrot, Pierre (1998). A to Z of Thermodynamics. Oxford University Press. ISBN 0-19-856552-6. Van der Waals, J. D. (1873). On the Continuity of the Gaseous and Liquid States (doctoral dissertation).
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. == Həyatı == Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. == Siyasi fəaliyyəti == Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Şamil Vəzirov
Şamil Vəzirov (tam adı: Şamil Süleyman oğlu Vəzirov; 18 may 1942, Bakı – 2 aprel 2001) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Kimya elmləri doktoru, professor Şamil Süleyman oğlu Vəzirov 1942-ci il mayın 18-də Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. O, orta təhsilini Moskva şəhərində (59 saylı məktəb) və Bakıda (134 saylı məktəbdə) almışdır. 1959-cu ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Kimya texnologiyası fakültəsinə daxil olmuş və 1964-cü ildə institutu "Üzvi və neft kimya sintezinin texnologiyası" ixtisası üzrə mühəndis-texnoloq kimi bitirmişdir. Təhsil aldığı illərdə elmi-sənaye təcrübəsi keçmək məqsədilə Bakı Neft Emalı Zavodunda operator köməkçisi, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Şamil Süleyman oğlu Vəzirovun əmək və elmi fəaliyyəti əsasən AMEA NKPİ ilə bağlı olmuşdur. O, 1964-cü ildə institutda baş laborant kimi işə başlamış və laboratoriya müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1986-cı ildən etibarən ömrünün sonuna kimi (02.04.2001) ″Heterogen oliqomerlər″, sonra isə ″Funksional oliqomerlər″ adlandırılmış laboratoriyaya başçılıq etmişdir. Ş.S.Vəzirov 1968-ci ildə "Viniletil- və diviniltoluolların heterogen-katalitik sintezi, oliqomerləşməsi və bəzi çevrilmələri" mövzusunda "Neft-kimyası və neft-kimya sintezi" ixtisası üzrə namizədlik işini müvəffəqiyyətlə müdafiə etmişdir. Onun tərəfindən sintetik alümosilikatların iştirakında toluolun və etiltoluolun etilen ilə alkilləşməsi tədqiq olunmuş, alkilatların yeni heterogen sistemlərdə alınma sxemi təklif edilmişdir.
Əbdülrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan qatı leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin "işıqlı gələcəyinin" kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov Mixail Qorbaçovun beynəlmiləlçi dəyərlərini və siyasi islahatlarla bağlı istəklərini dəstəkləyirdi, lakin o, Azərbaycana rəhbər təyin edildikdən sonra oradakı mürəkkəb siyasi vəziyyətin öhdəsindən səmərəli şəkildə gələ bilmədi. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. O, Bakıda baş verən Qara Yanvar hadisələri fonunda Azərbaycan SSR-i tərk etdi, sonradan Azərbaycan Parlamenti və prokurorluğu tərəfindən bu hadisəyə cavabdeh olan şəxslərdən biri kimi axtarışa verildi. 1990-cı il yanvarın 24-də onu bu vəzifədə Ayaz Mütəllibov əvəz etdi. Vəzirov 2022-ci il yanvarın 10-da 91 yaşında vəfat edib.
Əbdürrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan qatı leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin "işıqlı gələcəyinin" kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov Mixail Qorbaçovun beynəlmiləlçi dəyərlərini və siyasi islahatlarla bağlı istəklərini dəstəkləyirdi, lakin o, Azərbaycana rəhbər təyin edildikdən sonra oradakı mürəkkəb siyasi vəziyyətin öhdəsindən səmərəli şəkildə gələ bilmədi. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. O, Bakıda baş verən Qara Yanvar hadisələri fonunda Azərbaycan SSR-i tərk etdi, sonradan Azərbaycan Parlamenti və prokurorluğu tərəfindən bu hadisəyə cavabdeh olan şəxslərdən biri kimi axtarışa verildi. 1990-cı il yanvarın 24-də onu bu vəzifədə Ayaz Mütəllibov əvəz etdi. Vəzirov 2022-ci il yanvarın 10-da 91 yaşında vəfat edib.
Ədalət Vəzirov
Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998). == Həyatı == Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilər yetişdirib. O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi. Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur. Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.