məlunluq
məmaniət 2021
OBASTAN VİKİ
Münşi əl-məmalik
Münşi əl-məmalik —"Dövlət katibi", şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə, münşi əl-məmalik nüfuzlu əyan idi. O vaqiyə-nəvislə (məclis-nəvis) yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münşi əl-məmalik və onun mirzələri şahın bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər. İsgəndər bəy Münşi dövrünün tanınmış münşi əl-məmaliklərindən aşğıdakıların adlarını çəkir: Məhəmmədi bəy Təbrizi Keçəçi, Mirzə Məhəmməd, Qazi Abdulla Cüveyni, Xacə Əlaəddin Mənsur. Onların hamısı şaha yaxın olan saray adamları sırasından çıxmışdı. “Təzkirət əl-Mülük” göstərir ki, münşi əl-məmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev.
Müstövfi əl-məmalik
Müstövfi əl-məmalik (fars. مستوفی‌الممالک‎; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri. Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin və kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi. İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi. Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar: Mir Məsud Curbadqani Xacə Hüseyn Xacə Qiyasəddin Əli Xacə Qasım Nətənzi Xacə Məlik İsfahan Mir Qiyasəddin Mahmud İsfahani Mirzə Şükrulla İsfahani. Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü.
Həsən xan Mustoufi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.
Həsən xan Mustovfi əl-Məmalik
Həsən xan Mustovfi əl-Məmalik (1874-1932) — İranın baş naziri. == Həyatı == Həsən xan Mirzə Yusif oğlu 1874-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Həsən xan Mustovfi əl-Məmalik 1932-ci ildə Tehran şəhərində vəfat edib.

Digər lüğətlərdə