MƏNFƏƏTBƏRDAR sif. [ ər. mənfəət və fars. …bərdar] köhn. bax mənfəətdar. □ Mənfəətbərdar olmaq – fayda götürmək, mənfəət əldə etmək, faydalanmaq. [Gülbahar:] Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. C.Məmmədquluzadə.