maneəsizlik
maneken
OBASTAN VİKİ
Praqa qəsrinin maneji
Praqa qəsrinin maneji (çex. Jízdárna Pražského Hradu və ya Hradní jízdárna) — Praqa qəsrinin yaxınlığında və məşhur Kral bağının girişinin qarşısında yerləşən tarixi bir bina. Manej ərazisinə həmçinin tövlələrin yerləşdiyi geniş həyət və II Rudolf tərəfindən qırqovulların yetişdirilməsi üçün 1600-cü ildə inşa etdirilmiş məkan da daxildir. Müasir ağır bina (92 x 40 metrə) memar Jan-Batist Matenin hazırladığı layihəyə uyğun olaraq, I Leopoldun əmri ilə 1694-cü ildə inşa edilmişdir. Yeni manej ondan daha kiçik və köhnə binanın yerində inşa olunmuşdu. Hal-hazırda manejin fasadında Üçüncü reyxin emblemi yoxdur; belə ki, bərpaçılar tərəfindən aparılan sonuncu yenidənqurma işləri zamanı bu emblemin çıxarılması qərara alınmışdır. 1760-cı ildə binada yanğın hadisəsi baş verir, o dövrdə aparılan rekonstruksiya işləri zamanı, yanmış köhnə dam yenisi ilə əvəz edilmiş və bu cür də qorunub saxlanılmışdı. Məhz manej kimi, bina yalnız 103 il fəaliyyət göstərmişdi, növbəti 150 il isə o yalnız anbar kimi istifadə olunurdu. 1948-49-cu illərdə çex memarı Pavel Yanak bina bərpa edir. Binanın sərgi salonu olacağı planlaşdırılmışdı, buna baxmayaraq Yanak onun çoxfunksiyalı bir məkana çevirməyi istəyirdi.

Значение слова в других словарях