Praqa qəsrinin maneji (çex. Jízdárna Pražského Hradu və ya Hradní jízdárna) — Praqa qəsrinin yaxınlığında və məşhur Kral bağının girişinin qarşısında yerləşən tarixi bir bina. Manej ərazisinə həmçinin tövlələrin yerləşdiyi geniş həyət və II Rudolf tərəfindən qırqovulların yetişdirilməsi üçün 1600-cü ildə inşa etdirilmiş məkan da daxildir. Müasir ağır bina (92 x 40 metrə) memar Jan-Batist Matenin hazırladığı layihəyə uyğun olaraq, I Leopoldun əmri ilə 1694-cü ildə inşa edilmişdir. Yeni manej ondan daha kiçik və köhnə binanın yerində inşa olunmuşdu. Hal-hazırda manejin fasadında Üçüncü reyxin emblemi yoxdur; belə ki, bərpaçılar tərəfindən aparılan sonuncu yenidənqurma işləri zamanı bu emblemin çıxarılması qərara alınmışdır.
Praqa qəsrinin maneji | |
---|---|
Jízdárna Pražského Hradu və ya Hradní jízdárna | |
50°05′32″ şm. e. 14°23′52″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Jan-Batist Mate (fr. Jean Baptiste Mathey) |
Sifarişçi | I Leopold |
Tikilmə tarixi | 1694 |
Vikianbarda əlaqəli mediafayllar |
1760-cı ildə binada yanğın hadisəsi baş verir, o dövrdə aparılan rekonstruksiya işləri zamanı, yanmış köhnə dam yenisi ilə əvəz edilmiş və bu cür də qorunub saxlanılmışdı.
Məhz manej kimi, bina yalnız 103 il fəaliyyət göstərmişdi, növbəti 150 il isə o yalnız anbar kimi istifadə olunurdu. 1948-49-cu illərdə çex memarı Pavel Yanak bina bərpa edir. Binanın sərgi salonu olacağı planlaşdırılmışdı, buna baxmayaraq Yanak onun çoxfunksiyalı bir məkana çevirməyi istəyirdi. Buna görə də o yüksək parapetli köhnə kiçik pəncərələrin yerinə daha böyüklərini quraşdırmışdı. Yeni pəncərələrdən Qəsrə yeni bir mənzərə, ətrafındakı terrasa isə daha geniş məkan açılırdı. Ümumilikdə bu müsbət bir yenilik olsa da, ekspozisiya üçün daha çox çatışmazlıq idi.
Buna baxmayaraq, texniki göstəricilərinə görə, binanın otaqları arzu olunan qədər yaxşı deyildi. Buna görə də, 2006-07-ci illər arasında Ladislav Labusun layihəsi əsasında yenidən rekonstruksiya işləri həyata keçirilmişdir[1].