Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manel Navarro
Manel Navarro Kesada (isp. Manel Navarro Quesada; 7 mart 1996) və ya sadəcə Manel Navarro — İspaniya müğənnisi və bəstəkarı. O, İspaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014–2016: Başlanğıc === 2014-cü ildə Manel Navarro Catalunya Teen Star musiqi yarışmasında qalib gəlmişdir. Qalibiyyətin ardınca Manel TeenStarRecords albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ilin dekabr ayında ifaçının "Brand New Day" adlı debüt sinqlı buraxılmışdır. 2015-ci ildə Sweet California qrupunun tur çərçivəsində təşkil etdiyi konsertdə Manel də səhnə almışdır. Həmin ildə müğənni Sony Music Spain albom şirkəti ilə yeni bir müqavilə imzalamışdır. 2016-cı ilin iyun ayında onun "Candle" adlı ikinci sinqlı təqdim edilmişdir. Mahnı İspaniya hit paradlarında yüksək sıralarda yer almışdır.
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], VIII arondisman və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdir. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edir. Mane klassik tabloların əksinə, heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdir. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccüblənmişdirlər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkmişdir. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Manə Mollayeva
Manə Mollayeva (19 mart 1998, Zaqatala) – azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi"nin və Azərbaycanın qadınlardan ibarət a milli yığmasının müdafiəçisi. == İlk illəri == Futbolla 12 yaşından etibarən məşğul olur. Ailə həyatı qurub. Manə Mollayeva "Zaqatala" klubu ilə, U13 liqasında 48 qol ataraq, bombardir olub. 2015–2016-cı ildə "Qəbələ" klubunda çıxış edib. == Peşəkar Karyerası == 2018-ci ildə "Kubanoçka" klubunda forma geyinirdi. O, Rusiya Premyer Liqasında debüt matçını 8 avqust 2017-ci ildə Ryazan-VDV klubuna qarşı keçirib. O, ilk iki mövsümdə yüksək liqada cəmi 19 oyun keçirib. Manə Mollayeva birinci liqada "Kubanoçka"nın gənclərdən ibarət komandasında da çıxış edib və 2018-ci ildə 14 turda 4 sarı və 1 qırmızı vərəqə ilə əsas liqanın ən kobud oyunçusu oldu.
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. == "Kəşf" və adlandırma == Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Praqa qəsrinin maneji
Praqa qəsrinin maneji (çex. Jízdárna Pražského Hradu və ya Hradní jízdárna) — Praqa qəsrinin yaxınlığında və məşhur Kral bağının girişinin qarşısında yerləşən tarixi bir bina. Manej ərazisinə həmçinin tövlələrin yerləşdiyi geniş həyət və II Rudolf tərəfindən qırqovulların yetişdirilməsi üçün 1600-cü ildə inşa etdirilmiş məkan da daxildir. Müasir ağır bina (92 x 40 metrə) memar Jan-Batist Matenin hazırladığı layihəyə uyğun olaraq, I Leopoldun əmri ilə 1694-cü ildə inşa edilmişdir. Yeni manej ondan daha kiçik və köhnə binanın yerində inşa olunmuşdu. Hal-hazırda manejin fasadında Üçüncü reyxin emblemi yoxdur; belə ki, bərpaçılar tərəfindən aparılan sonuncu yenidənqurma işləri zamanı bu emblemin çıxarılması qərara alınmışdır. 1760-cı ildə binada yanğın hadisəsi baş verir, o dövrdə aparılan rekonstruksiya işləri zamanı, yanmış köhnə dam yenisi ilə əvəz edilmiş və bu cür də qorunub saxlanılmışdı. Məhz manej kimi, bina yalnız 103 il fəaliyyət göstərmişdi, növbəti 150 il isə o yalnız anbar kimi istifadə olunurdu. 1948-49-cu illərdə çex memarı Pavel Yanak bina bərpa edir. Binanın sərgi salonu olacağı planlaşdırılmışdı, buna baxmayaraq Yanak onun çoxfunksiyalı bir məkana çevirməyi istəyirdi.
Manə və Səməlqan şəhristanı
Manə və Səməlqan şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aşxanə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 91,884 nəfər və 23,040 ailədən ibarət idi.
Mane Qarrinça adına Braziliya Milli Stadionu
Mane Qarrinça adına Braziliya Milli Stadionu (port. Estádio Nacional de Brasília Mané Garrincha) — "Marakana"dan sonra Braziliyanın ən böyük ikinci stadionudur. Paytaxtda - Brazilia şəhərində yerləşir. Braziliyanın məşhur futbolçularından biri olmuş Qarrinçanın adını daşıyır. Tamaşaçı tutumu 72,888 nəfərdir. "Brazilia" və "Legiao" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 10 mart 1974-cü ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Banen
Banen (fr. Baneins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-sür-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01028. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 572 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 382 nəfər (15-64 yaş) arasında 291 nəfər iqtisadi fəal, 91 hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 74.3%) olmuşdur. 291 aktiv sakindən 270 nəfər (143 kişi və 127 qadın), 21 nəfəri işsizdir (7 kişi və 14 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
MaNga
MaNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib. Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Manas
Manas — qırğız dastanı. == Ümumi məlumat == Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var. Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; ) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur. Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Manic
Manic — ABŞ müğənnisi Holzinin üçüncü studiya albomu. 17 yanvar 2020-ci ildə Capitol Records tərəfindən buraxılıb.
Madər Musayev
Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı – 14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–2023), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995). == Həyatı == Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur. Madər Musayev 14 iyul 2023-cü ildə ağciyər və böyrək çatışmazlığından vəfat etmişdir. Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir. Evli və 3 övladı var idi. == Mükafatları == "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Mahec (nom)
Mahec (q.misir mAḥḏ — "", yun. ὁ Ἀντινοοπολίτης νομός) — Yuxarı Misirin XVI nomu (əyaləti). Nomun mərkəzi (q.misir Mnˁt-ḫwfw) Menat Xufu şəhəri olmuşdur. Həmin ərazinin totemi Köpgəröküz sayılır. Əsas tanrısı Hordur. Yerli panteona Hor, Heket, Paxt, Hathor, Xnum, Anuket daxildir. == İstinadlar == Wolfgang Helck: Gaue. In: Wolfgang Helck (Hrsg.): Lexikon der Ägyptologie (LÄ).
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Mamer (rayon)
Mamer (fr. Mamers) — Fransanın Luara torpağı regionun rayonlarından biri. Departamenti — Sarta. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 146 577 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon ərazisi — 1615 km².
Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı – 21 mart 2011, Bakı) — Qanuni oğru. == İlk məhkumluq == 1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb.
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Monster (manqa)
Monster (yaponca: モンスタ, Hepbörn: Monsutā, bəzən "Naoki Urasavanın qulyabanısı" kimi tanınır) — Naoki Urasava tərəfindən yaradılan, 2004-cü ildə çıxan anime serialı.