Marsel Eme
Marsel Eme(fr. Marcel Aymé, 29 mart 1902, Juani, Yonna — 14 oktyabr 1967, Paris) — fransız yazıçı.
== Həyatı ==
Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. “Vuivra” romanının mövzusu da elə Jura əyalətinin
bir əfsanəsindən götürülüb.
Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır.
Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə “Adsız küçələr”, 1933-cü ildə “Yaşıl madyan”, 1934-cü ildə “Cırtdan”, 1935-ci ildə “Alçaq ev”, 1936-cı ildə “Surdin dəyirmanı” romanlarını, “Şəkilli quyu” adlı hekayələr kitabıın nəşr etdirib.
40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub.