MASS

mass1

n I massa, kütlə; toplu, topa; ~ es of dark clouds in the sky göydə qara buludların topası; a great ~ of people çoxlu insan kütlələri; the ~es xalq kütlələri; proletariat; in the ~ bütövlükdə

mass2

adj kütləvi; ictimai; ~ meeting kütləvi mitinq; ~ media kütləvi informasiya vasitələri; mətbuat; ~ produce kütləvi istehsal

mass3

v kütləvi şəkildə toplamaq / toplaşmaq; cəm olmaq

MASQUE
MASSACRE
OBASTAN VİKİ
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
The Mass (albom)
The Mass - 2003 - cü ildə Era musiqi layihəsi adında Eric Levi tərəfindən çıxarılmış albom. The Mass albomu Era musiqi layihəsi adında çıxarılmış üçüncü albomdur. Albom bir neçə Avropa ölkəsində böyük uğur qazanıb və bütün dünyada 2,5 milyon nüsxəylə satılıb. Alboma adı verilən The Mass mahnısı məşhur alman bəstəkarı Carl Orffun O Fortune klassik parçasının elementləri əsasında işlənmişdir. Albomdan iki sinql çıxarılmışdır. Onlar Looking for Something və The Mass mahnılarıdır. Hər iki mahnıya klip də çəkilmişdir.
The Mass (mahnı)
The Mass - Era musiqi layihəsi adından 2003 - cü ildə məşhur musiqiçi Eric Lévinin çıxardığı The Mass albomundan olan son sinql. Mahnı məşhur alman bəstəkarı Carl Orffun bəstlədiyi musiqilərin motivləri əsasında Eric Lévi tərəfindən işlənmişdir. Mahnıda vokal partiyaların ifaçısı Guy Protheroedir. The Mass mahnısı Era musiqi layihəsinin ən uğurlu işlərindən biri olmuş və onu bütün dünyada tanıtmışdır. Ümumiyyətlə The Mass albomu Era musiqi layihəsinin bütün dünyada tanıdılmasında mühüm rol oynamışdır. Təkcə onu qeyd etmək yetər ki, albom bütün dünyada 2,5 milyon nüsxəylə satılmışdır. Mahnıya çəkilən klip də uğurlu olmuşdur. Belə ki, klipdə yer alan tarixi dekorasiya və geyimlər böyük marağa səbəb olmuşdur.
Adel Massad
Adel Massad (24 iyun 1964) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Adel Massad Misiri 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Anri Masse
Anri Masse (d. 2 mart 1886, Lünevil- v. 9 noyabr 1969, Sko) – Fransız şərqşünası == Həyatı == Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959- cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur.İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin “Baharıstan” əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə “Fars antoloqiyası (XI- XIX əsirlər)” əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş,onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı “İslam” əsəri məşhurdur. == Yaradıcılığı == Anthologie persane, XIe - XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980; L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé... à l'occasion de son 75e anniversaire, Téhéran, Impr.
Ararat Massis erməni qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Cattleya labiata subsp. massangeana
Cattleya trianae (lat. Cattleya trianae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin kattleya cinsinə aid bitki növü. 1936-cı ildən Kolumbiyanın milli gülü kimi seçilib. == Sinonimləri == Cattleya bogotensis Linden Cattleya kimballiana L.Linden & Rodigas Cattleya labiata var. ernestii Sander Cattleya labiata subsp. massangeana Rchb.f. Cattleya labiata var. trianae (Linden & Rchb.f.) Regel Cattleya trianae var. alba L.Linden & Rodigas Cattleya trianae f. alba (L.Linden & Rodigas) M.Wolff & O.Gruss Cattleya trianae var.
Cattleya trianae var. massangeana
Cattleya trianae (lat. Cattleya trianae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin kattleya cinsinə aid bitki növü. 1936-cı ildən Kolumbiyanın milli gülü kimi seçilib. == Sinonimləri == Cattleya bogotensis Linden Cattleya kimballiana L.Linden & Rodigas Cattleya labiata var. ernestii Sander Cattleya labiata subsp. massangeana Rchb.f. Cattleya labiata var. trianae (Linden & Rchb.f.) Regel Cattleya trianae var. alba L.Linden & Rodigas Cattleya trianae f. alba (L.Linden & Rodigas) M.Wolff & O.Gruss Cattleya trianae var.
Daniela Masseroni
Daniela Masseroni (28 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Masseroni İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Daniela Masseroni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Daniela Masseroni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Daniele Massaro
Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961, Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir. == Karyerası == Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyuk klubların diqqətini çəkir. 1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir. 1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.
Dağ massivi
Dağ massivi və ya massiv — Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə, Tyan şan massivi, Monblan massivi.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Han-Noa Massenqo
Han-Noa Massenqo (7 iyul 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Massenqo Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 15 iyun 2018-ci ildə klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Massenqo peşəkar karyerasında debütünü 6 noyabr 2018-ci ildə Brügge klubuna qarşı oyunda etmişdir. O, 68-ci dəqiqədə Yussef Ayt Bennaseri əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Massenqo bu turnirdə meydana çıxan ən gənc fransalı futbolçu kimi tarixə düşmüşdür. == Milli karyerası == Massenqo Fransada anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Kembric (Massaçusets)
Kembric (ing. Cambridge) — Massaçusets ştatının Midlseks qraflığında şəhər və Bostonun əsas şəhərətrafı ərazisi kimi Boston metropoliteninin bir hissəsi. 2020-ci ilin Amerika Birləşmiş Ştatlar Siyahıyaalmasına görə, şəhərin əhalisi 118403 nəfərdir və bu, onun Boston, Vuster və Sprinqfilddən sonra ştatın dördüncü ən sıx şəhəri olması deməkdir. Bu, Midlseks qraflığının iki de-yure qraflığından biridir, baxmayaraq ki, mahalın hökuməti 1997-ci ildə ləğv edilib. Bostonun birbaşa şimalında, Çarlz çayının o tayında yerləşir. Şəhər onun qurucuları tərəfindən puritan teologiyasının mərkəzi qəbul edilən İngiltərədəki Kembric Universitetinin şərəfinə adlandırılmışdır. Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT), Lesli Universiteti və Hult Beynəlxalq Biznes Məktəbi, Harvard ilə birləşmədən əvvəl Redklif kolleci kimi Kembricdə yerləşir. Kembricdəki Kendall Meydanı 2010-cu ildən bəri meydanın yaxınlığında meydana çıxan uğurlu startapların yüksək konsentrasiyası sayəsində "planetin ən innovativ kvadrat mili" adlandırılıb. == Tarixi == Yerli amerikalılar Amerika qitəsinin Avropa tərəfindən kolonizasiyasından minlərlə illər əvvəl, Kembric olacaq ərazidə məskunlaşmışdılar. Avropa ilə əlaqə və kəşflər zamanı bu ərazi şimalda Naumkeaq və ya Pawtucket, cənubda Massaçusetdə məskunlaşmışdı və ola bilər ki, sonrakı Avropa hekayələrində yaxşı təsvir olunmayan Totant kimi digər qruplar da yaşayırdı.
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. == Tarixi == 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. == Coğrafiyası == Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. == Təhsil == Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
Lui Massinon
Lui Massinyon (fr. Louis Massignon; 25 iyul 1883[…], Nojan-sür-Marn – 31 oktyabr 1962[…], Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Lui Massinyon 25 iyul 1883-cü ildə Parisin şimalındakı Nogentsur-Marneda doğulmuşdu. Atası rəssam və heykəltaraş Fernard Massinyon, anası Mariya née Hovyndir. İlk dini təhsilini anasından aldı. Parisdə Lui le Grad Litseyindəki şagirdliyi sırasında şərqşünas Henri Masperonun təsiriylə Şərq dil, din və mədəniyətlərinə maraq duymağa başladı. 1900-cü ildə litseydən məzun oldu. Ali təhsilini aldığı Paris École des Hautes Étudesdə Fransız ədəbiyatı, tarix, arxeologiya öyrəndi və Sanskrit dilinə yiyələndi. Sorbonn universiteti illərində yaxın yoldaşlarından biri Ernest Renanın bacısı oğlu Ernest Psichariydi. 1904-cü ildə Həsən əl-Vəzzan (Afrikalı Leon) üzərinə apardığı, "Tableau géographique du Maroc dans les 15 premières anneés du XVIe siècle, daprès Léon lAfricain" adlı çalışmasını tamamlayaraq universitet diplomu aldı.
Lui Massinyon
Lui Massinyon (fr. Louis Massignon; 25 iyul 1883[…], Nojan-sür-Marn – 31 oktyabr 1962[…], Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Lui Massinyon 25 iyul 1883-cü ildə Parisin şimalındakı Nogentsur-Marneda doğulmuşdu. Atası rəssam və heykəltaraş Fernard Massinyon, anası Mariya née Hovyndir. İlk dini təhsilini anasından aldı. Parisdə Lui le Grad Litseyindəki şagirdliyi sırasında şərqşünas Henri Masperonun təsiriylə Şərq dil, din və mədəniyətlərinə maraq duymağa başladı. 1900-cü ildə litseydən məzun oldu. Ali təhsilini aldığı Paris École des Hautes Étudesdə Fransız ədəbiyatı, tarix, arxeologiya öyrəndi və Sanskrit dilinə yiyələndi. Sorbonn universiteti illərində yaxın yoldaşlarından biri Ernest Renanın bacısı oğlu Ernest Psichariydi. 1904-cü ildə Həsən əl-Vəzzan (Afrikalı Leon) üzərinə apardığı, "Tableau géographique du Maroc dans les 15 premières anneés du XVIe siècle, daprès Léon lAfricain" adlı çalışmasını tamamlayaraq universitet diplomu aldı.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Massagetlər
Massagetlər (yun. Μασσᾰγέται, lat. Massagetae) — Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim köçəri xalq. == Mənşə == Massagetlərin mənşəyini qəti şəkildə ortaya qoyan tapıntılar olmasa da, iki mühüm yanaşma var. Massagetlərin İrandilli xalqlardan olması haqqında bir çox fərziyyələr də vardır. Digər tərəfdən, onların qədim türklərdən ibarət və qədim türklə rilə əlaqəli olduqlarına dair fikirlər və iddialar var. Bundan başqa, İrandilli icmaların üstünlük təşkil etdiyi konfederasiya olması haqqında iddialar da var. Əldə edilən mənbələrlə turanlı elementləri də eyniləşdirilir. == Ərazi == Qədim yunan mənbələrində Xəzər dənizinin şərq sahillərində Amudərya və Sırdərya çayları arasındakı ərazidə yaşamış xalq kimi təsvir edilmişdir. Lakin bir çox tarixçilərə görə bu çarlıq Orta Asiyada yerləşir.
Massandra qəsri
Massandra sarayı (ukr. Масандрівський палац) — Ukraynada, Krım MR-də yerləşən qədim saray. Saray çar III Aleksandrın yay evi olmuşdur. == Tarixi == Saray Krımın cənub sahillərindəki ən yaxşı memarlıq nümunlərindən biridir. Saray Fransa memarlığına uyğun inşa edilmişdir. Layihəsi şahzadə Vorontsov tərəfindən 1878-ci ildə memar M. Buşerə dizyn etdirilmişdir. 20 il davam edən işlər memar M. Mesmaher tərəfindən tamamlanmışdır. Stalinin bağ evi kimi tanınmışdır. Saraydan bir zamanlar Ramonovlar sülaləsi də istifadə etmişdir. III Aleksandr və ailəsi tərəfindən yay evi kimi istifadə olunması üçün tikilən sarayda böyük otaqlar və bal zalları mövcuddur.
Massandra sarayı
Massandra sarayı (ukr. Масандрівський палац) — Ukraynada, Krım MR-də yerləşən qədim saray. Saray çar III Aleksandrın yay evi olmuşdur. == Tarixi == Saray Krımın cənub sahillərindəki ən yaxşı memarlıq nümunlərindən biridir. Saray Fransa memarlığına uyğun inşa edilmişdir. Layihəsi şahzadə Vorontsov tərəfindən 1878-ci ildə memar M. Buşerə dizyn etdirilmişdir. 20 il davam edən işlər memar M. Mesmaher tərəfindən tamamlanmışdır. Stalinin bağ evi kimi tanınmışdır. Saraydan bir zamanlar Ramonovlar sülaləsi də istifadə etmişdir. III Aleksandr və ailəsi tərəfindən yay evi kimi istifadə olunması üçün tikilən sarayda böyük otaqlar və bal zalları mövcuddur.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. == Çimərliyin xüsusiyyəti == Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Massaçusets
Massaçusets (ing. Commonwealth of Massachusetts) — Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən ştat. Ştat şərqdən Atlantik Okeanı, cənubdan Konnektikut və Rod-Aylend, şimaldan Nyu-Hempşir və Vermont, qərbdən Nyu-York ştatı ilə əhatələnib. Paytaxtı Boston şəhəridir.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.