Klas Yanson Visher
Klas Yanson Visher (nid. Claes Janszoon Visscher; 1587[…], 1586 və ya ən tezi 1586 və ən geci 1587, Amsterdam, Hollandiya qraflığı – 19 iyun 1652[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, kartoqraf və qravüra naşiri, Piscator nəşriyyatının yaradıcısı.
Klas Yanson Visher gəmi dülgəri Jan Klas Visherin (Fisher) oğlu idi. Təxminən 1608-ci ildə Op de Kolkun evinə yaşamaq üçün köçmüşdür. Onun incəsənət müəllimləri məlum deyil, lakin stilistik analogiyalara əsasən onun David Vinkbunsun tələbəsi ola biləcəyi güman edilir. 1611-ci ildə o, Amsterdamdakı Kalverstraatda ev alıb ora köçdü..
Ustadın ləqəbi söz oyununa əsaslanır: (nid. visser — balıqçı) deməkdir. Visher-Piskator tipik holland mənzərələri və döyüş səhnələri ilə "tarixi qravüra" adlanan əsəri ilə məşhurlaşıb. O, həmçinin bir neçə coğrafi atlas və iki yüzə yaxın fərdi xəritə nəşr etdirmişdir.