master-kart

master-kart
masştab 2021
master-klas
OBASTAN VİKİ
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Kart oxuyucusu
Kart oxuyucusu (ing. card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Qrin kart
Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur.
Qırmızı kart
Qırmızı kart — Sarı və qırmızı kartlar ilk dəfə 1971 -ci ildə Meksikada kecirilən Dünya çempionatında göstərilib Futbol tarixində ən çox kart isə 2006 - cı ildə Dünya cempionatında 1/8 finalda Hollandiya və Portuqaliya komandaları arasında olmuşdur. Rusiyalı hakim Valentin İvanov tərəfindən oyunculara 16 sarı və 4 qırmızı kart göstərilib. Futbol oyununda sarı kart xəbərdarlıq etmək üçün qırmızı isə kobud oyuncunu oyundan xaric etmək üçündür qayda pozuntusuna yol verən oyuncu 2-sarı kart aldığı zaman oyundan xaric olunur Qırmızı kart alan oyuncunu hec bir oyuncuyla əvəz etmək olmaz Qırmızı və sarı kartı keçmiş FiFA hakimlər komitəsinin sədri Ken Aston daxil edib.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Video kart
Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s. 1982-ci ildə "Hercules" firması "Hercules Graphics Adapter" (HGA) adlı ilk iki rəngli (ağ-qara) videokartı ictimaiyyətə təqdim etmişdir. qrafik kart (ing. graphics card, ru. графическая плата) – ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur. Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular. Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var.
Plastik kart
Plastik kartlar və ya ödəmə kartları — vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan — özünəməxsus "elektron pul". Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) — hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) — hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s. Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü.
Uno (kart oyunu)
UNO! ABŞ-də yaranan stolüstü oyundur . Ən azı 2 nəfərlə oynanılır. Oyunun məqsədi əlindəki kartları hamıdan əvvəl bitirməkdir.
Çılğın kart (film, 2015)
Çılğın kart və yaxud da əvvəlki adı ilə İstilik (ing. Heat), 1985-ci ildə nəşr olunmuş olanUilyam Qoldmanın eyniadlı romanına əsaslanaraq çəkilmiş olan Amerika istehsalı kriminal dram filmidir. Filmin rejissoru Saymon Vest, ssenari müəllifi isə Qoldman olmuşdur. Filmin baş rollarında Jason Statham, Stanley Tucci, Sofia Vergara, Milo Ventimiqlia çıxış etmişdirlər. Film 30 yanvar 2015-ci ildə ABŞ-da nümayiş olunmuşdur. Filmin baş qəhrəmanı Las-Veqasda mühafizəçi işləyən sabiq hərbçi Nik Eskalantedir. Onun ən böyük arzusu "çirkabla" dolu şəhərdən Venesiyaya köçməkdir. Ancaq bunun üçün böyük məbləğdə pula ehtiyacı vardır. Günlərin birində Bossu tərəfindən davamlı şəkildə döyülən fahişə Holliyə kömək etməyə razı olur. Onu incidənlərin dərslərini vermək qərarına gəlir.
Master və Marqarita (film, 2024)
"Master və Marqarita" (rus. Мастер и Маргарита) — Mixail Bulqakovun eyni adlı romanı əsasında Mixail Lokşinin rejissorluğu ilə çəkilmiş Rusiya fentezi dram filmi. Filmdə əsas rollar Auqust Dihl, Yevgeni Tsıqanov, Yuliya Sniqir, Klas Banq, Yuri Kolokolnikov, Aleksey Rozin və Polina Auq tərəfindən canlandırılmışdır. Filmin istehsalını Rusiya Kino Fondunun dəstəyi ilə "Mars Media Entertainment", "Amedia" və "Profit" şirkətləri həyata keçirmişdir. Filmin premyerası 25 yanvar 2024-cü ildə baş tutmuşdur.

Значение слова в других словарях