MEŞ

участник игры, выступающий первым, делающий первый ход
MERGEL
MEŞARDI
OBASTAN VİKİ
2015 Rusiya meşə yanğınları
2015 Rusiya meşə yanğınları (rus. Лесные пожары в Сибири (2015), ing. 2015 Russian wildfires) - Rusiyanın cənubi Sibir ərazilərində 12-16 aprel aralığında baş vermiş meşə yanğınları. Baş verən yanğınlar nəticəsində Xakasiya Respublikasında yaşayan 29 nəfər həlak olmuş 6.000 dən çox şəxs isə evsiz qalmışdır. Eyni zamanda Zabaykal diyarının inzibati mərkəzi olan Çita şəhəri yaxınlığında yerləşən meşədə yanğın nəticəsində 4 nəfər həlak olmuşdur. Yanğının Daxili Monqolustan Muxtar Rayonu ərazisinə qədər yayıldığı raport edilmişdir.
2017 Portuqaliya meşə yanğınları
2017 Portuqaliya meşə yanğınları (port. Incêndio florestal de Pedrógão Grande de 2017) — Portuqaliya Respublikasının Pedroqao Qrande bölgəsində 2017-ci ilin iyun ayının 18-də baş vermiş meşə yanğınları. == Xilasetmə == Hadisə yerinə azı 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib. 40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq çətin olub. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyə edilib. == İtkilər == Hadisə nəticəsində azı 61 nəfər ölmüşdür. Ölənlərdən azı 16-sı avtomobillərdə vəfat etmişdir. == Matəm == Portuqaliya hökuməti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan etmişdir.
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir. 9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir.
Abbaskəndi (Meşkinşəhr)
Abbaskəndi (fars. عباس كندي‎) və ya Abbaskəhrizi — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 45 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (26 ailə).
Abbasqışlağı (Meşkinşəhr)
Abbasqışlağı (fars. عباس قشلاقي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (34 ailə).
Abbasəlikəndi (Meşkinşəhr)
Abbasəlikəndi (fars. عباسعلي كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 36 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 20 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (8 ailə).
Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir. == Yer və giriş == Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir. Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var. == Subasar == Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.
Adi meşəcüllütü
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Adi meşəgilası
Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır. == Azərbaycanda yayılması == Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir. == Statusu == Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1. == Bitdiyi yer == Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur.
Afrika meşə fili
Afrika meşə fili (lat. Loxodonta cyclotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin afrika fili cinsinə aid heyvan növü.
Alardeh (Meşkinşəhr)
Alardeh (fars. الرده‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Alaçıqtəpəsi (Meşkinşəhr)
Alaçıqtəpəsi (fars. الاچيق تپه سي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən 24 km şimalda, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 16 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (16 ailə).
Allahyar bəy Zülqədərov (meşəçi)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Alıç (Meşkinşəhr)
Alıç (fars. الوچ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 469 nəfər yaşayır (102 ailə).
Amazon yağış meşələri
Amazon yağış meşələri — nəm tropik həmişəyaşıl geniş yarpaqlı meşələrin geniş bir bölgəsi — demək olar ki, Amazon hövzəsini əhatə edən geniş, düz, düzənlikdə yerləşən dünyanın ən böyük tropik meşəsi. Meşənin özü 5.5 milyon kvadrat kilometr ərazini tutur — planetdəki qalan tropik meşələrin ümumi sahəsinin yarısı. Doqquz ştatın ərazisini əhatə edir: (Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam, Fransa Qvianası).Amazon meşələrində meşələrin qırılmasının əsas mənbələri insanların məskunlaşması və torpaqların genişləndirilməsidir. 2018-ci ilə qədər Amazon tropik meşələrinin təxminən 17%-i artıq məhv edilib. Alimlər göstərir ki, məhv edilmiş ərazi 20-25%-ə çatdıqda şərq, cənub və mərkəzi Amazon meşələrinin qeyri-meşə ekosistemlərinə və deqradasiyaya uğramış savannalara çevrilməsi üçün kritik həddə çatacaq. 1991-2000-ci illər arasında Amazonda itirilmiş ümumi meşə sahəsi 415.000 km²-dən 587.000 km²-ə qədər artdı və itirilmiş meşənin çox hissəsi mal-qara üçün otlaq sahəsinə (rançoya) çevrildi. Amazonda əvvəllər meşə ilə örtülmüş torpaqların 70 faizi və 1970-ci ildən bəri meşələri qırılmış ərazilərin 91 faizi heyvandarlıq otlaqları üçün istifadə edilmişdir. Ətraf mühit müdafiəçiləri Braziliya prezidenti Jair Bolsonaro-nu qeyri-qanuni ağac kəsənləri, mədənçiləri və torpaq möhtəkirlərini regionun iqtisadi inkişafı naminə meşələri təmizləməyə təşviq etməkdə məsuliyyət daşıyırlar. Bolsonaro, digər tərəfdən, bölgəni yoxsulluqdan çıxarmaq üçün qorunan ehtiyatlarda mədənçilik və əkinçiliyin təşviq edilməsini müdafiə edir. == Biomüxtəliflik == Cənubi Amerikanın tropik meşələri (Selva) ən böyük biomüxtəlifliyə malikdir.
Amur meşə pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır.
Avropa meşənovruzu
Cyclamen purpurascens (lat. Cyclamen purpurascens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Avropa meşәçәtirotusu
Avropa meşəçətirotusu — Hündürlüyü 20–50 sm, gövdəsi düz, adətən tək və sadə olan çoxillik çılpaq ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, görünüşünə görə dəyirmi ürəkşəkillidir, barmaqvari 3–5 ədəd ayrı, daha iri orta dilimlidir; yan dilimləri enli pazvari əksinə yumurtaşəkillidir, qismən dərin üç bölümlüdür, kənarları dairəvi dişlidir, sivri ucluqla qurtaran dişləri vardır. Gövdə yarpaqları yoxdur və ya onlar az saydadır və az kəsilmişdir. == Çiçək == Çətirləri xırdadır, qurtaracağı vardır, şüaların ucunda yerləşmişdir. Kasacığın dişləri bizşəkillidir. Ləçəkləri yumurtaşəkillidir, 1,5 mm-ə yaxındır, ağ və ya qırmızımtıl rəngdədir. == Meyvə == Meyvələrinin uzunluğu 4–5 mm-dir, yumurtaşəkilli-şarşəkillidir, qısa tikanlarla sıx örtülmüşdür. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Yuxarı dağ qurşağına qədər.
Ayətullah Meşkini
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. == Həyatı == Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi.
Azatağac meşələri
Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır. == Qorunması == Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun payına düşür.
Azatağac meşəsi
Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır. == Qorunması == Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun payına düşür.
Azərbaycanın meşələri
Azərbaycan meşələri - Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
Ağamurad (Meşkinşəhr)
Ağamurad (fars. اقامراد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (7 ailə). == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 48 km cənub-şərqdədir.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Meşkinşəhr)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.

Значение слова в других словарях