MEND

v 1. düzəltmək; yamamaq; təmir etmək (sınmış, cırılmış, köhnəlmiş şeyləri); to ~ shoes ayaqqabıları təmir etmək / yamamaq; to ~ a broken window sınmış pəncərəni təmir etmək; 2. işləri qaydasına salmaq; 3. səhhətini bərpa etmək; sağlamlığına fikir vermək; 4. tezləşdirmək, sürətləndirmək; to ~ one’s pace addımlarını tezləşdirmək / sürətləndirmək; to ~ the fire ocağı qızışdırmaq

MEN
MENDACIOUS
OBASTAN VİKİ
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy‎; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor. == Həyatı == 1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Ferland Mendi
Ferland Mendi (8 iyun 1995, Myölan-an-İvelin[d]) — sol cinah müdafiəçisi.
Inga mendoncaei
Inga mendoncaei (lat. Inga mendoncaei) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kostas Mendilor
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; 3 sentyabr 1965, Melburn) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Polis bölməsi dramında Kenni roluna və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. == Həyatı == Mendilor Melburnda Peloponnesdən yunan imminqrantlarının oğlu olaraq dünyaya gəlmişdir. Kostasın atası – taksi sürücüsü olan Yannis Feodosopulos Tripolisdə anadan olub. Kostasın anası Luiz (qızlıq soyadı ilə Mendilaris) Kalamatalıdır. Öz soyadı çox uzun olduğundan anasının qızlıq soyadını özləşdirərək götürmüşdür. O, Sent-Kildada və Cənubi Melburnda böyüyüb. Mendilor ABŞ-yə, aktyorluq dərsi aldığı yerə 1987-ci ildə köçüb.
Kostas Mendilorun filmoqrafiyası
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir: 1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır.
Luis Xerardo Mendes
Luis Xerardo Mendes (isp. Luis Gerardo Méndez; doğ. 12 mart 1982) - Meksikalı teatr, kino aktyoru və prodüser. Luis "Qaraçılar" teleserialında və "Biz zadəganlarıq" (isp. Nosotros los nobles) filmində Xavyer rolu ilə məşhurlaşmışdı. == Bioqrafiya == Aquaskalientes adlı kiçik provinsial şəhərində anadan olmuş Luis, hələ yeniyetmə yaşlarında televizayada işləmək qərarına gəlir və buna görə də o 20 yaşı tamam olan kimi Mexiko şəhərinə köçür və 2003-cü ildən 2005-ci ilə qədər burada yerləşən ən prestijli "Kasa Azul" tədris mərkəzində təhsil almağa başlayır. Gənc olmasına baxmayaraq, o tezliklə öz nəslinin ən hərtərəfli aktyorlarından birinə çevrilir, o həmçinin öz aktyor rezümesinə diqqətçəkici film, teatr və televiziyada çoxsaylı ifalarını daxil etməyi bacarır. Kinoda o rejissor Qustavo Lozanın "Ailənin dostu", rejissor Volter Donerin "Qarşıdan keçən" filmində çəkilmişdir. Lakin onun "Biz zadəganlarıq" filmində göstərdiyi mükəmməl performans, onun ictimaiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdu. Həmin film "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə Ariel nominasiyasına layiq görülmüşdü.
Lusiana Mendoza
Lusiana Mendoza (d. 14 mart 1990; Lanus, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusiana Mendoza Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Mendelevium
Mendelevium (Md, lat. Mendelevium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 101-ci element. İlk dəfə olaraq element haqqında 1955-ci ildə Siborqun qrupu məlumat verdi, amma, yalnız 1958-ci ildə Berklidə onun sintezi haqqında etibarlı nəticələr alındı. Amerika tədqiqatçıları bu elementi Dmitri İvanoviç Mendeleyevin (1834-1907) şərəfinə adlandırdılar.
Mendeleyev
Dmitri İvanoviç Mendeleyev (8 (20) fevral 1834[…], Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[…] – 20 yanvar (2 fevral) 1907[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[…]) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı. Dmitri Mendeleyev 1834-cü ildə Tobolskda anadan olmuşdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı: Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir. Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9%-i kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D. Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: "Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm". D. Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi.
Mendeleyev cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Mendeleyev silsiləsi
Mendeleyev silsiləsi — Orta-Okean silsiləsinin tərkib hussəsinə daxil olan və Şimal Buzlu okeanın daxili ilə uzanır. 1949-ci ildə Sovet ekspedisiyası tərəfindən aşkarlanmışdır. Geniş qalxmaların ən dayaz yeri 1500 metr təşkil edir. Silsilə Vrangel adasından başlayaraq Kanada Arktik arxipelaqına qədər uzanır. Onun uzunluğu 1500 km təşkil edir. Silsilənin mərkəz hissəsinə yaxın ərazidə dərinliyi 2700 metr olan çökəklik aşkarlsnmışdır. Silsilənin Rusiya ərazisinə yaxın ərazidə yerləşən silsilə Mendeleyev silsiləsi olaraq qalsa da, digər hissəsi isə Alfa qalxması adlandırılmışdır.
Mendeleyevsk
Mendeleyev və ya Mendeleyevsk (tatar. Менделеев; rus. Менделеевск) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir.
Mendeleyevsk rayonu
Mendeleyevsk rayonu (tatar. Менделеевск районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mendeleyevsk şəhəridir. Rayon respublikanın şimal-şərqində yerləşir, Prikamski iqtisadi rayonunun bir hissəsidir. Rayon 10 avqust 1930-cu ildə Bondyujski rayonu olaraq qurulur (mərkəzi Bondyujski q). 1921-ci ilə qədər onun ərazisi Vyatka vilayətinə, 1921-ci ildən Alabuqaya daxil olur. 1928-ci ildən Tatarıstan Muxtar Sovet Sosialist Respublikasınınn Çallı kantonuna aid olur. 20 yanvar 1931-ci ildə rayon ləğv edilir, ərazi Alabuqa rayonuna verilir.
Mendeleyevum
Mendelevium (Md, lat. Mendelevium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 101-ci element. İlk dəfə olaraq element haqqında 1955-ci ildə Siborqun qrupu məlumat verdi, amma, yalnız 1958-ci ildə Berklidə onun sintezi haqqında etibarlı nəticələr alındı. Amerika tədqiqatçıları bu elementi Dmitri İvanoviç Mendeleyevin (1834-1907) şərəfinə adlandırdılar.
Mendelson marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Mendi Mengjiqi
Mendi Mengjiqi (serb. Менди Менђићи; d. 3 iyun 1958, Lupç, Priştina, Kosovo və Metoxiya, YSFR) — Kosovo albanlarından olan bəstəkar; Kosovo himninin müəllifidir.
Mendonciaceae
Mendosino qraflığı (Kaliforniya)
Mendosino — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 87,841 nəfər olmuşdur. Mərkəzi Yukaya şəhəridir.
Menduk
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Mendzıjets-Podlyaski
Mendzıjets-Podlyaski (polyakca Międzyrzec Podlaski) — Polşanın cənub-qərbində bir kənd. Mendzıjets-Podlyaski Gemina rayonunun mərkəzidir və 17.300 (2005-ci ilin hesablamalarına görə) nəfər əhalisi var. Bu şəhər 1174-cü ildə şəhər statusu alıb və qida uzrə bir bazar sayılırdı. İkinci dünya müharibəsində Międzyrzec Podlaski şiddətilə Almanlar Luftwaffe təyyarələrilə bombalandi.
Pyer Mendes-Frans
Pyer Mendes-Frans (fr. Pierre Mendès France; 11 yanvar 1907, Paris — 18 oktyabr 1982) — Fransanın sol görüşlü ictimai-siyasi xadimi. 1951–1956-cı illərdə Fransanı idarə edən Pyer Mendes-Fransın başçılıq etdiyi "sağ mərkəz hökuməti"nin dövründə sağa dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə nail olundu. Hökumətin, prezidentin səlahiyyətləri artırıldı. Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə vergilər qoyuldu, tariflər yüksəldi.