Mendeleyevsk rayonu (tatar. Менделеевск районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Mendeleyevsk şəhəridir.
Mendeleyevsk rayonu | |
---|---|
55°58′ şm. e. 52°22′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Mendeleyevsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon respublikanın şimal-şərqində yerləşir, Prikamski iqtisadi rayonunun bir hissəsidir.
Rayon 10 avqust 1930-cu ildə Bondyujski rayonu olaraq qurulur (mərkəzi Bondyujski q). 1921-ci ilə qədər onun ərazisi Vyatka vilayətinə, 1921-ci ildən Alabuqaya daxil olur. 1928-ci ildən Tatarıstan Muxtar Sovet Sosialist Respublikasınınn Çallı kantonuna aid olur. 20 yanvar 1931-ci ildə rayon ləğv edilir, ərazi Alabuqa rayonuna verilir. 10 fevral 1935-ci ildə rayon yenidən bərpa edilir. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidlərinin birləşdirilməsi nəticəsində 1 fevral 1963-cü ildə Bondyujski rayonu ləğv edilir, ərazisi Alabuqa rayonuna verilir. 11 avqust 1967-ci ildə şəhər tipli qəsəbə Bondyujski regional tabeçiliyə çevrildiir və Mendeleevsk adlandırılır. 15 Avqust 1985-ci ildə Alabuqa rayonundan ayrılan Mendeleyevk rayonunun inzibati mərkəzi olur.
Şəhər şəraitində (Mendeleyevsk şəhəri) rayon əhalisinin 73,7% -i yaşayır.
Rayon əhalisi tatarlar (52,8,3%), ruslar (35,6%), udmurdlardan (4,4%) və marilər (4,0%) ibarətdir[2].
Mendeleyevsk rayonu ərazisinə 1 şəhər və 14 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 38 yaşayış məntəqəsi daxildir[3].
Mendeleevsk rayonu əsasən kimya məhsulları, mineral gübrələr, neft istehsalı, səmt qazı ilə xarakterizə olunan inkişaf etmiş bir sənaye-kənd təsərrüfatı bölgəsidir. Tikinti materialları sənayesi və yüksək keyfiyyətli yeraltı mineral suları kimi əhəmiyyətli xammal ehtiyatları mövcuddur.
Kənd təsərrüfatı sektorunda çovdar, arpa, yulaf, noxud, kartof və digər tərəvəzlər, yem üçün çuğundur və qarğıdalı yetişdirilir. Mal-qara, donuz, at kimi heyvandarlığın sahələri inkişaf etmişdir. Üstəlik burada tülkü, gəlincik, qütb tülküsünün xəz dərisinin işləmə müəssisələri fəaliyyət göstərir