Metakommunikativ subyektin reallığa münasibəti

ənənəyə, mətnin reallıq-ənənə oxu üzərində qəbuledicinin mətnə və reallığa münasibətindən haqqında söhbət gedir.
Metakommunikativ aspekt
Metalinqvistik funksiya
OBASTAN VİKİ
İnternet münasibəti
İnternet münasibəti — internetdə tanış olan və bir çox hallarda bir-birini yalnız internet vasitəsilə tanıyan insanlar arasındakı münasibət. Onlayn münasibətlər bir çox cəhətdən məktub dostu münasibətlərinə bənzəyir. Bu əlaqə romantik, platonik və hətta işgüzar münasibətlərə əsaslana bilər. İnternet münasibəti (və ya onlayn münasibət), şəxsi münasibətlər kimi, münasibət adlandırılmazdan əvvəl əsasən, müəyyən bir müddət davam edir. Buradakı əsas fərq odur ki, internet münasibəti kompüter və ya onlayn xidmət vasitəsilə davam etdirilir və münasibətdə olan şəxslər bir-birləri ilə şəxsən görüşə və ya heç vaxt görüşməyə bilərlər. Əks halda, bu termin kifayət qədər genişdir və mətn, video, audio və hətta virtual xarakterə əsaslanan münasibətləri də əhatə edə bilər. Bu münasibət müxtəlif bölgələrdə, müxtəlif ölkələrdə, dünyanın müxtəlif tərəflərində, hətta eyni ərazidə yaşayan, lakin şəxsi ünsiyyət qurmayan insanlar arasında ola bilər. == Texnoloji üstünlükləri == "Cins, təxəllüslər və KVK: Maskalanmış şəxsiyyətlər və çılpaq ruhlar" kitabının müəllifi Maykl Ceffə görə, "internet əvvəlcə hökumət alimləri ilə müdafiə ekspertləri arasında ünsiyyəti sürətləndirmək üçün yaradılmışdı və heç də məşhur "şəxslərarası əlaqə" olmaq üçün nəzərdə tutulmamışdı". Bununla belə, hələ də kütləvi ictimaiyyətin onlayn ünsiyyət qurmasına imkan verən yeni və inqilabi cihazlar daim inkişaf etdirilir və buraxılır. Fərqli istifadə və qarşılıqlı əlaqə üsulları üçün çoxlu cihazların olması əvəzinə, mobil telefonlar, planşetlər, noutbuklar və smartfonlar kimi bir cihazda quraşdırılmış internet funksiyasına malik olmaqla onlayn ünsiyyət daha əlçatan və daha ucuzdur.
Subyektin özünüidarəetmə identifikasiya kodu
Subyektin özünüidarəetmə identifikasiya kodu (alm. Amtlicher Gemeindeschlüssel‎) — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq. Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcüddur (poçt indeksi, NUTS). == Almaniya == Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar. === Strukturası === Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir. === Nümunələr === 08 1 11 000 — Ştutqart 08 — Baden-Vürtemberq torpağı 1 — Ştutqart inzibati rayonu 11 — Ştutqart torpaq tabeliyində olan şəhəri 000 — (torpaq tabeliyində olan bir şəhər olaraq, Ştutqartda daha bir bölmə yoxdur) === Federal torpaqlar === Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir. 01: Şlezviq-Qoltşteyn 02: Qamburq 03: Aşağı Saksoniya 04: Bremen 05: Şimali Reyn — Vestfaliya 06: Qessen 07: Reynland-Pfalts 08: Baden-Vürtermberq 09: Bavariya 10: Saar 11: Berlin 12: Branderburq 13: МMeklenburq — Pomeraniya 14: Saksoniya 15: Saksoniya-Anxalt 16: Türinqiya === Xarici keçidlər === Almaniyanın Statistika İdarəsi (alm.) == Avstriya == === Struktura === Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir.