METALLURJİ
METALŞÜNASLIQ
OBASTAN VİKİ
Metallurq (dəqiqləşdirmə)
Metallurq — Metallurgiyada ixtisas
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. 4 dəfə Avropa kuboklarında iştirak edib.
Metallurq Rustavi FK
Metallurq Rustavi – Gürcüstanın futbol klubu. Sovet vaxtında klub "Metallurq" (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda "Qorda" və FC Rustavi adı altında çıxış edib. SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra — 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi — 1973, 1974, 1977–1979, 1982–1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb. 1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi. 1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi "Kəpəz" idi.
Metallurq Skopye FK
Metalurq — Makedoniya Respublikasının futbol klubu.
Metallurq Zaporojye FK
Metalurğ (Zaporijya) — Ukraynanın futbol klubu. 2 dəfə Avropa kuboklarında iştirak edib.
Nazim Əfəndiyev (metallurq)
Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; 16 dekabr 1963, Bakı) — "Metalloinvest" İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. "Rusiya Federasiyasının fəxri metallurqu" (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011). Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – "Magistr Biznes-İnzibatçılıq") xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N. Əfəndiyev "Sibirskiy alyuminiy" kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, "Russkiy alyuminiy" kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən "NOSTA" ASC və "Uralskaya Stal" kompaniyasında satış üzrə direktor işləyib. 2004-cü ilin mayında "Uralskaya Stal" kompaniyasının baş direktoru təyin edilib. 2006–2007-ci illərdə "Metalloinvest" İK ASC-nin icraçı direktoru olub.
Gənc metallurqlar (film, 1956)

Значение слова в других словарях