meydanaçıxma 2021
meydanətrafı
OBASTAN VİKİ
Meydança
Meydança — Müəyyən məqsədlər üçün xüsusi hazırlanan kiçik bir sahə.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. == Quruluşu == === Mərkəzi dairə === Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. === Mərkəzi xətt === Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Futbol meydançası
Futbol meydançası — futbol oynamaq üçün meydança. Oyunlar həm süni, həm də təbii örtükdə oynana bilər. Süni örtük yaşıl rəngdə olmalıdır. Onun ölçüsü futbolda birinci qaydaya görə təyin olunur. == Tarix == 1863 – Meydançanın ölçüsünə aid ümumi qaydalarda ilk göstərişlər. 1875 – Şeffild Futbol Assosiasiyasının təzyiqləri altında, İngiltərə Futbol Federasiyası yeni qaydalar qəbul edir. Bundan sonra qapının yuxarı tiri daha sərt materialdan düzəldilməyə başlandı və lent istifadəsi qadağan olundu. Qapıların yekun ölçüsü təsdiq olunmuşdu. 1891 – Qapılara tor salınmağa başlanır. 1901 – Meydanda ilk dəfə cərimə meydançası çəkilməsinə aid qanun təsdiq olunur.
Meydançay
Meydançay (Kəlbəcər)
Meydançay (Kəlbəcər)
Meydançay — Kəlbəcər rayonu ərazisində çay. Qamışlı çayının qoludur. Murovdağda Meydan düzü adlı düzün yaxinlığında olduğuna görə onun adı ilə adlandırılmışdır. “Düzənlik”, “açıqlıq sahə” mənasında olan Meydan düzü maldarların mövsümi yaylaq yurdudur. Çay aşağı axıninda Yanşaq kəndinin yaxınligından keçdiyinə görə Yanşaqçay da adlandırılır.
Meydançay (Təbriz)
Meydançay — Təbriz şəhərinin mərkəzindən 25 km uzunluğundakı çaydır. Bu çayın mənbəyi Səhənd dağlarından gəlir. Bu şəhərin şərq və şimal hissəsində Təbriz girdikdən sonra Basmanj Chai çay edilir Asbehriz adlanır və cənub hissəsi adlanır Quri Chai. Bu iki hissə Bağmışheh Pulsangi xiyabanında bir-birinə qovuşur və çay sahəsini təşkil edir və Təbrizin qərb hissəsində Acıçay ilə birləşir.
Eniş meydançası
Eniş meydançası —təyyarənin qalxması və enməsi üçün uyğun olan relyefin quru sahəsi və ya xüsusi hazırlanmış süni platforma. Bir qayda olaraq, eniş meydançalarından 4-cü sinif təyyarələri, yerli aviaşirkətlərdə, PUA-larda, vertolyotlarda aviasiya işlərini yerinə yetirərkən istifadə olunur. Tərk edilmiş aerodromlar tez-tez eniş meydançaları kimi istifadə olunur, xüsusən də uçuş-enmə zolağı qorunub saxlanılıbsa.

Значение слова в других словарях