MEZO

is. \[yun. κέζνο "ara, orta"\] 1. kosmet. Kosmetologiyada üz dərisinə inyeksiya vasitəsilə müxtəlif preparatların yeridilməsi. Sellülitlə yeganə mübarizə metodu mezo və ozonoterapiyadır. ("Art of beauty" jurnalı, №6, 2012, səh. 46) 2. mezo… Halı, orta vəziyyəti və s. göstərən ön şəkilçi. Məs.□ mezokrat leykokratla melonokrat arasında orta vəziyyət tutur.
MEYNFREYM
MEZOSAP
OBASTAN VİKİ
Mezoamerika
Mezoamerika (qədim yunana μέσος "orta") — təxminən Meksikanın mərkəzindən Honduras və Nikaraquaya qədər uzanan tarixi-mədəni bölgədir (Mərkəzi Amerika ilə qarışdırılmamalıdır). Bu termin 1943-cü ildə alman filosofu və antropoloqu Paul Kirxhoff tərəfindən irəli sürülüb. "Mezoamerika" termini yunan dilindən hərfi mənada Mərkəzi Amerika kimi tərcümə olunur. Konkret halda tərif ortaq dini və mədəni xüsusiyyətlərə malik yüksək inkişaf etmiş mədəniyyətlərin və sivilizasiyaların mövcud olduğu Mərkəzi Amerika ərazisinə aiddir. Mezoamerikanın sərhədləri həmişə dəyişib və bəzi Mezoamerikan dövlətlərinin ekspansionist siyasətindən asılı olub. İlk dəfə bu anlayışdan Kolumbaqədərki mədəniyyətləri tədqiq edən alman antropoloqu Paul Kirxhoff istifadə etdi və mədəniyyətlərin Meksikanın cənubunda, Qvatemalada, Belizdə, Salvadorda, Honduras qərbində, Nikaraqua Sakit okean ovalığında və Kosta Rikanın şimal-qərbində yerləşdiyini qeyd etdi. Onlar bir sıra ümumi xüsusiyyətlərə malik idi. Toplanmış məlumatlar əsasında antropoloq belə qənaətə gəldi ki, bu sivilizasiyalar minilliklər boyu qonşuluq və qarşılıqlı mədəni-ticarət təsiri nəticəsində ümumi mədəni klaster təşkil edib. Bu termin hələ də elmi ictimaiyyətdə rəsmi olaraq qəbul edilir, baxmayaraq ki, ümumiyyətlə Mezoamerikanın bir hissəsi sayılmayan Aridoamerika və Oazisamerika mədəni qruplarına aid sivilizasiyaları ayırmaq adətdir. Kolumbaqədərki dövrdə Mezoamerikanın əhalisi aşağıdakı xüsusiyyətlərə görə fərqlənirdi: mürəkkəb hökumət strukturlarına malik əkinçilik və qarğıdalı cəmiyyətləri; geniş mərasim mərkəzləri və ya hətta böyük daş strukturları olan şəhərlər (piramidalar, saraylar, müqəddəs top oyunu üçün arenalar); sənətkarlığın yüksək inkişaf səviyyəsi: daş, keramika, ağac, toxuculuq, metal, rəsm (rəssamlığa qədər); astronomik biliklər, qeyri-adi dəqiq təqvim, özünəməxsus yazı sistemlərinin inkişafı.
Mezoarxey
Mezoarxey- 3,200 - 2,800 milyon il əvvəli əhatə edən Arxey Eonu dövründəki geoloji dövrdür. Avstraliyadan gələn fosillər, stratolitlərin, ilkin dəniz yosunlarının Mezoarxeydən bəri yer üzündə böyüdüklərini göstərir. İlk superqitə Vaalbara təxminən 2800 milyon il əvvəl bu dövrdə dağılmışdır. Ən erkən riflər bu dövrdə və yəqin ki, stromatolitlər tərəfindən əmələ gəlmişdir. Bu dövrə aid süxurlarda aparılan oksigen izotoplarının təhlili 55-85 °C ətrafında bir okean istiliyinin, digər hava dəyərləndirmələri isə 50 °C-dən aşağı olduğu nəticəsinə gətirib çıxardı. Atmosferdəki azot qazının günümüzə köklü şəkildə bənzədiyi və karbon qazının təxminitəzyiqinin, ehtimal ki, 0.7 bardan aşağı olduğu düşünülür.
Mezoderma
Mezoderma — Bütün ikitərəfli heyvanlarda mezoderma, erkən dövrdə olan embrionun üç əsas cücərmə qatından biridir. Digər iki təbəqə ektoderm (xarici təbəqə) və endodermdir (daxili təbəqə), mezoderm arada orta təbəqədir. Mezoderm mezenxima, mezoteliya, epitelial olmayan qan hüceyrələrini və koelomositləri əmələ gətirir. Mezoderm miyogenez, septa (eninə septa) və mezenteriya (uzununa septum) kimi tanınan bir müddətdə əzələlər meydana gətirir; və cinsiyyət vəzlərinin bir hissəsidir (qalanları cinsiyyət hüceyrələridir). Miyogenez mezenximin spesifik bir funksiyasıdır. Mezoderma hüceyrələrarası siqnal vasitəsilə embrionun qalan hissəsindən fərqlənir, bundan sonra mezoderma təşkil mərkəzi tərəfindən qütbləşir . T Beta-katenin, transkripsiya faktoru fəaliyyətini repressiyadan aktivasiyaya dəyişən bir kofaktor rolunu oynayır ki, bu da mezoderm fərqlənməsi və qastrulyasiya üçün kritik olan gen məhsullarının sintezinə başlayır. Bundan əlavə, mezoderma, sinir sisteminin xəbərçisi olan sinir lövhəsi kimi digər quruluşların böyüməsinə səbəb ola bilər. Mezoderm, embrional inkişafın üçüncü həftəsində ortaya çıxan üç təbəqə qatından biridir. Qastrulyasiya zamanı əmələ gəlir.
Mezofitlər
Mezoiqlim
Mezoiqlimşünaslıq
Mezolit
Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar. Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir. Azərbaycan mineralları.
Mezolit dövrü
Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü. 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi; mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı; əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi; heyvanların əhliləşdirilməsinə başlandı; ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı; Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər; Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular; Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər; Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi); Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu); Ox və kaman ixtira edildi; İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.
Mezomorto Hüseyn Paşa
Mezomorto Hüseyn Paşa (XVII əsr, Mayorka – 1701, Lesbos) — II Süleyman və II Mustafa səltənətlərində 2 dəfə kaptan-ı dərya olmuş Osmanlı dövlət adamı. Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 348, 369, 540; Silâhdar, Târih, II, 485-489, 553, 554, 674, 679; Uşşâkīzâde Târihi: Tahlil ve Metin (haz. Raşid Gündoğdu, doktora tezi, 2000), İÜ Sosyal Bilimler Enstitüsü, vr. 117b; [Abdullah Üsküdârî], Vâkıât-ı Rûzmerre, Süleymaniye Ktp., Esad Efendi, nr. 2437, vr. 175a, 181a; Râşid, Târih, II, 105, 127, 305-310, 320, 356-357, 406, 440-441; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 40, 103; Sicill-i Osmânî, II, 201-202; Safvet, Mezemorta Hüseyin Paşa, İstanbul 1327; a.mlf., “Koyun Adaları Önündeki Deniz Harbi, Sakız’ın Kurtarılışı”, TOEM, I/3 (1328), s. 150-177; Aziz Samih İlter, Şimali Afrikada Türkler, İstanbul 1937, II, 10, 11, 143; Fevzi Kurtoğlu, Türklerin Deniz Muharebeleri, İstanbul 1940, s.
Mezon-Alfor
Mezon-Alfor (Mezon-Alfor, fr. Maisons-Alfort) — Fransanın şəhər və kommunası, region — İl-de-Frans, departament — Val-de-Marn. 2010-cu ilə əsasən əhalinin sayı — 52 943 nəfər təşkil edir. Şəhər, Fransanın ən məşhur baytarlıq tibb məktəbi Alfor, Fransa Milli Baytarlıq Məktəbinin mərkəzi olaraq bilinir. İlkin olaraq, Mezon-Alfor sadəcə Mezon (fr. Maisons) adını daşıyırdı . Adının mənşəyi Mansiones latın sözündən gəlir, «ev» mənasının verir. Böyük Fransa inqilabı zamanı şəhərin tərkibinə Alfor kəndi daxil edilmişdir və Mezon-Alfor kimi adlandırıldı.
Mezon-Laffit sarayı
Mezon Laffit (fr. Château de Maisons-Laffitte) — Paris yaxınlığında saray. XVII əsrdə inşa edilmişdir. Bu sarayın eynisini fransız şərabının pərəstişkarı, çinli əmlak maqnatı Çjan Yuçen 2004-cü ildə Pekində də tikib. Pekindəki saray ən dəbdəbli hotelin binasıdır.
Mezoneuron kavaiense
Mezoneuron kauaiense (lat. Mezoneuron kauaiense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin mezoneuron cinsinə aid bitki növü.
Mezonixilər
Mezonixilər (lat. Mesonychia) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Mezopelegial
Mezopelegial — dənizdə suyun orta qatı. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Mezoporal
Mezoporal — 0,5-1,5 mm ölçüdə olan qum danəcikləri arasındakı boşluqlar. Zəngin mikrofaunası ilə seçilir. Mikroporal-0,1-0,4 mm ölçüdə olan qum danəcikləri arasındakı boşluqlar. Bu boşluqlarda infuzorlar və digər mikroskopik orqanizmlər yaşayırlar.
Mezoproterozoy
Mezoproterozoy və ya mezoproterozoy erası- 1600 milyon il əvvəldən 1000 milyon il əvvələ qədər olan zaman dilimini əhatə edən geolojii dövrdür. Bu dövrün əsas hadisələri Kolumbia superqitəsinin parçalanması, Rodiniya superqitəsinin yaranması və cinsi çoxalmanın təkamülüdür. Bu dövr kontinental plitələr və tektonik plitələrin daha da inkişafı ilə əlamətdardır. İlk genişmiqyaslı dağəmələgəlmə prosesi bu dövrdə baş vermişdir. Mezoproterozoy erası yer üçün kritik bir dövr olsa da, dənizin kimyəvi tərkibi, yer səthi və havanın tərkibi olduqca dəyişmişdir. Oksigen səviyyəsi eranın əvvəlindı bugünkü səviyyəsinin təxminən 1%-i qədər yüksəldi və dövr ərzində yüksəlməyə davam etdi. Dövr gələcək həyatın mürəkkəbliyini artıran cinsi çoxalmanın inkişafı ilə xarakterizə edilir. Bu çoxhüceyrəli orqanizmlərin birlikdə yaşayışının inkişafının başlanğıcı idi.
Mezosfer
Mezosfer (yun. μεσο — "orta" və σφαῖρα — "sfera") — atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi. Təqribən 50 km-dən 80–85 km-dək yüksəklikdə yerləşir.
Mezoskopik fizika
Mezoskopik fizika - qatı hal fizikasının bir hissəsi olub, sistemin mikroskopik və makroskopik ölçüləri arasındakı aralıq ölçüdə xassələrini öyrənən sahədir. 1981-ci ildə Van Kampen tərəfindən daxil edilmişdir. Bir çox effekt və hadisələr var ki, onlar yalnız mezoskopik ölçüdə mövcuddur. Makroskopik fizikadakı bir sıra qanunlar mezoskopik fizikada ödənmir, məsələn, müqavimətlərin dövrənin paralel və ardıcıl qoşulmasında toplanması qaydası mezoskopik fizikada daha mürəkkəb qayda ilə əvəz olunurlar.
Mezoterapiya
Mezoterapiya (yun. μέσος – orta və yun. θεραπεία – müalicə sözlərindən) — mikro iynələr vasitəsilə dərinin daxilinə və alt təbəqələrinə vitamin, mineral, ferment və digər lazımi maddələrin yerləşdirilməsi prosesi. Mütəxəssislərin fikirlərinə əsasən, krem və ya digər qidalandırıcı maskalardan fərqli olaraq, mezoterapiyanın tətbiqi zamanı qidalandırıcı maddələr dərinin alt qatlarına yeridilir və buna görə də daha effektiv təsir alaraq arzu olunan nəticələri daha tez bir zamanda əldə etmək mümkün olur. Mezoterapiyanın tətbiqi insan dərisini lazımi təbii maddələrlə təmin edərək cavanlaşmasına və öz təbii estetikliyini qorumasına gətirib çıxarır. Mezoterapiyadan istifadə tam təhlükəsizdir və həkim məsləhətilə, cinsindən aslı olmayaraq, hər kəs istənilən yaşda bu təbii metoddan yararlana bilər. Ancaq burada bəzi istisnalar da vardır: belə ki, hamilə qadınlar, şəkərli diabet xəstələri, iflic keçirmiş insanlar, qanın laxtalanması problemindən əziyyət çəkənlər, ürək xəstəliyi olanlar və xərçəng xəstələri mezoterapiyadan istifadə edə bilməzlər. Qeyd edilmiş istisnalar xaric, həkimlər mezoterapiyanı dəri problemlərindən əziyyət çəkən hər bir insan üçün əvəz olunmaz müalicə vasitəsi hesab edir. Nəzərə alsaq ki, bu proses dərinin ancaq bəzi arzu olunan yerlərinə tətbiq olunur, bu səbəbdən də vitamin və təbii maddələrin lazım olduğundan daha artıq istifadəsinin qarşısı alınır. Bu müalicəvi proses bədənin ancaq bəzi hissələrinə tətbiq olunduğundan, vitamin və dərmanların bədənin müalicəyə ehtiyacı olmayan digər hissələrinə lazımsız təsirinin qarşısı alınmış olunur.
Mezotropozoy
Mezoproterozoy və ya mezoproterozoy erası- 1600 milyon il əvvəldən 1000 milyon il əvvələ qədər olan zaman dilimini əhatə edən geolojii dövrdür. Bu dövrün əsas hadisələri Kolumbia superqitəsinin parçalanması, Rodiniya superqitəsinin yaranması və cinsi çoxalmanın təkamülüdür. Bu dövr kontinental plitələr və tektonik plitələrin daha da inkişafı ilə əlamətdardır. İlk genişmiqyaslı dağəmələgəlmə prosesi bu dövrdə baş vermişdir. Mezoproterozoy erası yer üçün kritik bir dövr olsa da, dənizin kimyəvi tərkibi, yer səthi və havanın tərkibi olduqca dəyişmişdir. Oksigen səviyyəsi eranın əvvəlindı bugünkü səviyyəsinin təxminən 1%-i qədər yüksəldi və dövr ərzində yüksəlməyə davam etdi. Dövr gələcək həyatın mürəkkəbliyini artıran cinsi çoxalmanın inkişafı ilə xarakterizə edilir. Bu çoxhüceyrəli orqanizmlərin birlikdə yaşayışının inkişafının başlanğıcı idi.
Mezozavrlar
Mezozavrlar — su mühitində yaşayan qədim sürünənlər; çox da böyük olmayan uzun bədənləri və yanlardan yastılaşmış quyruqları vardı. Nazik, uzun çənədə iri, iti dişlər yerləşirdi. Çox guman, şirin su hövzələrində məskunlaşmış və əsasən balıqlarla qidalanmışdır. Cənubi Afrika və Cənubi Amerikanın üst karbon (?) -alt perm çöküntülərində tapılmışdır. Sürünənlər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mezozoy
Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir. Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi. Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln.
Mezozoy dövrü
Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir. Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi. Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln.
Mezozoy əhvalatı (film, 1976)
Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл.
Mezozoylar
Mesozoa (lat. Mesozoa) — heyvanlar aləminin ranqsız altbölməsi. Çoxhüceyrəli heyvanların iki tipi — ortonektidlər (lat. Orthonectida) və disiemidlər (lat. Disiemidlər) bu altbölməyə daxildir. Əvvəllər mezozoylar sadə çoxhüceyrəli hesab olunurdu və o Mesozoa tipi kimi qeyd olunurdu.

Значение слова в других словарях