Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür
Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır. Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur. Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.