MINORITY

minority1

n 1. 18 yaşdan kiçik olanlar; 2. az sayda və ya ölçüdə olan; to be in the ~ azlıqda qalmaq (səsvermə zamanı və s. )

minority2

adj azlıqda qalan; ~ government azlıqda qalanların hökuməti; ~ programme azlıqda qalanların proqramı; ~ report azlıqda qalanların məlumatı / bəyanatı

MINOR
MINT
OBASTAN VİKİ
Minority (jurnal)
Minority (ingilis dilindən tərcümədə "azlıq" mənasını verir) — Azərbaycanın ilk onlayn LGBTI (lezbiyan, gey, biseksual, transseksual, interseks) jurnalı olmaqla, bu sahədə müxtəlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdırır və aylıq dərc edir. Jurnalın ilk sayı 2015-ci ilin dekabr ayında dərc edilib. Jurnalın "Minority" adlandırılmasının səbəbi, bütün azlıqlar kimi seksual azlıqların da cəmiyyətdə yer tapa bilməsinin vacibliyinin vurğulanmasıdır. Minority jurnalının əsas məqsədi Azərbaycan cəmiyyətində illərdir LGBTI insanları haqqında formalaşan yanlış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirməkdir. Jurnal həmçinin LGBTI mövzusunda müxtəlif şəhər sorğularının keçirilməsini təşkil edir. Jurnalın baş redaktoru və təsisçisi Səməd İsmayılov, redaktoru Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və başqalarıdır. Jurnalın müxtəlif nömrələrinə məşhur fotoqraf Breyden Sammers, türk moda dizayneri və aktivist Barbaros Şansal, azərbaycanlı model Validə Abbasova, müğənni Nura Suri, iranlı rəqqas Şahrux Moşkin, reper və prodüser ProMete, Azərbaycanı 2014-cü il Eurovision musiqi yarışmasında təmsil etmiş Dilarə Kazimova müsahibə vermişdir.