mis örtük

ру медное покрытие en copper plating de Verkupferung fr cuivrage es cobreado it rivestimento di rame
mis oksid
mis sulfid
OBASTAN VİKİ
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük sistemi
Örtük sistemi (lat. integumentum, in + tegere — «örtmək») - əzələlərin və bədən boşluqlarının üstünü örtən , əzələ, birləşdirici və sinir toxumalar (epiteli) növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi . Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törədən mikroorqanizmlərdən və zəhərli maddələrdən qoruyur. Həmçinin, örtük sistemi çoxlu sayda kiçik, əsasən onurğasızlarda, su heyvanlarında və yüksək nəmlikdə yaşayan heyvanlarda nəfəs üzvü kimi fəaliyyət göstərə bilir. Örtük sistemi həcminə görə orqanizm sistemlərinin ən böyüyüdür.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Mis Sərçeşmə
Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mis dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Marant yalançı örtük
Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması (coğrafiya)
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşmasının mərkəzi
Örtük buzlaşmasının mərkəzi (rus. центр покровного оле-денения, ing. centre of glaciation) — rütubətli hava axını yolunda, yaxud siklonlar yolunda yerləşən quru sahəsi (əksər halda dağlıq yaxud yüksəklik). Örtük buzlaşmasının mərkəzi Dördüncü dövrdə buzlaq sahəsi olmuş və ətraf sahələrə buradan yayılmışdır. Şimali Avropanın Skandinaviya dağlarındakı örtük buzlaşma mərkəzi.
Aşio mis mədəni
Aşio mis mədəni (足尾銅山, Aşio Dozan) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində (keçmişdə Aşio qəsəbəsində) yerləşən fəaliyyətsiz mis mədəni. Mədən 1880-ci illərdə Yaponiyada baş verən ilk ətraf mühit çirklənməsinə səbəb olmasına, eləcə də, 1907-ci ildə mədənçilərin iştirakı baş vermiş qiyama görə tanınır. İkinci dünya müharibəsi illərində mədəndə işləməyə məcbur edilmiş bir çox müharibə əsiri ölmüşdür. Mədən 1973-cü ildə fəaliyyətini dayandırmışdır və hazırda burada muzey, eləcə də, attraksion fəaliyyət göstərir. 2008-ci ildə Aşio mis mədəni milli tarixi yer elan olunmuşdur. == Tarixi == Aşio mis mədəni 1550-ci ildə kəşf edilmiş, 1610-cu ildə Tokuqava hökuməti tərəfindən birbaşa idarə olunmağa başlamışdır. Mədəndən illik 1500 ton mis çıxarılırdı. Nikko Toşoqu məbədinin və Edoda yerləşən Zoco məbədinin tikintisində, eləcə də, Kaney Tsuho sikkələrinin hazırlanmasında Aşio mədənindən çıxarılmış misdən istifadə olunmuşdur. Mədəndə mis istehsalı azaldıqdan sonra Aşionun 44 mədənçisi hökumətdən mədəndə sikkə kəsmək üçün icazə istəmişdir. 1741-ci ildə Aşiko sikkəxanası ilk 6 ay ərzində minlərlə, növbəti beş ildə isə 20 milyondan çox Kaney Tsuho sikkəsi kəsmişdir.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Mis (II)oksid
Mis (II) oksidi (mis oksidi) CuO – iki valentli mis oksididir. Qara kristaldır, normal şəraitdə olduqca sabitdir, suda həll olunmur. Təbiətdə tenorit (melakonit) mineralı kimi mövcuddur. Mis (II) oksidi havada metalik misi qızdırmaqla (1100 ° C-dən aşağı olan temperaturda) almaq olar: 2Cu + O2 = 2СuО Mis (II) hidroksidi, onun nitrat və ya karbonatını qızdırmaqla mis (II) oksidi almaq olar: 2Cu(NO3)2 → 2CuO + 4NO2 + O2 CuCO3 → CuO + CO2 Cu(OH)2 → CuO + H2O Malaxiti qızdırmaqla CuO alınır: Cu2CO3(OH)2 →2CuO + CO2 + H2O Mis (II) oksid turşularla reaksiyaya qirərək mis (II) duzları və su əmələ qətirir: CuO + 2HNO3 → Cu(NO3)2 + H2O CuO qələvilərlə qarşılıqlı əritməklə kupratlar alınır: CuO + 2KOH → K2CuO2 + H2O 11000C qədər qızdırılıqda mis və oksigen alınır. Mis (II) oksidə yaxın qələn mis (II) hidroksid zəif qələvidir. Qələvilərin qatı məhlulu ilə reaksiya zamanı hidrokso-kupratlar əmələ gəlir. Cu(OH)2 + 2NaOH → Na2 [Cu(OH)2] Mis (II) oksidi monoklin kristal sisteminə aiddir. CuO, yaşıl və mavi rəng vermək üçün şüşə istehsalında istifadə olunur. Bundan əlavə, mis oksid mis — yaqut şüşələrin istehsalında istifadə olunur. Mis(II) oksidi quru batareyalar hazırlamaq üçün istifadə edilə bilər.
Pirbulaq mis təzahürü
Süngün mis mədəni
Süngün mis mədəni — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Süngün kəndində yerləşir. Bu mədən Qaradağ dağlarındadır. Bu mədəndə misdən başqa molibden, qızıl, gümüş və digər mühüm elementlər yanaşı metalları ilə var.
Çaykənd mis təzahürü
Mis (I) bromid
Mis (I) bromid — formulu CuBr olan qeyri-üzvi maddədir. İkili birləşmələr sinfinə aiddir və monovalent mis və bromid turşusunun duzu hesab edilə bilər. Təmiz formada rəngsiz tetraedral mikrokristallardır. Kristal qəfəsi sfalerit tiplidir (kubik sinqoniya). İşıqda nəmli havada yavaş-yavaş oksidləşərək yaşılımtıl rəng alır. Suda, etanolda, efirdə həll olunmur. Kristalhidratlar əmələ gətirmir. Mis(I) bromidi aşağıdakı üsullardan biri ilə almaq olar. 1. Mis (II) bromidin termiki parçalanması: 2 C u B r 2 → > 500 ∘ C 2 C u B r + B r 2 ↑ {\displaystyle {\mathsf {2CuBr_{2}\ \xrightarrow {>500^{\circ }C} \ 2CuBr+Br_{2}\uparrow }}} 2 ( C u B r 2 ⋅ 4 H 2 O ) → 115 − 140 ∘ C 2 C u B r + B r 2 ↑ + 8 H 2 O {\displaystyle {\mathsf {2(CuBr_{2}\cdot 4H_{2}O)\ \xrightarrow {115-140^{\circ }C} \ 2CuBr+Br_{2}\uparrow +8H_{2}O}}} 2 C u 2 O + 2 H B r ⟶ 2 C u B r ↓ + H 2 O {\displaystyle {\mathsf {2Cu_{2}O+2HBr\ \longrightarrow \ 2CuBr\downarrow +H_{2}O}}} 2. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası: 2 C u 2 O + 2 H B r ⟶ 2 C u B r ↓ + H 2 O {\displaystyle {\mathsf {2Cu_{2}O+2HBr\ \longrightarrow \ 2CuBr\downarrow +H_{2}O}}} 2 C u S O 4 + 2 N a B r + S O 2 + 2 H 2 O ⟶ 2 C u B r ↓ + 2 H 2 S O 4 + N a 2 S O 4 {\displaystyle {\mathsf {2CuSO_{4}+2NaBr+SO_{2}+2H_{2}O\longrightarrow 2CuBr\downarrow +2H_{2}SO_{4}+Na_{2}SO_{4}}}} 3. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası: 2 C u S O 4 + 2 N a B r + S O 2 + 2 H 2 O ⟶ 2 C u B r ↓ + 2 H 2 S O 4 + N a 2 S O 4 {\displaystyle {\mathsf {2CuSO_{4}+2NaBr+SO_{2}+2H_{2}O\longrightarrow 2CuBr\downarrow +2H_{2}SO_{4}+Na_{2}SO_{4}}}} 2 C u + 4 H B r ⟶ 2 H [ C u B r 2 ] + H 2 ↑ {\displaystyle {\mathsf {2Cu+4HBr\longrightarrow 2H[CuBr_{2}]+H_{2}\uparrow }}} H [ C u B r 2 ] ⟶ C u B r + H B r {\displaystyle {\mathsf {H[CuBr_{2}]\longrightarrow CuBr+HBr}}} 4. : C u S O 4 + 4 K B r + C u ⟶ 2 K [ C u B r 2 ] + K 2 S O 4 {\displaystyle {\mathsf {CuSO_{4}+4KBr+Cu\ \longrightarrow \ 2K[CuBr_{2}]+K_{2}SO_{4}}}} K [ C u B r 2 ] ⟶ C u B r + K B r {\displaystyle {\mathsf {K[CuBr_{2}]\ \longrightarrow \ CuBr+KBr}}} Həll olunan birləşmələrin əmələ gəlməsi. 1. Mis (I) bromid isti qatı sulfat turşusunda həll olunur: 2 C u B r + 4 H 2 S O 4 ⟶ 2 C u S O 4 + B r 2 ↑ + 2 S O 2 ↑ + 4 H 2 O {\displaystyle {\mathsf {2\ CuBr+4\ H_{2}SO_{4}\longrightarrow \ 2CuSO_{4}+\ Br_{2}\uparrow +\ 2SO_{2}\uparrow +4\ H_{2}O}}} 2. Kompleks birləşmə əmələ gətirdiyi üçün bromid turşusunun, kalium bromidin, kalium siyanidin, ammonyakın qatı məhlullarında həll olunur: C u B r + M B r ⟶ M [ C u B r 2 ] , ( M = H , K ) {\displaystyle {\mathsf {CuBr+MBr\longrightarrow \ M[CuBr_{2}],\ (M=H,K)}}} C u B r + 2 K C N ⟶ K [ C u ( C N ) 2 ] + K B r {\displaystyle {\mathsf {CuBr+2KCN\longrightarrow \ K[Cu(CN)_{2}]+KBr}}} C u B r + 2 ( N H 3 ⋅ H 2 O ) ⟶ [ C u ( N H 3 ) 2 ] B r + 2 H 2 O {\displaystyle {\mathsf {CuBr+2(NH_{3}\cdot H_{2}O)\longrightarrow \ [Cu(NH_{3})_{2}]Br+2H_{2}O}}} 3. Mis (I) bromid nəmli havada işıqda yavaş-yavaş oksidləşir: 2 C u B r ⟶ C u ↓ + C u B r 2 {\displaystyle {\mathsf {2CuBr\longrightarrow Cu\downarrow +CuBr_{2}}}} C u B r + S ( C H 3 ) 2 ⟶ C u B r ⋅ S ( C H 3 ) 2 {\displaystyle {\mathsf {CuBr+S(CH_{3})_{2}\longrightarrow CuBr\cdot S(CH_{3})_{2}}}} 4. Lyuis əsasları ilə molekulyar adduktlar əmələ gətirir, məsələn, dimetil sulfidlə: C u B r + M B r ⟶ M [ C u B r 2 ] , ( M = H , K ) {\displaystyle {\mathsf {CuBr+MBr\longrightarrow \ M[CuBr_{2}],\ (M=H,K)}}} C u B r + 2 K C N ⟶ K [ C u ( C N ) 2 ] + K B r {\displaystyle {\mathsf {CuBr+2KCN\longrightarrow \ K[Cu(CN)_{2}]+KBr}}} C u B r + 2 ( N H 3 ⋅ H 2 O ) ⟶ [ C u ( N H 3 ) 2 ] B r + 2 H 2 O {\displaystyle {\mathsf {CuBr+2(NH_{3}\cdot H_{2}O)\longrightarrow \ [Cu(NH_{3})_{2}]Br+2H_{2}O}}} Mis (I) bromid kimya sənayesində üzvi sintez proseslərində istifadə olunur.
Diaxçay mis-porfir yatağı
Diaxçay mis-porfir yatağı- Ordubad rayonu ərazisində yerləşir.Nüsnüs kəndindən 1.5 kilometr şimal şərqdə Zəngəzur silsiləsinin cənub-qərb yamacında dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdədir. Mehri-Ordubad plutonunun iki intruziv kompleksinin,qabbro-qranodiorit və monsonit-qranodiorit-porfirin təmasında yerləşir.Geoloji quruluşunda qabbro,qabbro-qranodiorit,qranodiorit,kvars-siyenit-diorit süxurları,həmçinin qranodiorit-porfir dayaqları iştirak edir. İki texnoloji filiz tipi-əsasən misli(ştokverk) və molibden (damar) məlumdur.Ştokverk tipli filizlərdə mis 0.06-2.25 faiz,molibden 0.01-0.31 faiz,damar tipli filizlərdə mis 0.01-0.85 faiz,molibden 0.01-0.27 faizdir.Əsas filiz mineralları pirit,xalkopirit,molibdenit,misin törəmə minerallarıdır.