mit

präp. D …ilə, birlikdə, bir yerdə; ~ Gewalt zorla; ~ e-m Wort bir sözlə; ~ dem Geld pul ilə;~ der Zeit tədricən, getdikcə; ~ Absicht bilə-bilə; was ist ~ dir los? sənə nə olub?; fig. da komme ich nicht ~ başa düşmürəm; adv. (ebenfalls) həmçinin, …də, …da; ~ dabei sein həmçinin iştirak etmək, aralarında olmaq
Miststück
Mitangeklagter
OBASTAN VİKİ
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Mit-Əbul-Qum
Mit-Əbul-Qum — Misirdə, Nil çayı deltasında kənd.
Mit (Mortal Kombat)
Mit (ing. Meat ) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Meat" sözünün mənası ingiliscədən "Ət" deməkdir. Mit Şanq Tsunqun eksperimenti nəticəsində əmələ gəlmişdir. Eksperiment başa çatıb-çatmamış Mit buradan qaçır. Bu səbəbdən onun görünüşü ətə və sümüyə bənzəyir. Hərəkətləri bütün personajlara oxşayır. Ağrı hiss etmir.
Eucalyptus mitchelliana
Eucalyptus mitchelliana (lat. Eucalyptus mitchelliana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Folksdoyçe Mittelştelle
Hauptamt Volksdeutsche Mittelstelle (mənası: etnik almanlar üçün əsas rifah darəsi), Nasist Almaniyasının hüdudlarından kənarda yaşayan Volksdeutschenin maraqlarını həll etmək üçün qurulmuş bir NSDAP agentliyi idi və sonra Allgemeine SS administrasiyasının nəzdində, Şərqi Avropada Lebensraumda (həyat sahəsi) olan nasist ideologiyasının təbliği və reallaşdırılması işlərinə məsuliyyət daşıyırdı. 1937-ci ildə SS rəhbərliyi altında Obergruppenführer Werner Lorenz tərəfindən təsis edilmişdir. İlk vəzifəsi Almaniya vətəndaşlarını insanlarını Almaniyadan kənarda yerləşdirmək idi. Bu iş bu şüar altında 1939-1940-cı illərdə reallaşdırılmışdır.
Fransua Mitteran
Fransua Mitteran (fr. François Mitterrand; 26 oktyabr 1916[…] – 8 yanvar 1996[…], VII arondisman və ya Paris) — 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti. == Həyatı == Fransua Mitteran zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant rütbəsində İkinci dünya müharibəsində döyüşlərdə yaralanaraq almanlara əsir düşmüşdür. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışmış, yalnız üçüncü dəfədən həbsdən uğurla qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli Milli hərəkatına rəhbərlik etmişdi. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olmuşdu. Dördüncü republika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981–1995-ci illərdə Fransa prezidenti olmuşdur.
Hauptamt Volksdeutsche Mittelstelle
Hauptamt Volksdeutsche Mittelstelle (mənası: etnik almanlar üçün əsas rifah darəsi), Nasist Almaniyasının hüdudlarından kənarda yaşayan Volksdeutschenin maraqlarını həll etmək üçün qurulmuş bir NSDAP agentliyi idi və sonra Allgemeine SS administrasiyasının nəzdində, Şərqi Avropada Lebensraumda (həyat sahəsi) olan nasist ideologiyasının təbliği və reallaşdırılması işlərinə məsuliyyət daşıyırdı. 1937-ci ildə SS rəhbərliyi altında Obergruppenführer Werner Lorenz tərəfindən təsis edilmişdir. İlk vəzifəsi Almaniya vətəndaşlarını insanlarını Almaniyadan kənarda yerləşdirmək idi. Bu iş bu şüar altında 1939-1940-cı illərdə reallaşdırılmışdır.
II Mitridat
II Mitridat (bilinmir, Nisa (Türkmənistan) – e.ə. 88, Ktesifon) — e.ə. 124-87-ci illərdə hakimiyyətdə olmuş Parfiya hökmadarı. II Mitridat bütün Parfiya hökmdarları kimi Arşakilər sülaləsindən idi. Onun dövründə Parfiya dövləti daha da gücləndi. Artıq ölkənin sərhədləri Dəclə çayına qədər uzanırdı. Tezliklə Şərqi Anadolu torpaqları da ələ keçirildi. == Daha ətraflı == II Mitridat Parfiyanın ən güclü hökmdarı olmuşdur. O, "Şahlar şahı", "Şahənşah" kimi titullar qəbul etmişdi. == Mənbə == Ümumi tarix (dərslik) 6-cı sinif.
I Mitridat (Parfiya çarı)
I Mitridat (e.ə. 195 – e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195 — 138). == Həyatı == Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi , bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi. Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar.
I Mitridat (Parfiyalı)
I Mitridat (e.ə. 195 – e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195 — 138). == Həyatı == Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi , bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi. Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar.
Kakiçi Mitsukuri
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu. == Həyatı == Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi. Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur. 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır. Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur. 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır. 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur. O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.
Kevin Mitnick
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti (2005) Müdaxilə sənəti (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti (2005) Müdaxilə sənəti (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kiriakos Mitsotakis
Kiriakos Mitsotakis (yun. Κυριάκος Μητσοτάκης; 4 mart 1968[…], Afina, Yunanıstan) — Yunan siyasətçi və 8 iyul 2019-cu ildən etibarən Yunanıstanın Baş Naziri. 2004-cü ildə Afina B seçki dairəsindən Yunanıstan Parlamentinə seçildi. 2015-ci ildə Yeni Demokratiya iki dəfə seçki məğlubiyyətinə uğradıqdan sonra 2016-cı ilin yanvarında partiya lideri seçildi. Üç il sonra, 2019-cu ildə partiyası Parlamentdə çoxluq təşkil etdi. Keçmiş Baş nazir Konstantinos Mitsotakisin oğludur. == Həyatı == Afinada anadan olan Mitsotakis Yunanıstanın keçmiş Baş naziri və Yeni Demokratiyanın sədri Konstantinos Mitsotakis və həyat yoldaşı Marikanın oğludur. Doğulduğu zaman ailəsi çevriliş gecəsində atasının "persona non grata" elan edilməsi və həbs edilməsilə yunan hərbi xunta rejimi tərəfindən ev dustağı edilmişdi. 1968-ci ildə, altı aylıq ikən, Türkiyə Xarici İşlər Naziri İhsan Səbri Çağlayangilin köməyi ilə ailə Türkiyəyə qaçdı. Bir müddət sonra Türkiyədən Parisə köçdülər və demokratiyanın bərpasından sonra Yunanıstana qayıtmaq üçün 1974-cü ilə qədər orada yaşadılar.
Kit Mitçell
Kit Klodius İssak Mitçell (ing. Keith Claudius Issac Mitchell; 12 noyabr 1946, Sent-Corc səmti[d]) — 2013-cü ildən Qrenada Baş naziri vəzifəsini icra edən və 1995–2008-ci illərdə də eyni postu tutan qrenadalı siyasətçi. == Həyatı == Kit Klaudius Mitçell Sent-Corcesin Brizan cəmiyyətində anadan olub. Mitçell 1971-ci ildə Qərbi Hind Universitetini riyaziyyat və kimya üzrə bakalavr dərəcəsi ilə bitirdi. 1975-ci ildə Hovard Universitetində magistr, 1979-cu ildə isə Amerika Universitetində riyaziyyat və statistika üzrə doktorluq dərəcəsi aldı. ABŞ Enerji Məlumat İdarəsinə statistik dəstək verən Tətbiqi İdarəetmə Elmləri üzrə statistik kimi çalışdı. 1984-cü ildə ABŞ istilasından sonra Qrenadaya qayıtmaq üçün peşə işindən ayrıldı. == Kriket karyerası == Mitçell eyni zamanda 1973-cü ildə Qrenada komandasının kapitanı olan kriketçi, spinli topçu idi. O vaxtdan bəri siyasi karyerası ilə yanaşı Qərbi Hindistanda görkəmli kriket meneceridir. == Siyasi fəaliyyəti == 1984-cü ilin dekabrında keçirilən ümumi seçkilərdə Sent-Corc və Şimal-Qərb seçki dairəsindən Nümayəndələr Palatasına seçildi və hər sonrakı seçkilərdə bu yeri tutdu.
Kostas Mitroglu
Kostas (Konstantin) Mitroğlu (12 mart 1988, Kavala[d]) — "PSV" və Yunanıstan futbol komandalarında hücumçu mövqeyində oynayan futbolçu. Mitroğlu qol atma bacarığı səbəbi ilə fanları tərəfindən "Mitrogoal" ve "Pistolero" ləqəbləri ilə tanınır.
Lakşmi Mittal
Lakşmi Mittal Niwas (Lakşmi Mittal Niwas; 15 iyun 1950[…], Rajqarx[d], Racastan) — hind iş adamı, Mittal qrupunun təsisçisi və sahibi, dünyanın ən böyük polad şirkəti Arcelor Mittal birgə sahibi. 2008-ci ildə jurnalı "Forbes" in reytinq görə dünyada dördüncü ən iri dövlət (45 milyard ABŞ dolları) məxsusdur. 2009-cu ildə, "Forbes" na uyğun olaraq taleyin $ 19,3 milyard azalıb, lakin qlobal iqtisadi böhranın təsirinə baxmayaraq, o, zəngin ABŞ siyahısında ilk. O, İndoneziya, onun iş başladı. Inkişafının 30 ildən çox, onun şirkəti Ispat Beynəlxalq dünyanın demək olar ki, bütün bölgələrində yaranmışdır. Istisna olmaqla, atası cənab Mittal onun iş başladığı Hindistan, idi, lakin hökumətin problemləri üçün satıb. Həmişə və hər yerdə onun polad imperiya Meksika, Kanada, Almaniya, Qazaxıstan və digər ölkələrdə təcavüzkar əldə vasitəsilə artmışdır. Ailə və ya dostluq əlaqələri ilə bağlı təsisçisi həsr olunmuş "onların" İnsanlar, müəssisələrinin idarə olunması üçün — Onun iş həmişə bir "ailə" qalmışdır. 1997-ci ildə Ispat nəzarət aktivlər geri keçən bir şirkət LNM (Lakşmi Mittal Narendra) qeydə alınmışdır. 2003-cü ildə Ispat və LNM olan Mittal Steel Group edilmiş və idarə şirkəti Mittal Steel SA, Hollandiya daxil və baş ofisi İndoneziya London köçürülmüşdür.
Lichanotus mitratus
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Lyuk Mitçell
Lyuk Devid Mitçell (ing. Luke David Mitchell; 17 aprel 1985, Qold Kost[d]) - tanınmış avstraliyalı kino aktyor və fotomodel. Gənc yaşlarında peşəkar tennisçi olmağı arzulayırdı. == Bioqrafiya == Mitçell 17 aprel 1985-ci ildə Qold Kost şəhərində anadan olub. Onun valideynləri daha sonralar boşanaraq hər biri yenidən ailə qurmağa çalışırlar. Mitçellin 3 qardaşı və Bri adında kiçik bacısı var. Onun kiçik qardaşı Bencamin Mitçell peşəkarlıqla böyük tennis ilə məşğul olur və dünyanın 250 ən yaxşı tennis oyunçuları sırasına daxildir, böyük qardaşı isə tennis məşqçisidir. Təhsilini Lyuk Kvinslend-Neranq Orta məktəbində (ing. Nerang State High School) almışdı. 2009-cu ildə o aktrisa Rebekka Brids ilə görüşməyə başlayır.
Marin Mittus
Marin Mittus (4 aprel 1960, Tallin)— Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Mariya Mitçell
Mariya Mitçell (ing. Maria Mitchell, 1 avqust, 1818-26 iyun, 1889) — ABŞ astronomu. == Həyatı == Mariya Mitçell 1818-ci ildə Massaçusets ştatının Nantuket şəhərində dünyaya gəlib. O dövrün ənənələrindən fərqli olaraq, Mitçellərin ailəsində qızların təhsilinə böyük diqqət verilir və genderlərarası intellektual bərabərlik prinsipinə əməl edilirdi. Atası Vilyam Mitçellin məktəbində təhsil alan Mariya astronomiya elmini də atasından öyrənməyə başlamışdı. Atasının teleskopu onun uşaq yaşlarından yaxın dostu, sirdaşı olmuşdu. Bu teleskopla o, göy cisimlərini seyr edir, kainatın sirlərini öyrənməyə çalışırdı. Artıq 11 yaşında olarkən Mariya Mitçell atasına günəş tutulmasının vaxtını müəyyən etməyə kömək etmişdi. 1847-ci ildə oktyabrın 1-də o, teleskop vasitəsilə səmada yeni komet aşkar etmişdi. Kometə onun adı qoyulmuş və o, “Xanım Mariya Mitçell” adlandırılmışdı.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Marqaret Mitçell
Marqaret Mitçell (ing. Margaret Munnerlyn Mitchell; 8 noyabr 1900, Atlanta – 16 avqust 1949[…], Atlanta) — ABŞ-lı yazıçı. Marqaret Mitçell 1936-cı ildə nəşr etdirdiyi "Küləklə sovrulanlar" əsəri ilə məşhurlaşdı. 1936-cı ildə nəşr olunan "Küləklə sovrulanlar" kitabı 1936-cı ildə "Ən görkəmli roman" nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazandı. == Həyatı == Marqaret Mitçell 1900-cü ildə ABŞ-nin Atlantandə doğulub. Yazıçının atası Skarlett Ohara İrlandlı, ana tərəfi isə Fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş Müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb, tərbiyə almışdır.
Martina Mitseli
Martina Mitseli (22 oktyabr 1973, Roma) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Martina Mitseli, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Martina Mitseli, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Mitaka
Mitaka – (Yaponca: 三 鷹 市 Mitaka-shi) Yaponiyanın Tokio meqapolisində yerləşən bir şəhər. Bu şəhər Tokio meqapolisinin ortasında yerləşir. Sahəsi 16,42 km2 olan şəhərin əhalisi 2016-cı il 1 fevral tarixində 189 168 olmuşdur. Şəhər 3 noyabr 1950-ci ildə qurulub. Şəhərin İnokaşira Parkında yerləşən Qibli muzeyi 2001-ci ildə açılıb və mühüm turistik yerdir. Şəhərin Studio Pierrot və Telecom Animation Films Subaru Tecnica International animasiya studiyaları var. Şəhərə JR East Çuo Ana və Keio Korporasiyasının Inogaşira xətləri xidmət edir.