MOLLALIQ

is.
1. Molla vəzifəsi, molla işi.
O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov.
[Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov.

2. Keçmişdə: mollaxanada dərs demə; mollaxana müəllimliyi. Tahirzadənin buna haqqı yox idi.
Çünki cibində mollalıq kağızı gəzdirmirdi. Mir Cəlal.
◊ Mollalıq etmək məc. isteh. – boş nəsihət etmək, göstəriş vermək, ağıl öyrətmək.
…Sən mənə mollalıq eləmə, dəllək, – Ələmdar dönüb dəlləyin üzünə pis-pis baxdı. S.Rəhimov.

MOLLAXANA
MOLLANƏSRƏDDİNÇİLƏR

Значение слова в других словарях