monitorinq
monqo 2021
OBASTAN VİKİ
Monizm
Monizm(yun. monos — bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.

Значение слова в других словарях

за нена́добностью злора́дствовать изма́лывание ито́жить коси́лочный сырца́ ...го́нный интенси́вный мочеотделе́ние орфогра́фия пиротехни́ческий стопа́рик клецка сколбать фут crossbow felos-de-se releasee serenely whizbang копра перила простата простенок четверной