montyorluq
monumental
OBASTAN VİKİ
Monument (London)
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır. Abidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur. Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir.
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr XIV əsrə aid Nardarandakı Xan bağı və XVII əsrə aid Gəncədəki Sərdar bağıdır.
Meksika monumental boyakarlığı
Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anreus, Robin Adèle Greeley, and Leonard Folgarait, eds. Mexican Muralism: A Critical History. Berkeley and Los Angeles: University of California Press 2012.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Monumental təbliğat
Monumental təbliğat — Oktyabr inqilabının qələbəsindən sonra monumental incəsənətin inkişafına dair Vladimir Leninin irəli sürdüyü plan və bu planın həyata keçirilməsi üçün SSRİ hökumətinin kompleks tədbirləri. Leninin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən monumental təbliğat planında inqilabi ideyaları təbliğ və xalq kütlələrinin sosializm ruhunda tərbiyə etmək məqsədilə şəhərlərdə heykəltəraşlıq monumentləri və abidələrinin ucaldılması, xatirə lövhələrinin vurulması nəzərdə tutulurdu. "Çarların və onların qulluqçularının şərəfinə ucaldılmış abidələrin götürülməsi və Rusiya Sosialist inqilabı abidələri ("Respublika abidələri haqqında") üçün layihələr işlənməsi haqqında" Xalq Komissarları Sovetinin 12 aprel 1918-ci il tarixli dekreti monumental təbliğatın başlanğıcı olmuşdur. Dekret tarixi və bədii qiymətə malik olmayan monumentlərin götürülməsinin, inqilabi monumental incəsənət əsərləri yaradılmasını nəzərdə tutmuşdur. Vladimir Leninin göstərişi ilə Petroqradda (indiki Sankt-Peterburq) bəzi abidələr (əsasən köhnə olanlar) saxlanıldı. Moskva və Petroqradda ən yaxşı sovet heykəltəraşlarının işlədikləri abidə və büstlər, xatirə lövhələri qoyuldu. Abidələrin açılışı təntənəli şəraitdən keçirilirdi. Bu mərasimlərin bir neçəsində Lenin iştirak etmiş, nitq səsləndirmişdir. 1920-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlarının qərarı ilə Bakıda Karl Marks, Mirzə Ələkbər Sabir (1920, 1922), 26 Bakı komissarı və başqalarına abidə qoyulmuşdur. Azərbaycan sovet heykəltəraşlığı monumental təbliğat planına əsasən inkişaf etmişdir.
Monumentum Ancyranum
Monumentum Ancyranum (azərb. Ankara abidəsi‎) - Türkiyənin Ankara şəhərində yerləşən arxeoloji abidədir. Adını “Res Gestae Divi Augusti” (İlahi Avqustun əməlləri) kitabəsindən alan abidə, Ankara şəhərində qədim Avqusteum hissəsində yerləşir. Buradan “Res Gestae” əsərinin ən yaxşı qorunmuş variantı aşkarlanmışdır. Məbəd e.ə.25-20-ci illərdə Anadolunun Roma imperiyası tərəfindən fəth edilməsi və mərkəzi Ankira şəhəri olan Qalatiya vilayətinin yaradılmasından sonra inşa edilmişdir. 14-cü ildə Avqustun ölümündən sonra “Res Gestae Divi Augusti” mətni məbədin interyerində pronaos hissəsində latın dilində, fasadın çella hissəsində isə yunan dilində həkk edilmişdir. Əsərin, Romadakı Avqust mavzoleyi qarşısında ucalan tunc sütunlar üzərində yazılmış tam mətni çoxdan itirilmiş, digər iki saxlanmış mətn isə tam olmadığına görə bu mətnlər əsərin ən yaxşı qorunmuş nüsxəsi hesab edilir. Monumentum Ancyranum haqqında qərb aləminə ilk məlumat, Sultan Süleyman Qanuninin dövründə (1555-1562) Müqəddəs Roma imperiyası imperatoru I Ferdinandın Kiçik Asiyanın Amasiya şəhərinə göndərdiyi səfir Ojye Gislen de Busbek olmuşdur. Kitabəni ilk dəfə oxuyan Busbek Qay Svetoni Trankvilldən oxuduğu məlumatlar əsasında kitabənin mənşəyini müəyyən etmişdir; O, kitabələrdəki mətnlərin bir hissəsini “Türk məktubları”nın tərkibində nəşr etdirmişdir. Botteri P. and Fangi G. (2003).

Значение слова в других словарях