Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyannamə
Bəyannamə (lat. declaratio) — dövlətlərin özlərinin daxili və xarici siyasətini prinsiplərini və ya xarici məsələlərə öz mövqeyini bildirmək üçün verdiyi birtərəfli, ikitərəfli, çoxtərəfli bəyanatdır. İkili və çoxtərəfli bəyanatlar çox vaxt imzalanır. Lakin tərəflərin razılğı olmadanda qəbul oluna bilər. Praktikada dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, başqa dövlət xadimlərin beynəlxalq təşkilatlar çərçivəsində birgə bəyannamə ilə çıxış etmək təcrübəsi var. Həmçinin dövlət və təşkilatların tanınması bəyannamələr vasitəsi ilə həyata keçirilə bilər. Bundan başqa bəyannamə formasında beynəlxalq müqavilələrin bağlanmasınada rast gəlinir.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə (ing. Declaration on the Rights of Indigenous Peoples) — 13 sentyabr 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinın 62-ci sessiyasında qəbul edilmiş sənəd. == Sənədin məzmunu == Bu sənəd yerli xalqların ləyaqətli bir yaşamaq, öz mədəniyyətlərini və öz təsislərini qorumaq və inkişaf etdirmək hüququnu, habelə insanların öz ehtiyaclarına və istəklərinə ən uyğun hesab etdikləri istiqamətdə insanları inkişaf etdirmək hüququnu elan edir.Sənəd yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququnu təsdiqləyir və bu hüququn nəticəsi olaraq yerli xalqların siyasi statuslarını müəyyənləşdirmək və iqtisadi, sosial və mədəni inkişaflarını davam etdirmək azadlığından bəhs edir. == Sənədin qəbul tarixçəsi == Bu sənədin layihəsi 20 il ərzində hazırlanmışdır. Ən gərgin müzakirələr torpaq, resurslar, qrup və fərdi hüquqlarla bağlı idi. Yerli Xalqlar üzrə İşçi Qrupu 1982-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə yerli xalqlar üçün insan hüquqları standartlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. 1985-ci ildə yerli xalqların hüquqları ilə bağlı bir bəyannamə layihəsi hazırlamaq üçün bir işçi qrupu başladı. Səkkiz il sonra, 1993-cü ildə İşçi Qrup bəyannamə layihəsinin mətni üzərində işi tamamladı. BMT-nin Ayrı-seçkiliyin Qarşısının Alınması və Azlıqların Müdafiəsi üzrə Alt Komissiyası 1994-cü ildə layihənin mətnini təsdiqlədi və BMT-nin İnsan Hüquqları Komissiyasına baxılması üçün təqdim etdi. Bəyannamə layihəsi bu Komissiya nəzdində yaradılmış İşçi Qrup tərəfindən yekunlaşdırıldı.
İnsan Hüquqları Haqqında Universal Bəyannamə
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleanora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İLk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə

Qadın və Vətəndaş hüquqları haqqında Bəyannamə
Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi (fr. Déclaration des droits de la femme et de la citoyenne) 1791-ci ildə Fransız inqilabçı fəalı, feministi və yazıçısı Olympia de Gouges tərəfindən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə cavab olaraq yazılmışdır. Bu sənədi yayımlamaqla de Gouge, Böyük Fransız İnqilabının bərabərliyi elan edərkən kişi və qadın bərabərliyini tanımamasına ictimaiyyətin diqqətini cəlb etməyi ümid edirdi. Lakin bəyannamənin inqilabın gedişinə heç bir real təsiri olmadı. Bəyannamə də daxil olmaqla siyasi yazılarının yayımlanması nəticəsində de Gouge xəyanətdə günahlandırıldı və terror dövründə bir çox Jirondist ilə birlikdə edam edildi. Bu dövrdə başı kəsilən üç qadından biri və siyasi nəşrləri üçün edam edilən yeganə qadın idi. Bəyannamə mütəşəkkil bir qadın hərəkatı üçün manifest deyildi, ancaq feminizmin xeyli müddət sonra mübarizəyə başladığı tam qadın bərabərliyi ideyasını formalaşdırdı. == Tarixi kontekst == "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" 1789-cu ildə Böyük Fransız İnqilabı zamanı Təsis Məclisi tərəfindən təsdiq edilmişdir. Sənəddə dövlətlə əlaqəli olaraq "təbii və ayrılmaz" insan hüquqları elan edilmişdi. Bəyannamədə dini və sinif fərqlərinə görə ayrı-seçkilik və bərabərsizlik rədd edilmişdi, lakin qadınların hüquqları nəzərə alınmamışdı.
Bakı Bəyannaməsi
Bakı Bəyannaməsi - “Böyük İpək Yolu”nun bərpasına dair tarixi-hüquqi sənəd. “Böyük İpək Yolu”nun bərpasına dair Bakı konfransının çağırılmasına dünyanın aparıcı dövlətləri, xüsusilə ABŞ böyük hazırlıq işləri görmüşdü. Bu baxımdan, 1998-ci il iyunun 23-də ABŞ senatının xarici əlaqələr komitəsi tərəfindən senator Sem Braunbeqin təklif etdiyi “İpək Yolu strategiyası haqqında akt” adlı qanun layihəsinin müzakirə edilib qəbul olunmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq Azərbaycan Prezidenti H.Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci il sentyabr ayında Bakıda “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair beynələxalq konfransın keçirilməsi qərara alınmışdır.1998-ci il sentyabrın 8-də səhər saat 10-da iştirakçı ölkələrin dövlət bayraqları ilə bəzədilmiş “Gülüstan” sarayında “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans” təntənəli şəkildə öz işinə başladı. == İştirakçı dövlətlər və təşkilatlar == Konfransda Azərbaycan, Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Monqolustan, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Rumıniya, Ukrayna, Özbəkistan, Finlandiya, Fransa, İsveç, Yaponiya, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Komissiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Avtomobil Nəqliyyatçıları İttifaqı, Avropa Nəqliyyat Nazirləri Konfransı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının nümayəndə heyətləri iştirak etmişlər. Ümumilikdə konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etmişdir. Konfransda 9 ölkəyə dövlət başçıları – prezidentlər, bir ölkədən nümayəndə heyətinə baş nazir rəhbərlik etmişdir. Təkcə nümayəndə heyətlərinin üzvlərinin sayı 180 nəfər olmuş, konfransa 20 ölkədən 210 mətbuat nümayəndəsi – jurnalistlər, kütləvi informasiya orqanlarının nümayəndələri dəvət olunmuşdur. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev açaraq bildirmişdir ki, konfrans müstəqil dövlətlərə kömək sahəsində Avropa Birliyinin göstərdiyi səmərəli səylərin nəticəsidir. H.Əliyev 1993-cü ilin mayında qəbul olunmuş «Avropa – Qafqaz – Asiya Transqafqaz nəqliyyat dəhlizi», TRASEKA proqramından bəhs edərək Avropa Birliyi komissiyasının təklifi ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Tacikstan, Özbəkistan nümayəndələrinin Brüsseldə görüşdüyünü, Avropa – Qafqaz – Asiya Transqafqaz nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq sənəd olduğunu bildirmişdi.
Balfur bəyannaməsi
Balfur bəyannaməsi (1917)
Gömrük bəyannaməsi
Bəyаnеtmə — dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir. == Bəyanetmənin xüsusiyyətləri == Bir qаydа оlаrаq bəyаnеtmə аşаğıdаkı əsаs hаllаrdа tələb оlunur: mаl və nəqliyyаt vаsitələri - Аzərbаycаn Rеspublikаsının gömrük sərhədindən kеçirildikdə; mаllаrın yеrləşdirildiyi gömrük rеjimi bu və yа digər səbəbdən Gömrük Məcəlləsinə müvаfiq оlаrаq dəyişdirildikdə; Аzərbаycаn Rеspublikаsı Qаnunvеriciliyi ilə nəzərdə tutulmuş digər hаllаrdа (məsələn, rüsumsuz ticаrət mаğаzаsı, yахud sərbəst аnbаr rеjimi аltındа yеrləşdirilmiş mаllаr, vеrilmiş icаzə gеri аlındıqdа, yахud ləğv еdildikdə yеnidən bəyаn еdilməlidir. Mаl və nəqliyyаt vаsitələrinin bəyаn еdilməsinin nəticələri gömrük оrqаnının vəzifəli şəхsləri tərəfindən аşаğıdаkı məqsədlər üçün istifаdə еdilə bilər: hüquq-mühаfizə; (qаçаqmаlçılıq və gömrük qаydаlаrının pоzulmаsınа qаrşı mübаrizə) vеrgi; xаrici iqtisаdi fəаliyyətin inzibаti tənzimlənməsi (kvоtаlаşdırmа, lisеnziyаlаşdırmа); gömrük sərhədində digər dövlət nəzаrəti növlərinin təşkili (bаytаrlıq, fitоsаnitаr, еkоlоji və s.); хаrici ticаrət stаtistikаsının аpаrılmаsı və s. Bəyаnеtmə gömrük-tаrif tənzimləməsi mехаnizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb еdir. İlkin gömrük – tаrif münаsibətlərində (mаl və nəqliyyаt vаsitələri bilаvаsitə gömrük sərhədindən kеçirilərkən) vеrgilərin və gömrük rüsumlаrının ödənilməsi ilə bаğlı öhdəliklər gömrük оrqаnının vəzifəli şəхsi tərəfindən gömrük bəyаnnаməsinin qəbul еdilməsi ilə bаğlıdır. == Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti == Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə təsadüf edərsə, növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.
Male bəyannaməsi
Male bəyannaməsi — 2007-ci ilin noyabrında keçirilən konfransda inkişaf etməkdə olan bir neçə kiçik ada dövlətinin nümayəndələri tərəfindən imzalanmış beynəlxalq müqavilədir. Bəyannamənin məqsədi iqlim dəyişikliyi və insan hüquqlarını birləşdirən aydın strategiyanı müəyyən etməkdir. Bəyannamə həm də iqlim dəyişikliyi ilə mübarizənin istiqamətini dəyişdirmək məqsədi daşıyır, yalnız iqlim dəyişikliyinin ətraf mühitə təsirinə diqqət yetirir və iqlim dəyişikliyinin insanlar üçün nəticələrini nəzərə alır. Bəyannamədə aydın şəkildə göstərilir ki, sağlam ətraf mühit hüququ bütün insan hüquqlarının əsasını təşkil edir. Müqavilənin imzalandığı Maldiv adalarında iqlim dəyişikliyi artıq insan hüquqlarına və əhaliyə təsir göstərməyə başlayıb. Beləliklə Maldiv adaları və digər ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizədə insan hüquqlarından əsas kimi istifadə etməyə çağıran beynəlxalq koalisiya yaratmağa başlayıblar. Bu koalisiyaya dəstək məqsədilə Cenevrə, Nyu-York və Maledə görüşlər təşkil edilib. == BMT == Bəyannaməni imzalayan ölkələr BMT-nin İnsan Hüquqları Şurasından iqlim dəyişikliyinin təsiri və onun insan hüquqlarına təsirinə diqqət yetirməyi xahiş ediblər. Buna cavab olaraq, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi iqlim dəyişikliyinin insan hüquqlarının həyata keçirilməsinə necə təsir etdiyini xüsusi olaraq müəyyən edən ilk araşdırmanı dərc edərək, ölkələrin insan hüquqlarını qlobal iqlim dəyişikliyindən qorumaq üçün birgə işləmək öhdəliyi olduğunu vurğulayır. Xüsusilə hesabatda həyat, sağlamlıq, layiqli həyat səviyyəsi və öz müqəddəratını təyinetmə hüquqları da daxil olmaqla təhlükə altında olan bir neçə fundamental hüquqlar vurğulanır.
Minilliyin Bəyannaməsi
Minilliyin Bəyannaməsi — 2000-ci il tarixində 189 ölkə insanları səfalət və hərtərəfli məhrumiyyətlərdən azad etməkləri haqqında öhdəlik götürdülər. Bu vəd tarixdə Minilliyin İnkişaf Məqsədləri kimi qaldı . == Tarixi == Birləşmiş Millətlər Təşkilatının Minilliyin Bəyannaməsi 8 sentyabr 2000-ci il tarixində, Nyu-York şəhərində, BMT Baş Məclisi tərəfindən qəbul edilmişdir (Qətnamə A / RES / 52/2). Minilliyin Bəyannaməsində BMT-yə üzv dövlətlər sülh və təhlükəsizlik sahəsində Minilliyin İnkişaf Məqsədlərinə çatmağı öhdələrinə götürdülər; inkişaf; ətraf mühitin mühafizəsi; insan hüquqları, demokratiya və idarəetmə; həssas insanların qorunması; Afrikanın ehtiyaclarını ödəmək; BMT-nin gücləndirilməsi. Bəzi hədəflər, xüsusilə inkişaf sahəsindəki rəqəmlər və zaman çizelgeleri ilə (xüsusilə 2015 və 2020) xüsusi olaraq formalaşdırılmışdır. BMT Baş katibi məruzə və çıxışlarında mütəmadi olaraq üzərinə götürdüyü öhdəliklərin həqiqi yerinə yetirilməsinə dair hesabatlar verir.
ABŞ istiqlal bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi. Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir. == Bəyannamənin mətni == Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.
ABŞ müstəqillik bəyannaməsi

ABŞ İstiqlaliyyət Bəyannaməsi

Azərbaycanın İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əbcəd ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az.-əbcəd ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir. == Tarixi == 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları Qars və Batum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.
Balfur Bəyannaməsi(1917)
Balfur Bəyannaməsi Birinci Dünya Müharibəsi zamanı 1917-ci ildə İngiltərə hökumətinin Fələstində,yəhudi əhalisinin az məskunlaşdığı Osmanlı bölgəsində "Yəhudi xalqı üçün milli ev" in qurulmasına dəstəyini elan edən bir bəyanat idi. Oxundu: Bəyannamə Birləşmiş Krallıq Xarici İşlər Naziri Artur Balfurdan İngilis Yəhudi İcmasının lideri Lord Rotşildin Böyük Britaniya və İrlandiya Sionist Federasiyasına ötürülməsi üçün 2 Noyabr 1917-ci il tarixli bir məktubda yer aldı. Bəyannamənin mətni 9 noyabr 1917-ci ildə mətbuatda dərc olundu. 1914-cü ilin Noyabr ayında Osmanlı İmperiyasına müharibə elan etdikdən dərhal sonra İngilis Müharibə Kabineti Fələstinin gələcəyini düşünməyə başladı; iki ay ərzində sionist Kabinet üzvü tərəfindən Nazirlər Kabinetinə memorandum yayıldı,Herbert Samuel, daha geniş müharibədə yəhudilərin dəstəyini almaq üçün sionist ambisiyalarının dəstəyini təklif etdi. 1915-ci ilin aprelində İngiltərənin Baş naziri H. H. Askit tərəfindən Fələstin də daxil olmaqla Osmanlı İmperiyasına qarşı siyasətlərini təyin etmək üçün bir komitə quruldu. 1915-ci ilin aprelində İngiltərənin Baş naziri H. H. Askit tərəfindən Fələstin də daxil olmaqla Osmanlı İmperiyasına qarşı siyasətlərini təyin etmək üçün bir komitə quruldu. Osmanlı İmperiyasının müharibədən sonrakı islahatını dəstəkləyən Askit 1916-cı ilin dekabrında istefa verdi; onun yerinə Devid Lloyd Corc, İmperiyanın bölünməsini bəyəndi. İngilislər və sionistlər arasında ilk danışıqlar 7 fevral 1917-ci ildə Ser Mark Sayks və sionist rəhbərliyin daxil olduğu konfransda baş tutdu. Sonrakı müzakirələr Balfurun istəyinə səbəb oldu, 19 İyunda Rotşild və Haim Veytsmann bir ictimai bəyannamə layihəsini təqdim etdilər. Əlavə layihələr sentyabr və oktyabr aylarında Sionist və anti-sionist yəhudilərin verdiyi, lakin Fələstindəki yerli əhalinin nümayəndələrinin iştirakı olmadan Britaniya Nazirlər Kabineti tərəfindən müzakirə edildi.
Balfur Bəyannaməsi (1917)

Balfur bəyannaməsi (1926)
1926-cı il Balfour Bəyannaməsi 1926-cı ildə London da keçirilmiş İmperator Konfransının yekun hesabatıdır. İngilis dövlət xadimlərindən olan əvvəlki baş nazir Arthur J. Balfourun şərəfinə adlandırılmışdır. Birləşmiş Krallıq və Millətlər Birliyinə daxik müstəqil ölkələri (Dominionu) aşağıdakı kimi ifadə edir: İmperatorluq Arası Münasibətlər Komitəsi Balfurun başçılığı ilə toplandı. 15 noyabr 1926-cı ildə imperator baş nazirləri tərəfindən yekdilliklə hazırlıq sənədini hazırladı. Sənəd üçün ilk tövsiyə Cənubi Afrika Baş Naziri J. B. M. Hertzog, eləcə də Kanadanın Baş naziri William Lyon Mackenzie King tərəfindən təklif edilmişdir. Bəyannamə Birinci Dünya müharibəsindən sonra dominionların inkişaf edən siyasi və diplomatik müstəqilliyini qəbul etdi. Sonrakı illərdə Yüksək Nümayəndələr tədricən təyin edildilər. İlk dəfə 1928-ci ildə İngilis Yüksək Nümayəndəsi Ottavaya təyin edildi. 1926-cı il konfransının bəyannaməsi 1930-cu ildə təkrarlandı və nəticədə Balfur Bəyannaməsi 1931-ci ilin noyabr ayında Böyük Britaniya parlamenti tərəfindən qəbul edilən Vestminster Xartiyasına daxil edildi.
Birləşmiş Millətlər Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb.1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur. Berlin-Roma-Tokio oxu ölkələrinin əksəriyyəti sonradan Birləşmiş Millətlər Təşkilatının tərəfinə keçərək Almaniyaya qarşı döyüşsələr də, bəyannaməyə qoşulmaq üçün icazə verilməmişdir.
Birma İstiqlaliyyət Bəyannaməsi
Birma İstiqlaliyyət Bəyannaməsi (birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း) — 4 yanvar 1948-ci ildə Birmada (indiki Myanma kimi tanınır) Britaniya hakimiyyətinə son qoyan bəyannamə. 1947-ci il İstiqlaliyyət Aktı nəticəsində rəsmi olaraq elan edilmişdir. Bu tarix indi Müstəqillik Günü kimi qeyd olunur, milli səviyyədə qeyd olunan bayramdır. == Tarixi == Yaponiyanın Birmaya hücumu İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin dekabrında Malayadan başlamışdır. Bu, Britaniya və Hindistan qüvvələrinin məğlubiyyəti və Yaponiya hökmranlığı ilə nəticələnmişdir. 1942-ci ildə yaponlar müharibədən sonra Birmanın müstəqilliyini təmin edəcəklərinə dair vədlər vermiş, birmalılar isə Ox dövlətlərinin qələbəsində pay qazanacaqlarına inanırdılar. Onlar və gələcək yeniliyə qarşı müqavimət yaradacağına inanırdılar. Qərb güclərinin gələcək müstəmləkəçilik siyasətinə qarşı müqavimət yaratmış və Yaponiyanın müharibə səylərinə hərbi və iqtisadi formada dəstək olmuşdular. 1 avqust 1943-cü ildə nominal olaraq müstəqil Birma Dövləti elan edilmişdir.1944–1945-ci illərdə Britaniya imperiyası, Çin Respublikası və ABŞ tərəfindən Yaponiya və yeni Birma Dövlətinə qarşı aparılan Birma kampaniyası nəticəsində Birma Britaniyanın nəzarətinə qayıtmış, lakin yerli əhali buna müqavimət göstərmişdir.
Moskva Bəyannaməsi (2008)
Dağlıq Qarabağ Bəyannaməsində (və ya Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyasının Bəyannaməsi) 2008-ci il noyabrın 2-də Moskva vilayətindəki Meyendorf qəsrində imzalanmış bəyannamə. Bəyannamədə Azərbaycan və Ermənistan prezidentləri “məsləhətləşməyə töhfə vermək və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında və qəbul olunmuş qərar və sənədlər çərçivəsində siyasi həlli yolu ilə Cənubi Qafqazda daha sağlam vəziyyətin yaradılması və regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi" niyyətlərini bəyan ediblər. 29 noyabr 2007-ci il tarixli Madrid prinsipləri və sonrakı müzakirələr fonunda ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyi bir daha təsdiqləndi. Tərəflər “bütün aspektləri və mərhələləri üçün hüquqi məcburi beynəlxalq təminatla müşayiət edilməli olan sülh yolu ilə nizamlanmaya nail olmaq” barədə razılığa gəliblər.
1926-cı il Balfur Bəyannaməsi
1926-cı il Balfour Bəyannaməsi 1926-cı ildə London da keçirilmiş İmperator Konfransının yekun hesabatıdır. İngilis dövlət xadimlərindən olan əvvəlki baş nazir Arthur J. Balfourun şərəfinə adlandırılmışdır. Birləşmiş Krallıq və Millətlər Birliyinə daxik müstəqil ölkələri (Dominionu) aşağıdakı kimi ifadə edir: İmperatorluq Arası Münasibətlər Komitəsi Balfurun başçılığı ilə toplandı. 15 noyabr 1926-cı ildə imperator baş nazirləri tərəfindən yekdilliklə hazırlıq sənədini hazırladı. Sənəd üçün ilk tövsiyə Cənubi Afrika Baş Naziri J. B. M. Hertzog, eləcə də Kanadanın Baş naziri William Lyon Mackenzie King tərəfindən təklif edilmişdir. Bəyannamə Birinci Dünya müharibəsindən sonra dominionların inkişaf edən siyasi və diplomatik müstəqilliyini qəbul etdi. Sonrakı illərdə Yüksək Nümayəndələr tədricən təyin edildilər. İlk dəfə 1928-ci ildə İngilis Yüksək Nümayəndəsi Ottavaya təyin edildi. 1926-cı il konfransının bəyannaməsi 1930-cu ildə təkrarlandı və nəticədə Balfur Bəyannaməsi 1931-ci ilin noyabr ayında Böyük Britaniya parlamenti tərəfindən qəbul edilən Vestminster Xartiyasına daxil edildi.
Alma-Ata bəyannaməsi (1991)
Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi. 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan. Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər. 3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır. == Alma-Ata sammitində qəbul edilən qərarlar == Sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdirlər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür. İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əbcəd ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az.-əbcəd ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir. == Tarixi == 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları Qars və Batum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi
Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb.1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi. Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİ və Çin), Mərkəzi Amerika və Karib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı. Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi. Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın Şərq və Afrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur. Berlin-Roma-Tokio oxu ölkələrinin əksəriyyəti sonradan Birləşmiş Millətlər Təşkilatının tərəfinə keçərək Almaniyaya qarşı döyüşsələr də, bəyannaməyə qoşulmaq üçün icazə verilməmişdir.
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi (ing. Universal Declaration of Linguistic Rights; "Barselona Bəyannaməsi" olaraq da tanınır) — 1996-cı ildə Beynəlxalq PEN Klubu və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən dil hüquqları, xüsusilə nəsli kəsilməkdə olan dillərin hüquqlarını dəstəkləyən bir sənəd. Bəyannamə 6-9 iyun 1996-cı il tarixlərində Barselonada keçirilən Dünya Dil Hüquqları Konfransının yekununda qəbul edildi . Elə həmin il Bəyannamə YUNESKO-nun Baş direktoruna təqdim edildi, lakin YUNESKO-dan rəsmi təsdiq almadı . == Tarixi == 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (UİHB) dildən insan hüququ kimi bəhs edilsə də, dil hüququ açıq şəkildə sadalanmır və göstərilmir.Sonradan qəbul edilmiş bir sıra beynəlxalq insan hüquqları sənədləri, dillərin hüquqları ilə bu və ya digər şəkildə, xüsusən: Milli və ya etnik, dini və linqvistik azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında bəyannamə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası Regional Dillər üçün Avropa Xartiyası Milli Azlıqların Müdafiəsi Çərçivə Konvensiyası Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt Xalqların Kollektiv Hüquqlarının Ümumdünya Bəyannaməsi.Eyni zamanda, qlobal miqyasda bütün dillərin və ya dil hüquqlarının qorunması ilə əlaqəli heç bir məcburi sənəd yox idi . Bu baxımdan bu boşluğu doldurmaq üçün cəhdlər edilmişdir. Ümumdünya Dil Haqları Bəyannaməsi ideyası ilk dəfə 1984-cü ildə Beynəlxalq Müasir Dil Müəllimləri Federasiyasında (FIPLV) ifadə edilmişdir. Bəzi əsas dil hüquqlarını və təhsilə təsirlərini formalaşdıran Braziliya Dilçilik Dərnəyinin keçmiş prezidenti professor Fransişku Qomeş de Matuş tərəfindən irəli sürülmüşdür. Bəyannamənin ideyası 1987-ci ildə Beynəlxalq Mədəniyyətlərarası Rabitə İnkişaf Dərnəyinin Resifidə keçirilən 12-ci seminarında daha da inkişaf etdirildi. Seminarda dil hüquqları hüququ bəyannaməsinin tətbiqi tövsiyə olundu və dil hüququ əsas növlərindən bəzilərinin ilkin bəyannaməsi qəbul edildi.
Ermənistanın İstiqlal Bəyannaməsi (1990)
Ermənistanın İstiqlal Bəyannaməsi (erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր) — 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunmuş, Ermənistan SSR Ali Sovetinin Sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin Katibi Ara Sahakyan tərəfindən imzalanmış, Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən sənəd. Ermənistan Respublikası SSRİ-nin süqutundan sonra 23 sentyabr 1991-ci il tarixində yaradılmışdır. Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə alınmışdır. Bəyannamə 12 sətrlikdir. Bunlardan biri erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüquq almasıdır. Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişir, yeni gerb və himn təsis etmişdir. Bəyannamə öz valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik bir Ermənistanın müstəqilliyinə də sitat gətirir. Bəyannamə azad fikrin və mətbuatın qorunub-saxlanacağına, eləcə də ayrı-ayrı müstəqil bir məhkəmə, qanunverici və prezidentlik orqanlarının yaradılacağına qarantiya verir. O, çoxpartiyalı bir demokratiyanın yaradılmasından da bəhs edir.
Haaqa konvensiyaları və bəyannamələri (1899 və 1907)
1899 və 1907-ci il Haaqa Konvensiyaları — Hollandiyanın Haaqa şəhərində keçirilən iki beynəlxalq sülh konfransında qəbul edilmiş bir sıra beynəlxalq müqavilələr və bəyannamələrdir. Cenevrə Konvensiyaları ilə yanaşı, Haaqa Konvensiyaları, dünyəvi beynəlxalq hüquqa görə müharibə və hərbi cinayətlər qanunlarının ilk rəsmi bəyannamələrindən biri idi. Üçüncü konfransın 1914-cü ildə keçirilməsi planlaşdırılırdı və daha sonra 1915-ə təxirə salındı, lakin Birinci Dünya Müharibəsinin başlaması səbəbindən baş tutmadı. 1899 və 1907-ci illərdə Rusiyanın təşəbbüsü ilə çağrılan Haaqadakı birinci və ikinci sülh konfranslarında , müharibə qanunları və adətlərinə dair beynəlxalq konvensiyalar qəbul edildi və bu, beynəlxalq humanitar hüquq normaları məcmuəsinin əsasını qoydu. İkinci Haaqa Konfransı, II Nikolayın Millətlər Birliyini yaratmaq fikrini dəstəklədi. == Tarixi == 1899 və 1907-ci illərdəki Haaqa Konvensiyaları müharibənin aparılması ilə məşğul olan ilk çoxtərəfli müqavilələr idi və əsasən ABŞ Prezidenti Abraham Linkoln tərəfindən 24 aprel 1863-cü ildə imzalanaraq ABŞ Müttəfiq Qüvvələrinə ötürülən Liber Qanununa əsaslandı. Amerika Vətəndaş müharibəsi zamanı. Liber Qanunu, hərbi vəziyyət zamanı davranış qaydalarını təsbit edən ilk rəsmi hərtərəfli kodlaşdırılmış qanun idi; mülki şəxslərin və mülki mülkiyyətin qorunması və qanun pozuntularına görə cəza; qaçanlar, hərbi əsirlər, girovlar və soyğunçuluq; partizanlar; casuslar; barışıq və məhbus mübadiləsi; keçmiş üsyançı qoşunların şərti azadlığa buraxılması; hər hansı bir barışığın şərtləri və insan həyatına hörmət; düşmən ərazidə əsgərlərin və ya vətəndaşların öldürülməsi və öldürülməsi; və hökumətə qarşı vətəndaş müharibəsində iştirak edən şəxslərin statusu. Bununla birlikdə, dövlət başçıları tərəfindən Rus diplomatiyasına təklifləri konkretləşdirmək imkanı verən və Rusiya Xarici İşlər Nazirinin 1898-ci il 30 dekabr tarixli rəsmi müraciətində xülasə edən Rusiya təşəbbüsünə qarşı açıq bir danışma olmadı. forumun gündəliyinə aşağıdakı məsələləri əlavə edin: "Hərbi ehtiyaclar üçün quru və dəniz silahlı qüvvələri və büdcələrinin indiki tərkibinin müəyyən bir müddətdə qorunması və gələcəkdə silahlı qüvvələrin və hərbi büdcələrin azalmasının həyata keçirilə biləcəyi vasitələrin ilkin öyrənilməsi.
Vindhuk Bəyannaməsi
Vindhuk Bəyannaməsi (ing. Windhoek Declaration) — azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya dövlətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran sənəd. == Tarixi == 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul etmişdir. BMT-nin qəbul etdiyi bu qərar "Ümumdünya insan hüquqları bəyannaməsi"nin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir. Maddə 19.Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
Şuman bəyannaməsi
Şuman bəyannaməsi və ya Şuman planı (fr. Jean-Baptiste Nicolas Robert Schuman) — Fransa Xarici İşlər Naziri Robert Şumanın Fransa və Qərbi Almaniyanın metallurgiya, dəmir filizi və kömür mədən sənayesini birləşdirmək təklifidir. Bu təklifin həyata keçirilməsi, Avropa Birliyinin sələfi olan Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılmasına səbəb oldu. Robert Şumanın Fransa hökuməti adından təklifini açıqladığı 9 May, hər il Avropa Günü kimi qeyd olunur və Şuman özü də Avropa Birliyinin qurucularından biri sayılır. == İstinadlar == == Həmçinin bax == Avropa Şurası NATO == Ədəbiyyat == Шуман, Робер. Для Европы. Париж 1963 Джут, Тони. Große Illusion Europa. München: Hanser, 1994. МакДугл, Уолтер.
Şuşa Bəyannaməsi
Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə. == Tarixi == 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezdentləri arasında imzalanmışdır. == Bəyannamənin tam mətni == Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında ŞUŞA BƏYANATI Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq, İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq, Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər: Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Həştərxan Bəyannaməsi
Həştərxan Bəyannaməsi 2010-cu il oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış humanitar saziş. Dağlıq Qarabağda müharibədən sonrakı vəziyyətə gəlincə, bəyannamədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə əsirlərin dəyişdirilməsi və həlak olan hərbçilərin cəsədlərinin qaytarılması nəzərdə tutulur. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Leonid Slutski bəyannaməni “ geosiyasi mənada kiçik irəliləyiş” kimi qiymətləndirib ki, bu, əslində “Dağlıq Qarabağ problemi məsələsində böyük siyasi əhəmiyyətə malikdir”.Fransanın o zamankı xarici işlər naziri Bernard Kuşner öz bəyanatında bildirib ki, “Həştərxanda qəbul edilmiş qətnamədə göstərilən tədbirlər gərginliyin və son aylarda tez-tez baş verən atəşkəs rejiminin pozulması hallarının azaldılmasına kömək edə bilər” və “buna görə də Fransa onun dərhal icra olunmasını gözləyir”.
Korfu Bəyannaməsi
Korfu Bəyannaməsi (serb-xorv. Krfska deklaracija/Крфска декларација) — Serbiyanın Baş naziri Nikola Paşiç və Yuqoslaviya Komitəsinin sədri (1915-ci ilin mayında Londonda yaradılmış) Ante Trumbiç tərəfindən 20 iyul 1917-ci ildə Korfu adasında imzalanmış, Birinci Dünya müharibəsinin sonunda Serbiya krallığının serb sülaləsi Qarageorgiyeviçlərin himayəsi altında Avstriya-Macarıstanın Yuqoslaviya torpaqları ilə vahid dövlətə – Serblər, Xorvatlar və Slovenlər krallığına birləşməsini nəzərdə tutan müqavilə. 11 avqust 1917-ci ildə Monteneqro Milli Birləşmə Komitəsi (1917-ci ilin martında Parisdə yaradılmışdır) müqaviləyə qoşulmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Corfu Declaration at the 1914–1918-online.
Moskva Bəyannaməsi (2022)
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmışdır.Sənəd üzərində iş 2021-ci ilin əvvəlindən davam edir. Vladimir Putinin sözlərinə görə, sənəd Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub və iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarır. İlham Əliyev öz növbəsində qeyd edib ki, Bəyannamə iki dövlətin birgə fəaliyyətinin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək.Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanovun sözlərinə görə, Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdırvəsənədin imzalanması tarixi hadisədir. Bəyannamənin imzalanmasının Azərbaycan üçün əhəmiyyətini və faydalılığını partiyanın üzvü Fəriz Axundov və bir çox digər Azərbaycan siyasətçiləri də bəyan ediblər.İkitərəfli əməkdaşlığın genişlənməsinin nəticələri 2022-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 2021-ci illə müqayisədə 23,9% artması, 10 hökumətlərarası və idarələrarası sazişin imzalanması, Rusiyadan Azərbaycana turist axınının təxminən 80% artması və digərləri olub. == Tarixi == 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. === Bəyannamə bəndləri === Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Pakistan gömrük bəyannaməsi
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir:"Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Virciniya Haqlar Bəyannaməsi
Virciniya Haqlar Bəyannaməsi (ing. The Virginia Declaration of Rights) — kifayətsiz hökumətə qarşı üsyan haqqını da özündə ehtiva edən insanın doğuşdan gələn təbii haqlarını bəyan etmək üçün hazırlanan sənəd. == Hazırlanması == Bəyannamə 29 iyun 1776-cı ildə qəbul edilən Virciniya konsitutsiyasından ayrı sənəd olaraq 12 iyun 1776-cı ildə Virciniyada Konqres nümayəndələrinin səsverməsi ilə qəbul edilmişdir. == Mahiyyəti == Con Lokkun doktirini və Şarl Lui Monteskyönün hakimiyyətin bölünməsi fikirlərindən təsirlənərək hazırlanmışdır. Bu sənəd daha sonra Virciniya Əyalət Konsitutsiyasının I maddəsi olaraq qəbul edilmişdir və bir az dəyişiklik edilmiş halı bu gün də Virciniya konstitutsiyasında hüquqi mənada təsiri olması baxımından hiss olunur. Bu sənəd daha sonra ABŞ İstiqlaliyyət Bəyannaməsini (1776) və Fransa inqilabınının İnsan və Vətəndaş hüquqlarıı haqqında bəyannaməsi də (1789) daxil olmaqla bir çox bu növdən sənədlərə təsir etmişdir.
İstiqlal bəyannaməsi (kompozisiya)
"İstiqlal Bəyannaməsi" — 65 × 50 sm ölçüdə kağız vərəqi olan bədii əsər və akvarel, naxışlar və mənzərələrdən ibarət kompozisiya. Bütün kompozisiyanın mərkəzində olan fotokopiya 28 may 1918-ci ildə imzalanan Azərbaycanın İstiqlal Bəyannaməsinin bir nüsxəsidir. Kompozisiyanın müəllifi XX əsrin birinci yarısının azərbaycanlı rəssamı Əzim Əzimzadədir. Əsər Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. == Təsviri == Əsər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Qaynaqlar Fondundan materialların öyrənilməsi zamanı aşkar edilmişdir. Fotokopiya nazik ağ bir çərçivədədir və romblar, üçbucaqlar şəklində xalça elementinin stilizə edilmiş təsviri, habelə dekorativ şəkildə kəsilmiş çox rəngli həndəsi formalar olan təkrarlanan naxışlarla perimetrin ətrafında düzəldilmişdir. Kompozisiyanın sağ kənarı iki şəkil olan şaquli bir zolaqdır: yuxarı hissəsində qayaya bənzər bir fonda xalçanın təsviri var. Bu xalça heç bir Azərbaycan xalçasının məktəbinə aid deyil, çünki oradakı Azərbaycan xalçalarının müxtəlif elementlərinin birləşməsi ixtiyarsızdır. Xalçanın altından Bakı yaxınlığındakı Surahani kəndindəki XVII əsr Atəşgah məbədi təsvir edilmişdir. Kompozisiyanın aşağı kənarında geniş bir üfüqi zolaq şəklində Bakı buxtasının təsviri yerləşdirilmişdir: solda neft qurğuları olan şəhər, gəmiləri olan Xəzər dənizinin təsviri sağ tərəfdə, arxa planda Böyük Zirə adası görünür.