Moqadişo

coğ. Mogadiscio ; Mogadishu

#a
mohkəmlənmə
moldavan
OBASTAN VİKİ
Moqadişo
Moqadişo (somali. Muqdisho, ərəb. مقديش‎) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır. Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı.
Moqadişo Universiteti
Moqadişo Universiteti (ərəb. جامعة مقديشو‎, somali. Jaamacada Muqdisho) — Somalinin paytaxtı Moqadişo şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1997-ci ildə qoyulmuşdur.
Moqadişo sultanlığı
Moqadişo sultanlığı (somali. Saldanadda Muqdisho, ərəb. سلطنة مقديشو‎) — mərkəzi Moqadişo şəhərində olan, müasir Somalidə XII–XVII əsrlərdə mövcud olmuş orta əsr Afrika dövləti. Sultanlıq XII–XIV əsrlərdə Afrika buynuzundakı əhəmiyyətli güclərdən biri kimi Moqadişo şəhəri ətrafında böyümüş, daha sonra böyüyən Ajuran imperiyasının bir hissəsi olmuşdur. Moqadişo sultanlığı ərəb ölkələri və Hindistan ilə geniş ticarət şəbəkəsini qoruyub saxlayır, regional qızıl ticarətində üstünlük təşkil edir, öz valyutasını zərb edir və indiki Somalinin cənubunda geniş memarlıq irsi buraxırdı. Moqadişudan olan Somali tacirləri Sofaladakı mədənlərdən qızıl çıxarmaq üçün indiki Mozambik ərazisində müstəmləkə qurmuşdular. Afrika buynuzunun daxili bölgələri ilə karvan ticarəti aparılırdı. Могадишо // Меотская археологическая культура — Монголо-татарское нашествие. — М. : Большая российская энциклопедия, 2012. — С. 564.