MORDVA

Mordoviya Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub olan adam. Mordvaların adları ilk dəfə VI əsr mənbəyində çəkilir.
MORATORİUM
MORDVACA
OBASTAN VİKİ
Mordva dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Mordva ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Mordvalar
Mordvalar və ya mordvalılar — ana dili Mordva dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Fin-volqa yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Rusiya FR-nın dövlət statistikasının federal xidmətinin 2010-cu il Ümumrusiya əhali siyahıyaalınmasının yekunlarına dair məlumatına əsasən Rusiya FR-da yaşayan mordvaların ümumi sayı 744,237 nəfərdir. Onların tərkibində hesablanmış mordvaların subetnik qrupları olan: Erzyanların sayı: 57,008 nəfər olmuşdur. Mokşaların sayı: 4,767 nəfər olmuşdur.
Mordvalılar

Значение слова в других словарях