MOREN TERRASI

dağ-dərə buzlağının tənəzzülündən sonra dərənin əsas yamacında yan morenlərin terras şəkilində toplanması. моренная терраса moraine terrace
MOREN RELYEFİ
MOREN TİRƏSİ
OBASTAN VİKİ
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası — çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1–3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. Dağ süxurlar Dağ Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Çay terrası
Çay terrası — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür. Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1). Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir. Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir. Bəzi çay terraslarının Xəzər dənizi terrasları ilə uzlaşdırılması onların yaşını xeyli dəqiqləşdirməyə imkan vermişdir.
Moren gölü
Yan moren
Yan moren (rus. боковая морена, ing. lateral moraine) — qar xəttindən aşağıda dağ-dərə buzlağının kənarlarında iri qırıntı materiallarının toplanmasından yaranmış, moren.
İllik moren
İllik moren (rus. морена годичная, ing. annual moraine) — xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
İnversion moren konusları
İnversion moren konusları (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones) — yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10–12 metrə qədər çatır en kəsiyi 2,5–3 dəfə hündürlüyündən böyük olur. Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, "Ölü buzlaq" sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. Mis: Pamir.
Sen-Jan-de-Moren müqaviləsi
Sen-Jan-de-Moren — 1917-ci ilin ortalarında I Dünya Müharibəsi zamanı imzalanmış gizli müqavilələrdən biridir. İngiltərə və Fransa Osmanlı imperiyasının parçalanması üçün torpaq verəcəyini vəd edərək İtaliyanı Müttəfiq dövlətlərin tərəfində müharibəyə girməyə razı saldılar. Bu müqaviləyə görə Mersindən başqa Antalya, Konya, Aydın və İzmirin İtaliyaya verilməsi istənilirdi. Oradakı maddələrə görə, müqavilə rusların təsdiqinə tabe idi. Lakin Rusiya hökuməti bolşeviklər tərəfindən devrildiyindən bu müqavilə heç vaxt qüvvəyə minmədi. Buna baxmayaraq, italyanlar onlara vəd edilmiş torpaqları istəməkdə israr edirdilər. Hətta bir italyan senator "Başqaları heç nə almasa, biz də heç nə tələb etməyəcəyik" söyləmişdi. == İstinadlar == == Ədəbiyyat == I Documenti diplomatici italiani. Libreria dello Stato. 1980.