Sen-Jan-de-Moren — 1917-ci ilin ortalarında I Dünya Müharibəsi zamanı imzalanmış gizli müqavilələrdən biridir. İngiltərə və Fransa Osmanlı imperiyasının parçalanması üçün torpaq verəcəyini vəd edərək İtaliyanı Müttəfiq dövlətlərin tərəfində müharibəyə girməyə razı saldılar. Bu müqaviləyə görə Mersindən başqa Antalya, Konya, Aydın və İzmirin İtaliyaya verilməsi istənilirdi. Oradakı maddələrə görə, müqavilə rusların təsdiqinə tabe idi. Lakin Rusiya hökuməti bolşeviklər tərəfindən devrildiyindən bu müqavilə heç vaxt qüvvəyə minmədi. Buna baxmayaraq, italyanlar onlara vəd edilmiş torpaqları istəməkdə israr edirdilər. Hətta bir italyan senator "Başqaları heç nə almasa, biz də heç nə tələb etməyəcəyik" söyləmişdi.[1]
Sen-Jan-de-Moren müqaviləsi | |
---|---|
ing. Agreement of Saint-Jean-de-Maurienne | |
| |
İmzalanma tarixi | 19 aprel 1917 |
İmzalanma yeri | Sen-Jan-de-Moren |
Qüvvəyə minməsi | |
• şərtləri | Osmanlı imperiyası ərazisindən İtaliyaya torpaq vədd edilməsi |
Qüvvədən düşməsi | Lozanna müqaviləsi ilə |
İmzalayanlar | Böyük Britaniya, Fransa, İtaliya |
Dili | ingilis |