MORRIS-DANCE

n rəqs (Robin Hud haqqındakı əfsanədəki qəhrəmanların paltarlarını geyinib oynanılan məzəli rəqs)

MORRIS
MORROW
OBASTAN VİKİ
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dance Alone
Dance Alone (azərb. Tək rəqs et‎) — Makedoniya Respublikasının 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yana Burçeska "Dance Alone" mahnısı ilə Makedoniya Respublikasını Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yoakim Persson, Aleks Omar, Florens və Borislav Milanov tərəfindən bəstələnmişdir.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Aleks Morris
Aleks Morris (ing. Alex Morris) - ABŞ-nin qara dərili aktyorlarından biridir. Aleks bir sıra detektiv filmlərdə və seriallarda rol almışdır.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Kit Morris
Kit Morris (ing. Keith Morris; 18 sentyabr 1955, Los-Anceles, Kaliforniya) — Black Flag, Circle Jerks və Off! hardkor pank qruplarının yaradıcısı və frontmeni.
Markus Morris
Markus Morris (ing. Marcus Morrie; d. 2 sentyabr 1989) — peşəkar amerikan basketbolçu. NBA-də San-Antonio Spörs komandasında çıxış edir. Kanzasda oxuduğu kollecin basketbol komandasında çıxış etdikdən sonra 2011-ci NBA seçməsində Hyuston Rokets komandası tərəfindən 14-cü sırada seçilib.
Morris Cepson
Morris Cepson — 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atan "B-29" təyyarəçinin pilotlarından biri Kiçik leytenant Morris Ceppson döyüş uçuşu zamanı atom bombasının hazırlanması və döyüş hazırlığı vəziyyətinə gətirilməsinə cavabdeh olub. O, 2010-cu il martın 30-da vəfat edib. Təyyarəçinin həyat yoldaşı bildirib ki, Morris 1945-ci ildə öz işini yerinə yetirib: "O deyirdi ki, digər ekipaj üzvləri də əmri yerinə yetiriblər". Ceppson əvvəllər müharibədəki rolu barədə danışmaqdan imtina edirmiş. Amma sonradan 1945-ci il bombardmanı barədə fikirlərini bölüşməyə başlayıb: "Burada fərəhləndirici heç bir hal yoxdur. Bombardman dağıdıcı effektə malik olub. Amma ola bilsin ki, bu bombardman yüz minlərlə amerikalının və ondan da çox yaponun həyatını xilas edib". Hiroşima şəhərinin 1800 feet (550 mt.) Üzərində partdadılan nüvə bombası, 13000 ton TNT (TriNitroToluen) gücündə. 70.000-dən çox insanın ölümü partlamasında saniyələr sonra reallaşdı. Bunun iki qatı qədərini da partlayışdan sonra yayılan radiasiya təsiri öldürdü.
Morris Motors
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Morris Çaylds
Morris Çaylds (doğulanda Moyşe Çilovski ing. Morris Childs; 10 iyun 1902, Kiyev – 2 iyun 1991, Çikaqo, İllinoys) — amerika siyasətçisi, ABŞ Kommunist Partiyasının üzvü (1919–1929 və 1931-ci ildən), partiyanın Mərkəzi Komitəsinin üzvü (1934-cü ildən). 1929–1931-ci illərdə KP-nın üzvü. Uzun müddət — 1954-cü ildən 1980-ci ilin yazına qədər — ABŞ Kommunist Partiyası daxilində Federal Təhqiqat Bürosuna casusluq etmişdir. == Həyatı == === İlk illər === 1902-ci ildə Kiyevdə mənşəcə yəhudi olan İosif Çilovskinin ailəsində anadan olub. Atası inqilabi fəaliyyətinə görə sürgünə göndərilməyə məhkum ediləndə, o, cəzadan yayınaraq Amerika Birləşmiş Ştatlarına qaçmağa nail olub və Çikaqoda məskunlaşıb. 1910-cu ildə onun ailəsi Texasa köç ediblər. Ailə üzvləri yalnız 1911-ci ildə Çikaqoda qovuşa biliblər. Bununla da Morrisin bütün gələcək həyatı ABŞ-la bağlı olub. Morris Çaylds 1919-cu ildə hələ 17 yaşı olarkən ABŞ-də kommunist partiyası yaranan kimi onun üzvü olub.
Rosemari Morris
Rosemari Morris (d. 31 yanvar 1986) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Rosemari Morris, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Rosemari Morris, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Uilyam Morris
Vilyam Morris (ing. William Morris; 24 mart 1834[…], London – 3 oktyabr 1896[…], London[…]) — ingilis şair, rəssam və dizayner.
Vilyam Morris
Vilyam Morris (ing. William Morris; 24 mart 1834[…], London – 3 oktyabr 1896[…], London[…]) — ingilis şair, rəssam və dizayner.
Frank Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Dance You Off
Dance You Off (azərb. Səni rəqs etdirmək‎) — İsveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Benyamin İnqrosso "Dance You Off" mahnısı ilə İsveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı MAG, Luis Şurl, K Nita və Benyamin İnqrossonun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Dance of Fire
Dance of Fire — Əzizə Mustafazadənin 1995-ci ildə çıxan üçüncü albomu. Albomun dünya üzrə təqribən 2 milyondan çox nüsxə satışı qeydə alınmışdır.
Dance with Me
Dance with Me (azərb. Mənimlə rəqs et‎) — Macarıstanın Avroviziya-2009 mahnısı. Yarım finalda məğlub olub. Mahnını Zoli Adok ifa edib.
Dead Can Dance
Dead Can Dance — 1981-ci ildə Avstraliyanın Melburn şəhərində Liza Cerrard və Brendan Perri tərəfindən yaradılmış neoklassik art rok qrupudur. Qrup fəaliyyətinə 1982-ci ilin mayında İngiltərənin London şəhərində başlamışdır. Avstraliyalı musiqi tarixçisi və jurnalist Yan Makferleyn, Dead Can Dance qrupunun musiqi tərzini belə təsvir edir: "Ovsunlayıcı əzəmətin və ağır başlı gözəlliyin yaratdığı musiqi mənzərəsi; Afrikan poliritmləri, Kelt folku, Qriqorian dini nəğməsi, Şərqi Asiya mantrası və Art rok". 1998-ci ildə dağılan qrup, 2005-ci ildə qısa müddətlik dünya turuna çıxdı. 2011-ci ildə fəaliyyətini bərpa edən qrup, 2012-ci ildə Anastasis adlı albomunu yayımlayır və müxtəlif turlara imza atır. == Qrupun yaranması == Dead Can Dance, 1981-ci ilin avqust ayında Avstraliyanın Melburn şəhərində bas gitarada Paul Erikson, vokalda Liza Cerrard, barabanda Simon Monre və gitara, vokalda Brendan Perri olmaqla yaranmışdır. Qrup yarandığı zaman Liza ilə Brendanın münasibətləri var idi. 1982-ci ildə Simon Monre qrupu tərk edir və Dead Can Dance qalan heyət ilə birlikdə İngiltərənin London şəhərinə yola düşür. Qrup burada alternativ rok səsyazma şirkəti olan 4AD ilə müqavilə imzalayır. Qrup 1984-cü ilin fevralında "Dead Can Dance" adlı debüt albomunu yayımlayır.
Show Your Dance
Show Your Dance (Rəqsini Göstər) Rəqs Müsabiqəsi 02 sentyabr 2017-ci ildə yaranmışdır. Müsabiqə SYD-yə(Show Your Dance) üzv olan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçirilir. Layihənin təşkilatçısı və rəhbəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi Murad Süleymanlıdır. Müsabiqə "MS" Group Production tərəfindən ərsəyə gəlmişdir. İlk dəfə müsabiqə 26 dekabr 2017-ci ildə ADBTİA(Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) tələbələri arasında baş tutmuşdur. İkinci dəfə 04 may 2018-ci ildə musabiqə əhatəsini böyüdərək Universitetlər arası rəqs müsabiqəsinə çevrildi. ADBTİA müsabiqə ərzində ən çox qalib olmuş universitetdir. İki dəfə baş tutmuş müsabiqədə ən yüksək nəticə ADBTİA 2017-ci il "KSİNR 17–01" qrupuna məxsusdur. == Tarix == 02 sentyabr 2017-ci ildə Murad Süleymanlının hazırladığı layihə ADBTİA-nın rəhbərliyinə təqdim olunmuşdur. Rəhbərlik tərəfinən maraq yaranan bu layihənin keçirilməsinə icazə verilmişdir.
Watch My Dance
Watch My Dance — 2011 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Emi Morris Bredli
Emi Morris Bredli (Tam adı: ing. Amy Morris Bradley; 12 sentyabr 1823 – 15 yanvar 1904, Uilminqton[d]) — ABŞ-nin Men ştatından olan müəllim, Mərkəzi Amerikada ilk ingilis dilli məktəbin qurucusu. O, ömrünün 30 ildən çoxunu Vilminqtonda ödənişsiz məktəblərin yaradılmasına həsr etmişdir. == İlk illəri == Emi 12 sentyabr 1823-cü ildə Men ştatının Şərqi Vassalboro qəsəbəsində anadan olmuşdur. Amerika inqilabının əsgərlərindən Eysa Bredlinin nəvəsidir. Altı yaşında anası vəfat edib və çoxuşaqlı ailəni təkbaşına qoyub. Emi ailənin yaşca ən kiçik fərdi idi. == Fəaliyyəti == 1840-cı ildə qəsəbə məktəblərində dərs deməyə başlayıb. Dörd il sonra Qardinerdə gimnaziyalardan birinin rəhbəri təyin edilmişdir. 1846-cı ildə Çarlztaunda Vinztrop gimnaziyasında, daha sonra Şərqi Kembricdə Patnem gimnaziyasında müəllim köməkçisi kimi işləyir.
Morris Cesup burnu
Morris Cesup burnu (dan. Kap Morris Jesup) — Qrenlandiya adasının şimalında Piri Torpağı ərazisində yerləşir. İlk dəfə 1900 ildə amerikalı qütb araşdırmaçısı Robert Piri tərəfindən aşkarlanmışdır. Uzun zaman Şimal Qütbünə ən yaxın quru sahəsi kimi qiymətləndirilirdi. Robert Pirinin təşkil etdiyi 1898—1902 illər ekspedisiyasının mesenatı Morris Cesupun şərəfinə adlandırılmışdır.
Morris Motor Company
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Just One Last Dance
Just One Last Dance — alman bəstəkarı və müğənnisi Sara Konnorun öz həyat yoldaşı Mark Terenzinin rəhbərlik etdiyi "Natural" qrupu ilə birgə ifa etdiyi mahnı. Müəllifləri Rob Tayger və Kay Denar olan mahnı, cütlüyün övladının doğulmasından bir ay sonra, 2004-cü il mart ayının 1-də təqdim edilib. Mahnı Sara Konnorun 2003-cü ildə çıxardığı Key to My Soul albomundan olan ikinci sinqldır. "German Singles Chart"da birinci yerə yüksələn mahnı həm Sara Konnorun, həm də Natural qrupunun karyerasında ən uğurlu layihələrdən biri sayılır.
Morris (dairə, Nyu-Cersi)
Morris dairəsi (ing. Monmouth County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 1246 km2 ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Morris dairəsində 470,212 nəfər var idi. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilə qədər əhali 3.9% artaraq 488.518 nəfərə çatdı. Morris Nyu York aqlomerasiya regionunun bir hissəsidir. Morristaun şəhəri dairə mərkəzidir. Dairənin ən böyük məskəni Parsippani-Troy Hillsdir.