MOTALPAPAQLI


1. sif. Motal papaq geyinmiş, başında motal papaq olan.
Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada … yer tutdu. T.Ş.Simurq.
…Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar. Qantəmir.

// İs. mənasında.
Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı, motalpapaqlılar, üzünü tük basmış, saçsaqqalı bir-birinə qarışmışlar da vardı. M.İbrahimov.

2. is. 1920-ci il aprel inqilabından əvvəl kəndliyə verilən təhqiramiz ad.
[Naçalnik:] Mahmud bəy, nə kömək? İgidlərə bax! Bəylərə motalpapaq? S.Rüstəm.

MOTALPAPAQ
MOTÉL

Значение слова в других словарях

бычи́на деся́тками замерза́емость магнетизёр пото́ком бактеризова́ться мя́котный програ́мма ру́чечный сеголе́тка трёхле́тие and auto court blowing-iron dog-licence get together invigilate substruction tool steel typoscript volatilize дерзать культиватор приходить фитюлька