Multiplikator

1931-ci ildə R.F.Kan tərəfindən iqtisadi tədqiqatlarda istifadə olunan, lakin geniş tətbiqi C.M.Keyns tərəfindən aparılan iqtisadi – riyazi əmsal. Multiplikator əmsalı vahiddən kiçik ola bilməz.
Muxtariyyət
Multivalyuta Krediti
OBASTAN VİKİ
Multiplikator
Multiplikator (lat. multiplicare - artırıram, çoxaldıram ) - gəlirin dəyişilməsinin investisiyaların dəyişilməsindən asılılığını göstərən əmsal, başqa sözlə, aqreqat kəmiyyəti ilə onun struktur tərkib hissəsi arasında nisbəti xarakterizə edən əmsal. Multiplikator ideyası iqtisadiyyat elminə ilk dəfə ingilis iqtisadçısı, Kembric məktəbinin nümayəndəsi R.Kan tərəfindən 1931-ci ildə gətirilmişdir. O, investisiyanın əhalinin alıcılıq qabiliyyəti və məşğulluğun multiplikasiyasına necə gətirib çıxardığını göstərmişdir. Multiplikatorun ümumiləşdirilmiş izahını C.M.Keyns özünün “Məşğulluq, faiz və pul haqqında ümumi nəzəriyyə” kitabında irəli sürmüşdür. Multiplikator nəzəriyyəsi müəyyən sahələrdə istehsahın və onun müəyyən sferalarında məşğulluğun genişlənməsinə məsrəflərin stimullaşdırıcı təsirinin mövcudluğunu izah edir. Ümumi milli məhsulun (ÜMM) ölçüsündə bu müsbət artan səmərə (effekt) - multiplikasiya səmərəsi (effekti) adlanır. Multiplikator say əmsalıdır, o, investisiyaların ölçüsünün artdığı şəraitdə ÜMM-in artım ölçüsünü göstərir. Tutaq ki, investisiyaların artımı 100 milyon manat təşkil edir, bu, ÜMM-in 300 milyon manat artmasına gətirib çıxarıb, beləliklə, multiplikator = 3; əgər ÜMM 200 milyon manat artarsa, onda multiplikator 2-yə bərabər olardı. Multiplikator = ÜMM-in artması / İnvestisiyaların artması və ya ΔÜMM = Multiplikator x Δİ. Keyns həm də göstərdi ki, multiplikator yığıma meyillik həddinin (YMH) əks kəmiyyətidir: Multiplikator= 1 Y M H {\displaystyle {1 \over {\it {YMH}}}} və ya Multiplikator= 1 1 − Y M H {\displaystyle {1 \over {\it {1-YMH}}}} İMH - istehlaka meyillilik həddi, deməli ΔÜMM 1 Y M H ⋅ {\displaystyle {1 \over {\it {YMH}}}\cdot {\it {}}} ΔY Keyns nəzəriyyəsi çərçivəsində multiplikator dövlət (dövlət sifarişləri), firmalar və əhali tərəfindən həyata keçirilən iri xərclərin (investisiyaların) pozitiv təsirini əsaslandırır, milli istehsalın səmərəliliyinə və artımına müsbət təsir edir.
Pul multiplikatoru

Значение слова в других словарях