MÖHÜRLƏTMƏK

icb.
1. Hər hansı sənədi təsdiq etdirmək üçün ona möhür basdırmaq, möhür vurdurmaq. Çıxarışı möhürlətmək. Etibarnaməni möhürlətmək.
2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurdurmaq, möhür basdırmaq. Kassanı möhürlətmək.
[Səttar xan] Təbrizdə yüzlərlə tacirin hücrəsini və anbarını möhürlətdi. M.S.Ordubadi.

MÖHÜRLƏTMƏ
MÖHÜRLÜ

Значение слова в других словарях