MÜCƏSSƏMƏ

is. [ ər. ]
1. Hər hansı bir təbiət hadisə və ya qüvvəsinin canlı bir cisim şəklində təsviri.
2. Hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında. O, gözəllik mücəssəməsidir.
[Bəhram:] Sən insan deyilsən, bir hüsni-mücəssəmə, bir mələkixoşətvar( san). C.Cabbarlı.

// Surət, obraz; heykəl.
// Timsal, təmsil.
Vaxtilə yalqızlıq və kədər mücəssəməsi olan Hamlet də öz sevgili aktyor dostlarını belə səmimi qarşılamışdı. M.Hüseyn.
Gənclər həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov.

Этимология

  • MÜCƏSSƏMƏ Ərəbcə cisim, təcəssüm sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜCƏSSƏM
MÜCRİM
OBASTAN VİKİ
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.

Значение слова в других словарях