MÜFRİT
MÜHENDİS
OBASTAN VİKİ
Əhməd Hikmət Müftüoğlu
Əhməd Hikmət Müftüoğlu (3 iyun 1870, Konstantinopol – 19 may 1927, Konstantinopol) türkiyəli yazar və diplomat. Diplomat işləyərkən ədəbiyyatla məşğul olan Əhməd Hikmət əvvəldə Sərvət-i Fünun ədəbi hərəkatında iştirak edib. O, daha sonra bu icma ilə bağlantısını qopararaq türkçülük axınını mənimsəyib. Hekayələrini topladığı “Çağlayanlar” kitabı oyandırdığı millətçilik hissləri ilə milli ədəbiyyatda mühüm yer tutur. Əhməd Hikmət 1870-ci ildə İstanbulda anadan olub. Atası şair Yəhya Sezai Əfəndi idi. Ailəsi dövrün üləma təbəqəsindən olub. Babası Mora Müftüsü Əbdülhəlim Əfəndi idi. Atasını yeddi yaşında olanda itirmiş Əhməd, böyük qardaşının himayəsində böyüyüb. Təhsilinə Soğukçeşme Hərbi Orta Məktəbində başlayıb, Qalatasaray Sultanisində davam etdirib.