MÜFTƏ

sif. [ fars. ] Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; məccani. Müftə sirkə baldan şirindir. ( Ata. sözü ).
[Heydər bəy:] Məyər Təbrizdə müftə mal tökülübdür, gedib yığışdırıb gətirək gələk? M.F.Axundzadə.

// Zərf mənasında.
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə; Müftə görcək tuturam kəndimi bozbaşa, ətə. M.Ə.Sabir.
[Məşədi İbad bəylərə:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov.

Синонимы

  • MÜFTƏ havayı — məccani — pulsuz
  • MÜFTƏ MÜFTƏ [Əsgər bəy:] Əlbəttə, müftə mal harada idi (M.F.Axundzadə); HAVAYI Doşabı, bal, kərəsi, qəndi, çayı; Ət, düyü müftə, un ondan havayı (Ə

Антонимы

  • MÜFTƏ MÜFTƏ – PULLU Müftə sirkə baldan şirindir (Ata. sözü); Pulludur, havayı deyildir
MÜFSİD
MÜFTƏ-MÜFTƏ

Значение слова в других словарях