MÜLAQAT

is. [ ər. ] köhn. Görüşmə, görüşüb danışma, əlaqə saxlama.
Həmçinin səninlə mülaqat da haramdır. Ə.Haqverdiyev.
[Molla Nəcəf:] …Sən bu dəqiqədən laməzhəbsən.
Səninlə mülaqat belə haramdır. M.Əliyev.

□ Mülaqat etmək – görüşmək, görüşüb danışmaq, əlaqə saxlamaq, yaxınlıq etmək.
[Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq [mövlanaya] mümkün deyil. M.F.Axundzadə.
[Səfi bəy:] Bir də Çingizlə mülaqat etsəniz, sizinlə başqa cür danışacağam. S.S.Axundov.

MÜLAHİZƏ
MÜLAYİM

Значение слова в других словарях