Mürşid Balaqardaş
Mürşid Balaqardaş (?-?) - istiqlal şairi. 1918-1920 illər milli istiqlal poeziyasının nümayəndəsi.
Əsərləri Azərbaycan, İstiqlal, Hürriyyət, Qurtuluş, Gənclər yurdu, Övraqi-nəfisə, Bəsirət kimi mətbuat orqanlarında çap
edilmidir. Şairin silsilə Əsgər şerlərində (Əsgər hərbə gedərkən, Əsgər şərqisi, Ana deyir, Qarabağda həlak
olmuş arkadaşının ruhuna ithaf, Bu günün gənclərinə və s.) vətənin fədakar oğullarına müraciət, azadlıq uğrunda mübarizəyə,
milli istiqlalın qorunmasına çağırışı motivləri güclüdür.
Ömrü boyu bu ideala sadiq qalan şair şerlərindən birində hərbə gedən əsgərin dilindən deyirdi:
Şühədayi-Vətən şerində Mürşid dostu Məhəmməd Hadinin səsinə səs verir, vətən yolunda, Qarabağ müharibəsində
şəhid olanların millətin qəlbində əbədiyyət qazandığını göstərir:
Bir qaçqın cocuğun dilindən şerində şair erməni quldurlarının əzab-işgəncə verdiyi, yurd-yuvasız qoyduğu, körpə
qəlbinə sağalmaz yaralar vurduğu balaca uşağın fəryadını, üsyanını dərin ürək yanğısı ilə qələmə almışdır.
Yaradıcılığında Türk birliyinə, Azərbaycan türklərini milli dövlət ətrafında birləşməyə çağırış ruhlu şerlər də
mühüm yer tutur.
Azərbaycan Xalq Cümhuriyyəti
Məhəmməd Hadi
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Mürşid Balaqardaş maddəsi.