Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Pol Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Morfi (film, 2008)
"Morfi" (rus. Морфий) — Sergey Bodrovun ssenarisi əsasında rejissor Aleksey Balabanovun çəkdiyi dram filmi. Film Mixail Bulqakovun "Gənc həkimin qeydləri" silsiləsinin və "Morfi" hekayəsinin motivləri əsasında çəkilmişdir. 1917-ci ilin payızı. Gənc həkim Mixail Polyakov (Leonid Biçevin) işləmək üçün kənd xəstəxanasına təyinat alır. Tibb institutunu yenicə bitirmiş Polyakov həkimlik təcrübəsinin başlanğıcında bir çox çətinliklərlə qarşılaşır. Onun birinci xəstəsi difteriyanın ağırlaşmasından vəfat edir. Özünün də bu xəstəliyə tutulacağından qorxan həkim tibb bacısından xahiş edir ki, ona zərdab vursun. Axşam vurulan iynənin yerində kəskin gicişmə özünü göstərir. Ağrının qarşısını almaq üçün tibb bacısı Anna (İngeborqa Dapkunayte) ona morfi iynəsi vurur.
Morfin
Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur. Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur.
Eddi Mörfi
Edvard Riqan Mörfi (ing. Edward Regan Murphy; 3 aprel 1961[…], Bruklin, Nyu-York ştatı) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənni. 2007-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. == Həyatı == Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik məhəlləsində anadan olmuşdur. Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. Atası 1969-cu ildə qətlə yetirilmişdi. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb.
Emili Mörfi
Emili Mörfi (ing. Emily Murphy, 14 mart 1868 – 27 oktyabr 1933, Kanada)—kanadalı qadın aktivist, hüquqşünas və yazar. == Həyatı == Emili Ferquson 14 Mart 1868-ci ildə Kanadanın Ontario, Kukstoun şəhərində, dünyaya gəlmişdir. Atası İsaak Ferquson tanınmış iş adamı və torpaq sahibi idi. Emilinin anadan olduğu illər, Qərb mədəniyyətinin intibah və islahatlarla əldə etdiyi maddi rifahı, insan haqları və bərabərlik, qadın hüquqları kimi sosial hüquqlara hələ ki, əks etdirmədiyi illər idi. Bu dövrdə Qərb hələ də orta əsrdən qalma ənənələrini davam etdirirdi. 19 yaşında Emili anglikan rahibi Artur Mörfi ilə ailə həyatı qurur. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlir. Lakin uşaqlarından birini itirən Artur və Emili Edmontondan köçərək Albertada yaşamağa başlayırlar. == Fəaliyyəti == Bu ölüm hadisəsi Emililinin sosial məsuliyyət meydanına atılmasının başlanğıcını qoymuş oldu.
Mörfi qanunları
Mörfi qanunları — amerikalı mühəndis Edvard A. Mörfi tərəfindən yaradılan qanun. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazların birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozmuşdur və bu uğursuzluq Edvard Mörfinin öz məşhur qanunlarının təməlini qoymağa səbəb olmuşdur. Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq". Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar. Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır. İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər. Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir. Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla. Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır. Həll olunan hər problem yeni problemlər yaradır.
Killian Mörfi
Killian Mörfi (ing. Cillian Murphy; 25 may 1976[…], Duqlas[d], Munster[d]) — İrlandiya aktyoru. O, karyerasına 1996-cı ildə Enda Uolşun "Disco Pigs" tamaşasında çıxış edərək başlayıb. O, eyni zamanda tamaşanın 2001-ci ildəki film versiyasında da eyni rolu oynamışdır. Killianın rol aldığı ilk uğurlu filmlər "28 Gün Sonra", "Intermission", "Red Eye", "The Wind That Shakes the Barley" və "Günəşin işığı" olub. Killian "Peaky Blinders" teleserialına görə məşhurlaşıb. O, bu serialın baş qəhrəmanı Tommi Şelbini canlandırır. Killian 2005-ci ildə çəkilmiş "Breakfast on Pluto" filmində trans rolunda oynamış və bu filmə görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilmişdir. O, kinorejissor Kristofer Nolanla əməkdaşlıq etmiş və onun çəkdiyi bir çox filmlərdə rol almışdır. O, Nolanın Betmen haqqında çəkdiyi "Qara cəngavər" filmində pis adam rolunu ifa edib.
Amblyseius morii
Killian Merfi
Killian Mörfi (ing. Cillian Murphy; 25 may 1976[…], Duqlas[d], Munster[d]) — İrlandiya aktyoru. O, karyerasına 1996-cı ildə Enda Uolşun "Disco Pigs" tamaşasında çıxış edərək başlayıb. O, eyni zamanda tamaşanın 2001-ci ildəki film versiyasında da eyni rolu oynamışdır. Killianın rol aldığı ilk uğurlu filmlər "28 Gün Sonra", "Intermission", "Red Eye", "The Wind That Shakes the Barley" və "Günəşin işığı" olub. Killian "Peaky Blinders" teleserialına görə məşhurlaşıb. O, bu serialın baş qəhrəmanı Tommi Şelbini canlandırır. Killian 2005-ci ildə çəkilmiş "Breakfast on Pluto" filmində trans rolunda oynamış və bu filmə görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilmişdir. O, kinorejissor Kristofer Nolanla əməkdaşlıq etmiş və onun çəkdiyi bir çox filmlərdə rol almışdır. O, Nolanın Betmen haqqında çəkdiyi "Qara cəngavər" filmində pis adam rolunu ifa edib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Mikania morii
Mikania morii (lat. Mikania morii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Məhəmməd Morsi
Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى‎; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb.
Tomas Morli
Tomas Morli (d. 1557, Norviç, Britaniya İmperiyası - ö. 1602, London, Britaniya İmperiyası) — ingilis bəstəkarı, orqançısı, nəzəriyyəçisi.
Transeius morii
Transeius morii (lat. Transeius morii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin transeius cinsinə aid heyvan növü.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. İslam Peyğəmbərinin zamanından "ölümün xatırlanması" İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Mori Motonari
Mori Motonari (yaponca 毛利 元就, 1497-1571) — Senqoku Dziday dönəmində Yaponiyanın Tüqoku bölgəsinin daymyösü. Aki vilayətinin (müasir Xirosima prefekturasının) hakimi olmuşdur. Mori Motonari 16 aprel 1497-ci ildə Aki vilayətinin Yosida şəhərinin Koriyama qəsrində doğulmuşdur. Mori klanının 14-cü başçısı Mori Xiromotonun ikinci oğlu idi. 1500-cü ildə atası ildə atası ilə birlikdə atası ilə Tadzixi-Saruqake qəsrinə köçmüşdür. 1517-ci ildə onun başçılıq etdiyi ordu Arita-Nakaide döyüşündə Takeda Motosiqenin qoşununu məğlub etmişdir. Mori Motonari məşhur yapon rejissoru Akiro Kurosavanın "Ran" filminin əsas qəhrəmanının prototipidir.
Typhlodromus mori
Typhlodromus mori (lat. Typhlodromus mori) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus mori Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bombyx mori
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Mitsuko Mori
Mitsuko Mori (森 光子, Mori Mitsuko, 9 may 1920 və ya 9 may 1923, Kioto – 10 noyabr 2012, Tokio[d]) və ya əsl adı ilə Mitsu Murakami (村上美津, Murakami Mitsu) – Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur. Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, Çin və Cənub-Şərqi Asiyada konsertlər vermişdir. Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir. "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir. 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan "Horoki" (放浪記, "Bir səyahətçinin dəftərçəsi") adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur.
Mori Oqay
Mori Oqay (森 鷗外, 17 fevral 1862, Tsuvano[d] – 8 iyul 1922, Tokio[d]) və ya doğum adı ilə Mori Rintaro (森 林太郎) – Yaponiya yazıçısı, hərbi həkimi, tərcüməçisi, şairi. Mari Morinin atasıdır. 1881-ci ildə Tokio İmperiya Universitetinin Tibb Məktəbindən məzun olduqdan sonra orduya qatılaraq hərbi həkim olmuşdur. Almaniya ədəbiyyatının əsərlərini yapon dilinə tərcümə etmiş, Yaponiya ədəbiyyatını müasirləşdirmişdir. 1911–1913-cü illərdə yazdığı "Vəhşi qaz" romanı onun əsas əsəri sayılır. 1862-ci ildə Yaponiyanın İvami vilayətinin (indiki Şimane prefekturası) Tsuvano qəsəbəsində doğulmuşdur. XVII əsrin ortalarında qurulmuş Mori ailəsi Tsuvano daymyosu olan Kamey ailəsinə xidmət etmiş həkim ailəsi olmuşdur. Bu səbəbdən ailənin ən böyük oğlu olan Oqayın da həkim olması gözlənilirdi. O, 7 yaşında Tsuvanoda yerləşən məktəbdə konfusiçi klassiklərin dərslərində iştirak etməyə və Edo dövrünün tibb dili hesab olunan holland dilini öyrənmək üçün özəl dərslər almağa başlamışdır. Daymyo sisteminin ləğv olunmasından sonra 1872-ci ildə Mori ailəsi Tokioya köçmüşdür.