MÜSAFİRXANA is. [ ər. müsafir və fars. …xanə] köhn. Mehmanxana, qonaq evi. [Yaşlı kişi:] Hacı Ramazan tapşırmışdı ki, Hacı Mirzə Babanın müsafirxanasına düşüb orada mənzil tutum. S.Hüseyn. Təzə pir gözəl bir səhranın ortasında idi, yaxşı başıqübbəli məscidi, böyük karvansarası, müsafirxanası və qeyri tikililəri var idi. E.Sultanov.