MÜTƏXƏSSİS

is. [ ər. ] Elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam, ixtisas sahibi. Gənc mütəxəssis. Mütəxəssislərə qayğı bəsləmək.
– İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev.
Vahid heç bir mənsəb sahibi olmasa da, mütəxəssislər arasında böyük hörməti var idi. Mir Cəlal.

MÜTƏHƏYYİRANƏ
MÜTƏXƏSSİSLİK
OBASTAN VİKİ
Mütəxəssis
Mütəxəssis — konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi. Mütəxəssis (diplomlu) — orta-ixtisas, ali təhsil aldıqdan sonra konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan işçi.

Значение слова в других словарях