Məsləhət

ərəb. xoşbəxtlik, rifah, fayda tədrisdə maarif və ixtisası təkmilləşdirmə sistemində tədris məşğələsinin bir növü: adətən müəllimin şagirdlərlə (tələbələrlə, dinləyicilərlə) söhbəti kimi keçir, onların biliyini genişləndirmək və dərinləşdirmək məqsədi daşıyır. Məsləhətdən ali və orta ixtisas məktəblərində, xüsusən bunların qiyabi və axşam şöbələrində istifadə olunur. Məsləhət fərdi və qrup üzrə olur.
Məsələ
Məsləhətçi
OBASTAN VİKİ
Məsləhət (film, 1988)
Hərbi Yardım Təminatı Məsləhət Qrupu
Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir, lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Curtis, Glenn E., redaktorYugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992. Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces.
Doktorantura məsləhətçisi
Doktorantura məsləhətçisi (həmçinin dissertasiya rəhbəri, dissertasiya məsləhətçisi və ya doktorantura nəzarətçisi) universitetin professor-müəllim heyətinin üzvü olub, əsas vəzifəsi doktoranturada təhsil almaq istəyən aspirantlara rəhbərlik etmək, onlara kurs seçimində köməklik etmək, tələbələrin seçimini formalaşdırmaq, təkmilləşdirmək və istiqamət verməkdir. Tələbələr ümumiyyətlə öz fənləri üzrə maraqlarına, seçilmiş məzun fakültə üzvləri ilə yaxından işləmək istəyinə və bu fakültələrin onlarla işləmək istəyinə əsasən məsləhətçi seçirlər.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.

Значение слова в других словарях