Mətnaltı

1. Bu, dilin sisteminə daxil olan və bu predmet, daha doğrusu, gerçəkliyin müəyyən sahəsinin zəruri təsviri üçün leksik kateqoriyaların minimal yığımı. 2. Hər hansı biliklər sahəsi, predmet (fənn) sahəsi (riyaziyyat, fizika, hərbi dil, diplomatik dil və s.). 3. Mətn massivində hər hansı reprezentativ məhdudiyyət əlamətinə görə dil vahidlərinin cəmi. 4. Dil elementlərinin yığımı və eyni mövzulu mətnlərdə onların münasibətləri. 5. Kiçik linqvostilistik (linqvoüslubi) sistemaltı. 6. Hər hansı konkret dilin dilaltı. O dil sisteminin quruluşunun bu ünsiyyət sahəsində istifadə olunan və bu mövzuda olan dilaltı nəzərdən keçirilir. 7.Xüsusi qapalı dil mikrosistemi, yaxud kiçik linqvistik sistemaltı olub dil strukturu və vahidlərinin yığımından ibarətdir və bu, dilin sosial sahəsi, yaxud peşəkarlıq funksiyası ilə bağlı tematik həmcinsliyə uyğundur. 8. Statistik-tematik mətnlərin eyni predmet sahəsinin korpusu və funksional- stilistik istiqamətidir ki, müəyyən mövzulara aid olan (məsələn, elektronikanın dilaltısı, kimya dilaltısı, hava haqqında məlumat dilaltısı və s.) sahələrə xidmət edir.
Mətn tərcüməsi
Mətnarası əlaqəyə qabaqcadan hazırlıq

Значение слова в других словарях