məxmər
məxrəc
OBASTAN VİKİ
Məxmərək
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir. == Xəstəlik dövrü == Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. == Müalicəsi == Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.

Значение слова в других словарях