Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skarlatin
Skarlatin və ya qızılazar — kəskin antroponoz infeksion xəstəlikdir. Xəstəliyin törədicisi A qrupuna mənsub beta hemolitik streptokoklardır. Streptokokların ekzotoksinin təsiri nəticəsində orqanizmin ümumi intoksikasiyasına səbəb olur. Streptokok infeksiyası insanda antibakterial və antitoksiki immunitetin əmələ gəlməsinə səbəb olur. Xəstəliyi keçirmiş insanlarda davamlı antitoksiki immunitet yaranır. == Simptomlar == İnkubasiya dövrü 5–7 gün davam edir . Xəstəlik kəskin başlanır. Bədən temperaturu yüksəlir, halsızlıq, baş ağrısı müşahidə olunur. Tipik və daimi simptom — anginadır, yumşaq damağın hiperemiyası, badamcıqla böyüməsi səthlərin ərpləşməsi əmələ gəlir. Limfa düyünləri böyüyür, ağrılıdır.
Skarlatina
Skarlatin və ya qızılazar — kəskin antroponoz infeksion xəstəlikdir. Xəstəliyin törədicisi A qrupuna mənsub beta hemolitik streptokoklardır. Streptokokların ekzotoksinin təsiri nəticəsində orqanizmin ümumi intoksikasiyasına səbəb olur. Streptokok infeksiyası insanda antibakterial və antitoksiki immunitetin əmələ gəlməsinə səbəb olur. Xəstəliyi keçirmiş insanlarda davamlı antitoksiki immunitet yaranır. == Simptomlar == İnkubasiya dövrü 5–7 gün davam edir . Xəstəlik kəskin başlanır. Bədən temperaturu yüksəlir, halsızlıq, baş ağrısı müşahidə olunur. Tipik və daimi simptom — anginadır, yumşaq damağın hiperemiyası, badamcıqla böyüməsi səthlərin ərpləşməsi əmələ gəlir. Limfa düyünləri böyüyür, ağrılıdır.
Domeniko Skarlatti
Domeniko Skarlatti (26 oktyabr 1685[…], Neapol – 23 iyul 1757[…], Madrid) — italyan bəstəkar və klavesinçi. Həyatının böyük hissəsini İspaniya və İtaliyada yaşamışdı. Onun musiqi üslubu klassik musiqi dövrünə böyük təsir göstərmişdi, halbuki onun özü barokko dövründə yaşayırdı.
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Тuran" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Salatın Əsgərova
Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı – 9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. == Həyatı == === Erkən illəri === Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. === Jurnalist fəaliyyəti === 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.