Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılca
AzərbaycanQızılca (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Qızılca (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Yeni Qızılca — Azərbaycanın Göygöl rayonunda kənd. Qızılca (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.İranQızılca (Xoy) — Qızılca (Salmas) — Qızılca (Şəbüstər) Qızılca Ərşad (Çaroymaq) Qızılca (Miyanə) Qızılca (Bicar) ‎Qızılca (Əbhər) Qızılca (İcrud) Qızılca (Mahnişan)Digər Qızılca (xəstəlik) — kəskin yoluxucu virus xəstəliyi. Qızılca (kəpənək) — göycələr fəsiləsinə aid kəpənək cinsi. Qızılca Dövlət Təbiət Yasaqlığı — 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatında yaradılmış yasaqlıq.
Qızılca (Bicar)
Qızılca (fars. قزلجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (44 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılca (Bostanabad)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (23 ailə).
Qızılca (Culfa)
Qızılca — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimiyası == Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır. == Əhalisi == Əhalisi 457 nəfərdir.
Qızılca (Göygöl)
Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qızılca oyk., sadə. Culfa r-nunun Kimə ə.v.-də kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır; Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Kəndin adı Qızılca dağının adındandır; Laçın r-nunun Zabux i.ə.v.-də kənd. Qarabağ yaylasmdadır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtile Ermənistanın Sisyan r-nundakı Qızılca kəndindən köçməyə məcbur olmuş ailələr salmış və kənd tərk edilən yurdun adı ilə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1087 nəfər əhali yaşayır.
Qızılca (Laçın)
Qızılca — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır. .1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Qədim Türk tayfalarının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər.Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki,həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət-ənənələrini uzun müddət yaşatmışlar. Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çayada Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir. Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir. Tat dərəsi, Mirzələr, Allahverdi uşağı, Cəfərli, Bağırlı və s.
Qızılca (Miyanə)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (16 ailə).
Qızılca (Salmas)
Qızılca (fars. ‎قزلجه‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (60 ailə).
Qızılca (Smilacoideae)
Qızılca (Xoy)
Qızılca (fars. قزلجه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızılca (xəstəlik)
Qızılca — xəstəlik. == Əlamətləri == Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşağın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb olur.
Qızılca (İcrud)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (66 ailə).
Qızılca (Şəbüstər)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (62 ailə).
Qızılca (Əbhər)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (48 ailə).
Qızılca (Əhər)
Qızılca (fars. قزلجه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (18 ailə).
Qızılca bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızılca nekropolu
Qızılca nekropolu — Culfa rayonunun Qızılca kəndindən cənubda arxeoloji abidə. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropolun ərazisi əkin sahəsi kimi istifadə edildiyindən təpənin üzəri şumlanmış və qəbirlər tamamilə dağıdılmışdır. Sahəsi 845 m²- dir. Nekropolun ərazisində xeyli daş yığınlarına rastlandığından qəbirlərin daş qutu tipli olduğunu ehtimal etmək olar. Nekropolda aparılan araşdırmalar zamanı qəbirlərin dağıdılması zamanı aşkar olunan keramika parçaları toplanmışdır. Keramika nümunələri çəhrayı rəngdə yaxşı bişirilmişdir. Aşkar olunan keramika nümunələrinə əsasən nek- ropolu e.ə. 4-1 əsrlərə aid etmək olar.
Aşağı Qızılca (Soyuqbulaq)
Aşağı Qızılca (fars. قزلجه سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).
Qızılca-i Sadat (Sərab)
Qızılca-i Sadat (fars. قزلجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (53 ailə).
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Yeni Qızılca
Yeni Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılca kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış yaşayış məntəqəsi Yeni Qızılca kəndi adlandırılmaqla rayonun ərazi vahidləri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla, Yeni Qızılca kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1173 nəfər əhali yaşayır.
Qızılca (Mahnişan)
Qızılca (fars. قزلجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (26 ailə).
Qızılca (kəpənək)
Qızılca (lat. Thersamonia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Qızılca Ərşad (Çaroymaq)
Qızılca Ərşad (fars. قزلجه ارشد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (19 ailə).
Qızılca-i Əkrad (Sərab)
Qızılca-i Əkrad (fars. قزلجه اكراد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (16 ailə).
Qızılca Dövlət Təbiət Yasaqlığı
Qızılca Dövlət Təbiət Yasaqlığı – 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.Respublika ərazisinin 0.006%-nə, yasaqlıqların ümumi ərazisinin isə 2.1%-nə bərabərdir. Ərazi 1500-2000m hündürlükdə yerləşir; dağ sistemləri dərin dərələrlə parçalanmışdır. Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Bu çaylar orta axım zonasına aid olub, hər kvadrat kilometr ərazidə 10-15l/san su axıdır. Onların qidalanmasının 50%-i qrunt, 30%-i qar, 20%-i isə yağış suları hesabınadır; çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.
Qızılcameydan (Bostanabad)
Qızılcameydan (fars. قزلجه ميدان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,054 nəfər yaşayır (279 ailə).
Qızılcaqışlaq (Çaroymaq)
Qızılcaqışlaq (fars. قزلجه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Qızılbaş
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi == Tarixi == Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri: Şamlı eli Ustaclı eli Türkman eli Təkəli eli Əvşar eli Qacar eli Zülqədər eli Qaramanlı eli Qaradağlı eli Bayat eli Rumlu eli Varsaq eli == Əfqanıstan qızılbaşları == Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır. XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.
Qızılcıq
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Qızıllar
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Qızıloba
Qızıloba (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Qarmiravan və ya Karmiravan) Qızıloba (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqaz
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.